Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın vitse-prezidentini qəbul edib
29.09.2016 [09:44]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Bolqarıstanın vitse-prezidenti Marqarita Popovanı qəbul edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan-Bolqarıstan ikitərəfli əlaqələrinin uğurla inkişaf etdiyini deyən dövlətimizin başçısı ölkələrimiz arasında əməkdaşlığın dostluq münasibətlərinə əsaslandığını bildirib. Bolqarıstanın vitse-prezidenti Marqarita Popovanın ölkəmizə səfərinin ikitərəfli əlaqələrimizin müzakirəsi üçün yaxşı imkan yaratdığını qeyd edən Prezident İlham Əliyev qonağın V Bakı Beynəlxalq Humanitar Forumunun işində iştirakının önəmini vurğulayıb. İki ölkə arasında humanitar sahədə əməkdaşlığın da uğurla inkişaf etdiyini deyən dövlətimizin başçısı bu yaxınlarda Bolqarıstanın Veliko Tırnovo şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə mühüm bir tədbirin keçirildiyini qeyd edərək Bolqarıstan hökuməti, Baş naziri və digər rəsmi şəxslər tərəfindən göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Prezident İlham Əliyev bu tədbirin ölkələrimiz arasında mövcud olan sıx əlaqələrin göstəricisi olduğunu və yaxın tərəfdaşlığı davam etdirmək niyyətini nümayiş etdirdiyini vurğulayıb.
Bolqarıstanın vitse-prezidenti Marqarita Popova Prezident İlham Əliyevin rəhbərliyi və Azərbaycan hökumətinin təşkilatçılığı ilə keçirilən V Bakı Beynəlxalq Humanitar Forumuna dəvətə görə minnətdarlığını ifadə edərək səfərinin uğurlu keçəcəyinə ümidvar olduğunu bildirib. Qonaq indiki dövrdə beynəlxalq aləmdə mövcud olan gərginlik fonunda Azərbaycanda belə bir tədbirin keçirilməsinin əhəmiyyətini qeyd edib. Ölkəmizin artıq bir neçə ildir ki, təşkil etdiyi Ümumdünya Mədəniyyətlərarası Forum, Humanitar Forum kimi beynəlxalq tədbirlərin böyük önəm daşıdığını deyən Bolqarıstanın vitse-prezidenti bu tədbirlərin getdikcə daha çox siyasi əhəmiyyət qazandığını vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29

