/ / “Arthur J. Finkelstein & Associates”: Azərbaycan əhalisinin 96,8 faizi Prezident İlham Əliyevə etibar edir
“Arthur J. Finkelstein & Associates”: Azərbaycan əhalisinin 96,8 faizi Prezident İlham Əliyevə etibar edir
06.05.2016 [10:25]
Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və işğal edilmiş digər rayonlarında aparılmış hərbi əməliyyatlar Prezident İlham Əliyevə və hökumətə böyük dəstək verən Azərbaycan xalqını daha sıx birləşdirdi.
AZƏRTAC xəbər verir ki, ABŞ-ın müstəqil qeyri-hökumət təşkilatı “Arthur J. Finkelstein & Associates” (AJF) tərəfindən keçirilən ictimai rəy sorğusunda 96,8 faiz respondent Azərbaycan Prezidentinə etibar etdiyini bildirib. Respondentlər dövlətimizin başçısının fəaliyyətini “əla”, yaxud “yaxşı” qiymətləndiriblər. 96,3 faiz respondent ölkə rəhbərliyinin Azərbaycanı erməni təcavüzkarlarından qoruduğunu bildirib, Azərbaycan ordusunun cavabının səmərəliliyini “əla” və ya “yaxşı” qiymətləndirib.
Rəyi soruşulanların böyük əksəriyyəti qeyd edib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik rayonlarının işğalı həm ölkənin, həm də ailələrin üzləşdiyi yeganə ən mühüm məsələdir. Əhalinin əksəriyyəti Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və işğal edilmiş digər rayonlarını Ermənistan təcavüzkarlarından azad etmək üçün istənilən və bütün, o cümlədən hərbi vasitələrdən istifadə etməyə hazırdır.
Bundan əlavə, azərbaycanlıların çoxu hökumətin iqtisadi islahatlarını dəstəkləyir, ölkədə sosial sabitlik yaradıldığına görə hökumətin fəaliyyətini yüksək qiymətləndirir, Prezidentin və hökumətin apardığı ümumi xarici siyasətə dəstək nümayiş etdirir. Azərbaycan vətəndaşlarının əksəriyyəti bildirib ki, hökumət korrupsiya ilə mübarizədə tədbirlər görülməsi sahəsində əla, yaxud yaxşı işləyib.
Demək olar ki, hər zaman əhali ölkə ilə ailələrinin üzləşdiyi məsələlər arasında böyük fərq qoyur. Lakin hazırkı vəziyyətdə elə bir şərait yaranıb ki, 81,5 faiz respondent ölkənin, 53,6 faiz respondent isə ailələrinin üzləşdiyi bir nömrəli məsələnin Dağlıq Qarabağ problemi olduğunu deyir.
Respondentlərin təxminən 100 faizi ölkəni Ermənistan işğalından qorumaq üçün bütün, o cümlədən hərbi vasitələrdən istifadəni dəstəkləyib.
“Azərbaycanın işğal edilmiş ərazilərində baş vermiş son hadisələr sizi Azərbaycana münasibətdə daha çox, yaxud daha az vətənpərvər etdi?” sualına cavabda respondentlərin 97,3 faizi “daha çox” deyə cavab verib.
Rəyi soruşulanların 84,4 faizi Prezidentin və Azərbaycan hökumətinin apardığı xarici siyasəti səmərəli hesab etdiyini bildirib.
Dağlıq Qarabağ məsələsi insanların fikirlərinə açıq-aşkar hökmranlıq etdiyi, eləcə də insanların hökumətin işğal edilmiş ərazilərdə gördüyü işlərin arxasında birləşməsinə səbəb olduğu bir vaxtda Azərbaycan xalqı iqtisadi islahatlar və sabit cəmiyyət qurmaq kimi bir sıra digər məsələlərlə bağlı hökumətə yüksək qiymət verir. Korrupsiya ilə mübarizəyə gəldikdə isə azərbaycanlıların əksəriyyəti bildirir ki, hökumət əla və ya yaxşı iş görüb, lakin hələ də irəliləyiş əldə oluna bilər.
“Ölkədə həyata keçirilən iqtisadi islahatların dünya iqtisadi böhranının Azərbaycana təsirinin azalmasına gətirib çıxaracağına inanırsınızmı?” sualına respondentlərin 78,1 faizi “bəli” cavabını verib.
Rəyi soruşulanların 91,4 faizi Azərbaycanda sosial sabitlik səviyyəsini yüksək qiymətləndirib.
Sorğu aprelin 23-29-da “Arthur J. Finkelstein & Associates” tərəfindən səsvermə yaşına çatmış 1200 azərbaycanlı arasında aparılmış milli sorğuya əsaslanır. Sorğuda etibarlılıq: 95 faiz. Faizdə yanlışlıq: +/- 2.83 faiz.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31

