/ / Prezident İlham Əliyev Moldovanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev Moldovanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
14.03.2016 [10:02]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Moldova Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri George Leukanın etimadnaməsini qəbul edib.
Səfir George Leuka fəxri qarovul dəstəsinin qarşısından keçdi.
George Leuka etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı Azərbaycan ilə Moldova arasında ikitərəfli münasibətlərin uzun illər ərzində müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq bu münasibətlərin möhkəmləndirilməsi işində səfirin fəal çalışacağına ümidvar olduğunu bildirdi. Azərbaycan-Moldova əməkdaşlığının, xüsusilə iqtisadi sahədə yeni istiqamətlərinin müəyyənləşdirilməsinin vacibliyini vurğulayan Prezident İlham Əliyev ölkələrimizin qarşılıqlı ticarət və investisiya potensialından kifayət qədər istifadə olunmadığını dedi. Dövlətimizin başçısı ikitərəfli əlaqələrin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi. Ölkələrimizin Avropa İttifaqının ümumi proqramlarında iştirak etdiklərini vurğulayan Prezident İlham Əliyev bu istiqamətdə əməkdaşlığımızın qənaətbəxş olduğunu dedi. Səfirin Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin, o cümlədən iqtisadi sahədə əməkdaşlığımızın inkişafı işinə töhfə verəcəyinə əminliyini ifadə edən dövlətimizin başçısı George Leukaya fəaliyyətində uğurlar arzuladı.
Moldovanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri George Leuka ölkələrimiz arasında iqtisadi sahədə əlaqələrin inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu vurğuladı. George Leuka Moldova-Azərbaycan ikitərəfli əlaqələrinin inkişaf etdirilməsi, gələcək əməkdaşlığımızın və dostluq münasibətlərimizin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini dedi.
Xəbər lenti
Hamısına baxAnalitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51

