Metronun “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışı istifadəyə verilib
29.12.2015 [09:31]
Prezident İlham Əliyev tədbirdə iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 28-də “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışının açılışında iştirak edib.
Dövlətimizin başçısı yeni çıxışın rəmzi açılışını bildirən lenti kəsib.
Baş nazirin müavini Abid Şərifov və “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov görülən işlərlə bağlı Prezident İlham Əliyevə ətraflı məlumat veriblər. Qeyd edilib ki, “Nizami-Memar Əcəmi” buraxılış kompleksinə daxil olan “Elmlər Akademiyası” stansiyası bir çıxışla 1985-ci ildə istismara verilib. “Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 18 mart tarixli Sərəncamı ilə təsdiq olunmuş “Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışının tikintisinə qərar verilib və artıq inşaat işləri başa çatıb. “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışı layihəyə əsasən, dörd çıxışlı yeraltı vestibüldən, 70,4 metr uzunluğunda maili tuneldən, 37 metr piyada və 26 metr uzunluqlarında keçid tunellərindən və yarımstansiyadan ibarətdir. Kompleksin ümumi sahəsi 4,3 min kvadratmetrdir. Stansiyanın ikinci çıxışında 7 müasir eskalator, piyada tunelində təhlükəsizlik kameraları quraşdırılıb. Kassa otaqlarında və digər yardımçı sahələrdə də işçilərin fəaliyyəti üçün hər cür şərait yaradılıb.
Dövlətimizin başçısı “Elmlər Akademiyası” stansiyasının planına və görülən işləri əks etdirən fotostendə baxıb.
“Elmlər Akademiyası”nın ikinci giriş-çıxışının istismara verilməsi Bakı Metropoliteni üçün əhəmiyyətli hadisələrdəndir. İkinci çıxışın tikintisində əsas məqsəd sərnişinlərin rahatlığı ilə yanaşı, onların təhlükəsizliyinin təmin edilməsidir. Metronun dərin özüllü yeddi stansiyasından biri olan “Elmlər Akademiyası”nın ikinci giriş-çıxışla təmin edilməsi Dövlət Proqramında da xüsusi bəndlə qeyd olunub. Stansiyanın dörd çıxışından ikisi AMEA-nın İnformasiya Texnologiyaları və Radiasiya institutları istiqamətində bir-birinə əks qütblərdə yerləşir, digəri isə Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının yeni binası ilə Akademiya bağı istiqamətindədir.
Sonuncu çıxış Bakı Dövlət Universitetinə istiqamətlənib.
Xatırladaq ki, Bakı Metropoliteni fəaliyyət göstərdiyi 48 ildə böyük inkişaf yolu keçərək 23 stansiya və 34,6 kilometr yeraltı polad yolları əhatə edən geniş şəbəkəyə çevrilib. Metropolitenin inkişafı xalqımızın Ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərə təsadüf edir. Ulu öndərin ölkəyə ilk dəfə rəhbərlik etdiyi dövrədək Bakı Metropolitenində cəmi 6 stansiya vardısa, 1969-cu ildən sonra stansiyaların sayı 14-ə çatdırıldı, 21 kilometr metro xətti inşa edilərək istismara verildi. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illərdə metro tikintisinə ayrılan vəsaitlər hesabına “Nəsimi”, “Azadlıq prospekti”, “Dərnəgül” stansiyaları və “28 May” stansiyasının ikinci çıxışı istismara verilib. “İçərişəhər” və “Koroğlu” stansiyaları yenidən qurulub. Hazırda metronun yeni stansiyalarının tikintisi davam etdirilir. Bundan başqa, metropolitenin qatar parkı da yenilənir. Bakı Metropoliteninin infrastrukturunun beynəlxalq standartlara uyğun yenidən qurulması istiqamətində görülmüş əhəmiyyətli işlərdən biri də Diaqnostika Kompleksinin yaradılmasıdır.
Onu da deyək ki, “Elmlər Akademiyası” stansiyasının yeni giriş-çıxışlarının üzərində müasir dekorativ-memarlıq elementli konstruksiya quraşdırılıb, ərazidə yerüstü abadlaşdırma işləri həyata keçirilib.
Xəbər lenti
Hamısına baxGündəm
04 Avqust 11:12
YAP xəbərləri
04 Avqust 11:07
Gündəm
04 Avqust 10:54
Gündəm
04 Avqust 10:38
İqtisadiyyat
04 Avqust 10:16
Analitik
04 Avqust 09:55
İqtisadiyyat
04 Avqust 09:35
Elm
04 Avqust 09:13
Dünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31

