Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Gədəbəy seçiciləri dövlətimizin inkişafı naminə Referendum Aktına səs verəcəklər

Gədəbəy seçiciləri dövlətimizin inkişafı naminə Referendum Aktına səs verəcəklər

07.03.2009 [15:39]

“Yeni Azərbaycan” təşviqat qrupunun üzvləri Gədəbəy rayonunun Novosaratovka, çobankənd, Qaraməmmədli, Böyük Qaramurad, Rüstəm Əliyev, Əlinağlar, çaldaş, çalburun, Slavyanka, Ağamalı, Zəhmətkənd və Xarxar kəndlərində və rayon mərkəzində seçicilərlə görüşlər keçirib. Görüşdə çıxış edən qrupun vəkili Rafiq Məmmədhəsənov Konstitusiyanın müvafiq maddələrin ediləcək əlavə və dəyişikliklərin Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, vətəndaş cəmiyyətinin inkişafı, insan hüquq və azadlıqlarının möhkəmləndirilməsi, iqtisadiyyatının yüksəldilməsinə xidmət etdiyini söyləyib. Onun sözlərinə görə, Konstitusiya islahatları Azərbaycanın çox əsrlik dövlətçilik ənənələrinin təkmilləşdirilməsinə xidmət edir. Vəkil əlavə və dəyişikliklərin ölkənin tərəqqisinə, demokratiyanın inkişafına, insanların layiqli həyat səviyyəsini təmin etməyə xidmət etdiyini söyləyib. O, seçiciləri təklif olunan əlavə və dəyişikliklərə səs verməyə çağırıb.
Görüşlərin sonunda seçiciləri maraqlandıran ayrı-ayrı maddələrlə bağlı suallara aydınlıq gətirilib. 18 mart 2009-cu ildə gədəbəyli seçicilər bir daha həmrəylik nümayiş etdirəcəklərini bildiriblər.

Paylaş:
Baxılıb: 1507 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Dünya

Analitik

İranda gərginlik

13 Yanvar 09:11  

Sosial

Yeni ilin “köhnəsi”

13 Yanvar 08:38  

YAP xəbərləri

Enerji siyasəti

12 Yanvar 22:32

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31