Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev Lixtenşteyn parlamentinin sədri Albert Friki qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Lixtenşteyn parlamentinin sədri Albert Friki qəbul edib

29.06.2015 [10:14]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Lixtenşteyn parlamentinin sədri Albert Friki qəbul edib.
Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısını təbrik edən Lixtenşteyn parlamentinin sədri Albert Frik bütün iştirakçılara, o cümlədən Lixtenşteyn idmançılarına yaradılan şəraitə görə minnətdarlığını ifadə etdi. Albert Frik ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələrin genişləndirilməsinə böyük əhəmiyyət verdiyini vurğuladı. Azərbaycanda və Lixtenşteyndə mövcud olan siyasi və iqtisadi sabitliyin önəmini qeyd edən qonaq iqtisadi və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu dedi.
Birinci Avropa Oyunlarının əhəmiyyətinə toxunan dövlətimizin başçısı bu Oyunları Avropanın idman tarixində böyük hadisə kimi dəyərləndirdi. Prezident İlham Əliyev qeyd etdi ki, beynəlxalq Olimpiya Komitəsinin üzvləri və bütün qonaqlar birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil edildiyini və bu Oyunların Yay Olimpiya Oyunları səviyyəsində olduğunu bildirirlər. Dövlətimizin başçısı Azərbaycanın Lixtenşteyn ilə ikitərəfli münasibətləri genişləndirməkdə maraqlı olduğunu dedi. Ölkələrimiz arasında münasibətlərin siyasi, iqtisadi, sərmayə qoyuluşu, parlamentlərarası əlaqələr və digər sahələrdə inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayan Prezident İlham Əliyev əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi və nəzərdən keçirilməsinin önəmini qeyd etdi.

 
Paylaş:
Baxılıb: 806 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31