/ / Azərbaycan Prezidenti İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
29.06.2015 [10:10]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Nümayəndə heyətinin tərkibinə Avropa Olimpiya Komitələrinin vitse-prezidenti Janez Kosijancic, Avropa Olimpiya Komitələrinin baş katibi Raffaele Pagnozzi, Avropa Olimpiya Komitələrinin koordinasiya komissiyasının sədri Spiros Kapralos daxildir.
Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili və keçirilməsinə görə dövlətimizin başçısına təşəkkürlərini çatdırdı. O dedi: “Dünən Sizin paralimpiyaçı cüdoçu İlham Zəkiyevə qızıl medalı təqdim etməyiniz və onunla birlikdə fəxri kürsüdə durmağınız möhtəşəm və həyəcanlı anlar idi. Bu görüntülər bütün dünyada çox böyük maraqla izlənildi”.
Xoş sözlərə görə Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikkiyə dərin minnətdarlığını bildirən dövlətimizin başçısı həqiqətən də İlham Zəkiyevə qızıl medalın təqdim edilməsi mərasiminin bütün Azərbaycan xalqı və eləcə də idmançılar üçün çox təsirli məqam olduğunu vurğuladı. İlham Zəkiyevin cəsurluq, ləyaqət simvolu olduğunu qeyd edən dövlətimizin başçısı ona medalın məhz Azərbaycanın Silahlı Qüvvələr Günündə təqdim edilməsinin çox rəmzi və əlamətdar xarakter daşığını bildirdi. “O, məni fəxri kürsüyə dəvət etdi və mən böyük məmnunluqla bunu etdim”, - deyən Prezident İlham Əliyev həmin anların unudulmaz olduğunu bildirdi.
Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki İlham Zəkiyevin yüksək texnika göstərərək çox inamlı qələbə qazandığını vurğuladı.
Prezident İlham Əliyev nümayəndə heyətinin üzvlərinə Azərbaycanda idmanın inkişafına, birinci Avropa Oyunlarının təşkilində göstərdiyi xidmətlərə görə və şəxsən Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikkiyə bu işlərdə böyük əməyinə görə səmimi qəlbdən minnətdarlığını bildirdi. Avropa Oyunlarının Azərbaycanda keçirilməsini Avropa Olimpiya ailəsinin və şəxsən Patrik Hikkinin Azərbaycana olan inamının ifadəsi kimi dəyərləndirən Prezident İlham Əliyev ölkəmizin bu etimadı layiqli şəkildə doğrultmaq üçün səylərini əsirgəmədiyini qeyd etdi.
Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin koordinasiya komissiyasının sədri Spiros Kapralosun və Avropa Olimpiya Komitələri İcraiyyə Komitəsinin bütün üzvlərinin möhtəşəm, unudulmaz ilk Avropa Oyunlarının keçirilməsi işindəki xidmətlərini yüksək qiymətləndirdi.
Avropa Olimpiya Komitələrinin vitse-prezidenti Janez Kosijancic dedi: “Çox sağ olun, cənab Prezident. Avropa Oyunlarının təşkilindəki xidmətlərinizə görə çox minnətdarıq. Xalqınızın əməyini, xüsusilə də gənclərin fəaliyyətini yüksək qiymətləndiririk. Biz hamımız bilirik ki, Azərbaycan odlar ölkəsi, Bakı küləklər şəhəridir. Lakin mən buraya “gülərüzlü insanlar ölkəsi” ifadəsini də əlavə etmək istərdim. Bütün həyatım boyu bu qədər gülərüzlü gənc insan görməmişdim. Onların dostcasına münasibətinin və ruh yüksəkliyinin şahidi olduq. Dünən İlham Zəkiyevə medal təqdimetmə mərasimində onun Azərbaycanın dövlət himninin sözlərini oxuması bizi çox təsirləndirdi. O, əsl vətənpərvərdir. Biz insanlarınızın və şəxsən Sizin birinci Avropa Oyunlarının təşkili işinə verdiyiniz dəstəkdən şərəf hissi duyuruq”.
Dövlətimizin başçısı həqiqətən də bu Oyunların təşkili və keçirilməsində xalqımızın əməyinin, xüsusilə də gənc könüllülərin peşəkarlığının və yüksək əhval-ruhiyyəsinin onda da böyük təəssürat yaratdığını dedi. Prezident İlham Əliyev bir daha Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikkiyə və nümayəndə heyətinin üzvlərinə xoş sözlərə görə minnətdarlığını bildirdi.
Xəbər lenti
Hamısına baxAnalitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43

