/ / Azərbaycan Prezidenti İlham Əliyev “Xəyal Adası” layihəsi üzrə görülən işlərin gedişi ilə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev “Xəyal Adası” layihəsi üzrə görülən işlərin gedişi ilə tanış olub
13.01.2015 [09:28]
Yanvarın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərsun Holdinq” Şirkətlər Qrupunun “Xəyal Adası” layihəsi üzrə görülən işlərin gedişi ilə tanış olub.
“Azərsun Holdinq” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Abdulbari Gözəl dövlətimizin başçısına “Xəyal Adası”nda görülən işlərlə bağlı ətraflı məlumat verib. Bildirilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportuna gedən yolun üzərində yerləşən “Xəyal Adası”nın ərazisi 320 hektardır. Bu, yüksək standartlara cavab verən yaşayış, ticarət, əyləncə və idman sahələrini əhatə edən layihədir.
Azərbaycan Prezidenti “Xəyal Adası” qolf klubunda yaradılan şəraitlə də tanış olub.
Dövlətimizin başçısına burada qolf oyunlarında istifadə olunan avadanlıq və klub-kar barədə məlumat verilib.
“Xəyal Adası”nın layihəsi ilə tanış olan Prezident İlham Əliyevin diqqətinə çatdırılıb ki, yaşayış sahəsində müasir tələblərə cavab verən yüksək keyfiyyətli 2100 mənzil, fərqli ölçülərdə və konseptlərdə 300 villa inşa olunur. “Xəyal Adası” layihəsi burada yaşayacaq insanların bütün ehtiyaclarını ödəməyə hesablanıb. Buna görə də layihə çərçivəsində məktəb kompleksi, ticarət mərkəzləri, mehmanxana, beynəlxalq səviyyəli yarışların keçirilməsinə imkan verən Qolf Mərkəzi, göllər və peyzaj sahələri yaradılır.
Dövlətimizin başçısı layihədən bəhs edən videoçarxa baxıb.
Qeyd olunub ki, “Xəyal Adası”nda “ASAN xidmət” mərkəzi də yaradılacaq. Burada fəaliyyət göstərəcək məktəb kompleksində uşaq bağçası, aşağı və yuxarı siniflər üçün təhsil, gimnastika və idman binaları, futbol meydançası istifadəyə veriləcək. Bunun üçün təhsil sahəsində keyfiyyəti ilə fərqlənən “SABİS” sisteminin tətbiq olunduğu məktəblər şəbəkəsi seçilib. Ən yüksək ekoloji standartlara uyğun olaraq inşa edilən “Xəyal Adası”nda gələcəkdə müasir səhiyyə komplekslərinin yaradılması da nəzərdə tutulub. “Xəyal Adası” layihəsinin həyata keçirilməsi ölkəmizdə beynəlxalq turizmin və qeyri-neft sektorunun inkişafına da mühüm töhfə verəcək.
Prezident İlham Əliyev elektromobillə qolf sahəsini gəzib.
Bildirilib ki, beynəlxalq səviyyəli yarışların təşkil edilməsinə imkan verəcək 18 çalalı qolf sahəsində son tamamlama işləri aparılır.
Son illərdə Azərbaycanda idmanın kütləviliyinin artırılması istiqamətində əsaslı islahatlar həyata keçirilir. Bu islahatlar nəticəsində idmanla məşğul olanların sayının sürətlə artması müşahidə edilir. “Xəyal Adası”nda qolf klubunun yaradılması bir daha təsdiqləyir ki, Azərbaycanda idmanın bütün növlərinin inkişafı diqqət mərkəzindədir. Qolf klubundakı şərait dünya standartlarına tam cavab verəcək. Buna görə də gələcəkdə burada müxtəlif beynəlxalq yarışların yüksək səviyyədə keçirilməsi mümkündür. Burada yaradılan Qolf Akademiyası isə gələcəkdə ölkəmizin adını bütün dünyada ləyaqətlə təmsil edəcək idmançıların yetişdirilməsində böyük rol oynayacaq.
Prezident İlham Əliyev Qolf Akademiyasında yaradılan şəraitlə də tanış olub. Burada idman avadanlığı mağazası və kafe də fəaliyyət göstərəcək. Akademiyada kiçik yaşlarından başlayaraq uşaqlara peşəkarlar tərəfindən qolf öyrədiləcək, müxtəlif treninqlər keçiriləcək.
Sonra dövlətimizin başçısı ərazini gəzib, tikintisi davam etdirilən villalarda yaradılacaq şəraitlə tanış olub. Qeyd edilib ki, layihədəki otel, ticarət mərkəzləri, məktəb kompleksi, villalar, mənzillər, göllər və peyzaj sahələrində tikinti işləri davam edir. İlkin mərhələdə kommunal xidmətlər üçün nəzərdə tutulmuş infrastruktur artıq hazırdır. Villalarda və mənzillərdə isə beton işləri başa çatıb. Fasad və kosmetik işlər isə yekunlaşmaq üzrədir. Layihənin reallaşmasında iki mindən artıq yerli işçi çalışır. “Xəyal Adası” həm də ətraf ərazilərdə yaşayan insanlar üçün böyük məşğulluq mərkəzi olacaq. Belə bir layihənin həyata keçirilməsi həm də turizm sektorunun inkişafına mühüm töhfə verəcək.
Prezident İlham Əliyev tikinti işlərinin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq tapşırıq və tövsiyələrini verib.
Xəbər lenti
Hamısına baxGündəm
28 May 13:42
Dünya
28 May 13:40
Gündəm
28 May 13:29
Gündəm
28 May 12:59
Gündəm
28 May 12:39
Dünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02

