Prezident İlham Əliyev Türkmənistanın xarici işlər nazirini qəbul edib
27.05.2014 [09:38]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 26-da Türkmənistanın xarici işlər naziri Rəşid Meredovu qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan ilə Türkmənistan arasında əlaqələrin qədim tarixi köklərə malik olduğunu və bu gün müstəqil dövlətlər kimi ikitərəfli münasibətlərimizin fəal şəkildə inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib. İkitərəfli əlaqələrin gələcək illərdə də inkişaf etdiriləcəyinə və möhkəmləndiriləcəyinə əminliyini ifadə edən dövlətimizin başçısı bunun üçün qarşılıqlı marağın olduğunu deyib. Münasibətlərimizin hazırkı səviyyəsinin razılıq doğurduğunu bildirən Prezident İlham Əliyev ölkələrimizin qarşılıqlı fəaliyyətinin regional əməkdaşlığın genişlənməsi baxımından da mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Xarici işlər nazirlərinin yeni formatda keçiriləcək ilk görüşünün önəmini vurğulayan dövlətimizin başçısı görüşdə səmərəli müzakirələrin aparılacağına və yaxşı nəticələr əldə ediləcəyinə ümidvar olduğunu bildirib. Prezident İlham Əliyev üçtərəfli formatda keçirilən bu cür tədbirlərin regional əməkdaşlıqla yanaşı, ikitərəfli əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini vurğulayıb.
Xarici işlər naziri Rəşid Meredov Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb. Rəşid Meredov ölkəsinin Prezidentinin Azərbaycan ilə əlaqələrin iqtisadi, enerji, mədəni, humanitar və digər sahələrdə genişləndirilməsinə böyük önəm verdiyini deyib. Azərbaycana səfərinin Respublika Günü ərəfəsinə təsadüf etdiyini vurğulayan nazir Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun bu əlamətdar bayram münasibətilə ən səmimi təbriklərinin, ölkəmizin və Azərbaycan xalqının həyatında mühüm rol oynayan bu böyük gün ilə əlaqədar ən xoş arzularının ifadə olunduğu məktubu Prezident İlham Əliyevə təqdim edib.
Dövlətimizin başçısı Prezident Qurbanqulu Berdiməhəmmədovun təbrikinə və salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Türkmənistan dövlətinin başçısına çatdırmağı xahiş edib.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

