/ / Azərbaycan Prezidenti İlham Əliyev Kamboca Krallığının Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Kamboca Krallığının Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
22.04.2014 [09:45]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 21-də Kamboca Krallığının Baş naziri Hun Senin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Kamboca Krallığının Baş nazirinin Azərbaycana ilk səfərinin əlaqələrimizin inkişafı baxımından tarixi əhəmiyyət daşıdığını bildirən dövlətimizin başçısı səfərin uğurlu olacağına əminliyini ifadə edib. Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi və güclü tərəfdaşlıq əlaqələri qurulması üçün yaxşı imkanların olduğunu vurğulayıb. Dövlətimizin başçısı Kamboca Krallığının Baş naziri Hun Senin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin təkcə siyasi sahədə deyil, iqtisadi sahədə də əməkdaşlıq imkanlarını müzakirə etmək üçün yaxşı fürsət yaradacağına ümidvar olduğunu bildirib.
Baş nazir Hun Sen Kamboca Kralı Norodom Sihamoninin salamlarını Prezident İlham Əliyevə çatdırıb. Azərbaycana səfərindən məmnunluğunu ifadə edən Baş nazir xalqımızın Ümummilli lideri Heydər Əliyev ilə iki dəfə görüşdüyünü böyük ehtiramla xatırlayıb. Baş nazir Azərbaycanda gedən sürətli iqtisadi inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib. Bu il Azərbaycan ilə Kamboca arasında diplomatik əlaqələrin qurulmasının 20 illik yubileyinin olacağını vurğulayan Hun Sen ölkəsinin Azərbaycanla ikitərəfli əlaqələri genişləndirməkdə maraqlı olduğunu deyib. Baş nazir ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Kamboca Krallığının Baş naziri Hun Sen Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib.
Dövlətimizin başçısı Kral Norodom Sihamoninin salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Kamboca Kralına çatdırmağı xahiş edib.
Xəbər lenti
Hamısına baxGündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51

