Mütləq qələbə, mütləq qalib dövlət...
10.04.2026 [11:13]
Azərbaycan 44 günə beynəlxalq hüququ və tarixi ədaləti bərpa etdi...
XX əsrin sonundan etibarən dünyada yeni siyasi xəttlər formalaşmağa başladı. SSRİ-nin dağılmasının ardından yaranan yeni qütbləşmə, koordinasiya mərkəzlərinin dəyişməsi, qlobal enerji bazarının iqtisadi müstəvidə ön plana çıxması və bu kimi başqa şərtlər beynəlxalq aləmdə yeni tənzimləmələri qaçılmaz etdi. Artıq 3-cü onilliyinin başlaması ərəfəsində olduğumuz XXI əsrdə bu proses daha açıq və təhlükəli tendensiya alır. Hazırda dünyanın bir çox bölgəsində baş verən münaqişələr, müharibələr dünyada sabitliyi və təhlükəsizliyi təhdid edən ən başlıca problem kimi ön plana çıxır - bu müharibələr isə həm də özlüyündə əməkdaşlıq, iqtisadi inkişaf üçün ən böyük maneədir.
Davam edən və sonu görünməyən müharibələr...
Qlobal təhlükəsizliyə təhdid yaradan müharibələr get-gedə daha da genişlənməkdədir. Diqqət yetirsək, Avrasiyada son 6 ildə baş verən proseslər istər siyasi, istərsə də iqtisadi münasibətlər sisteminə ağır zərbələr vurur, mümkün genişmiqyaslı layihələri gecikdirir. Məsələn, Ukrayna-Rusiya müharibəsi artıq 4-cü ilini arxada qoyub. Ötən 4 ildə hər iki ölkənin itkiləri, infrastrukturuna dəyən ziyan ölçüyəgəlməzdir - bu müharibənin hələ sonu görünmür. Ötən 4 ildə hər iki ölkənin iqtisadiyyatı bəlkə də, 10 illər ərzində bərpa oluna bilməyəcək qədər zərər görüb. Hərbi potensialına ağır zərbələr dəyib. Eləcə də, bu müharibə böyük bir coğrafiyada enerji təminatı ilə bağlı təhdidlər formalaşdırıb. Bu müharibə nəticəsində qlobal iqtisadiyyat böyük zərər görür - müharibə təzə başladığı illərdə ərzaq təhlükəsizliyi təhdid altına düşmüşdü, ölkələrin taxılla təminatı sual altında idi. Paralel olaraq müharibə nəticəsində milyonlarla insan qaçqın və məcburi köçkün durumuna düşüb. Müharibənin isə hələ də sonu görünmür.
Və ya hələlik atəşkəs halında olan Yaxın Şərq problemi... İlk saatlarında qısa müddətdə başa çatacağı düşünülən İranla ABŞ-İsrail arasında müharibənin artıq 40 gündür davam etməsi bütün sahələrə mənfi cəhətdən sirayət edir. Atəşkəs və sülh təşəbbüslərinin hələ hansı nəticə verəcəyi bəlli deyil, münaqişə tərəfi olan ölkələrlə yanaşı, dünya iqtisadiyyatına dəyən ziyan hesabagəlməzdir. Ən əsas məqam isə bu müharibənin də yekunlaşması məsələsi qeyri-müəyyənlik halındadır - tərəflər arasında konsorsium əldə edilmir, sülh üçün real addımlar sezilmir. Beləliklə, olduqca mühüm strateji əhəmiyyətə malik regionda qlobal təhlükəsizliyin təhdid halı yaşaması davam edir.
Milli iradənin, dövlət qətiyyətinin göstəricisi, tarixi ədalətin bərpası...
6 il öncə Azərbaycan da Vətən müharibəsi nəticəsində işğal altında olan torpaqlarını azad etdi. Amma bu müharibə günümüzdə müşahidə etdiyimiz müharibələrdən həm mahiyyətinə, həm də digər parametrlərinə görə fərqlənir. İlk növbədə, Azərbaycan özünün haqq-ədalət savaşına qalxdı. Ermənistanın 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlaması beynəlxalq hüququn açıq şəkildə pozulması idi. Buna baxmayaraq, dünya birliyi uzun illər bu fakt qarşısında susqunluq nümayiş etdirdi. Bəzi hallarda isə işğalçıya dolayısı və ya açıq dəstək göstərildi. Bu ikili standartlar Azərbaycan xalqını məyus etsə də, onu yolundan döndərə bilmədi. Rəsmi Bakı bütün bu illər ərzində problemin sülh yolu ilə həllinə üstünlük verdi. Danışıqlar aparıldı, beynəlxalq tribunalarda haqq səsimiz çatdırıldı. Lakin qarşı tərəfin destruktiv mövqeyi və təxribatları sülh imkanlarını tam tükəndirdi. Nəticədə, Azərbaycan öz haqqını döyüş meydanında bərpa etmək məcburiyyətində qaldı.
Vətən müharibəsində qazanılan qələbə bütün Azərbaycan xalqının qələbəsi idi. Azərbaycan dövləti öz gücünə, öz xalqına və öz liderinə arxalanaraq 30 illik işğala son qoydu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan Vətən müharibəsi yalnız hərbi əməliyyatlar toplusu deyildi - bu, milli iradənin, dövlət qətiyyətinin göstəricisi və tarixi ədalətin bərpası idi. Bu, Ali Baş Komandanın qətiyyətli və düşünülmüş siyasətinin, xalqın birliyinin məntiqi nəticəsi oldu. Azərbaycan son 80 ildə müharibəni mütləq qələbə ilə başa vuran nadir dövlətlərdən biri kimi tarixə düşdü. Azərbaycan Prezidenti İlham Əliyev bu il yanvarın 13-də Ağdərə rayonunun Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşündə bildirmişdi ki, son 80 il ərzində Azərbaycan kimi tam və mütləq Qələbə qazanan ikinci ölkə olmayıb: “Müharibələr olub, münaqişələr olub, bu gün də davam edir. Amma heç biri tam və mütləq Qələbə ilə nəticələnməyib. Ancaq biz böyük xalq olaraq buna nail olduq, özü də cəmi 44 gün ərzində. Ondan sonra da bir gün ərzində”.
Azərbaycan Prezidentinin prinsipiallığı, iradəsi və qətiyyəti - qələbənin təminində ən zəruri şərtlər
Bəli, 2020-ci ilin Vətən müharibəsi və 2023-cü il antiterror tədbirləri Azərbaycanın rəşadətli ordusunun Ali Baş Komandanın rəhbərliyi altında apardığı zəfər yürüşü kimi tarixə düşdü. Azərbaycan Ordusu illərlə hazırlanan azadlıq planını mükəmməl şəkildə icra etdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə Azərbaycan Ordusu həm taktiki, həm də mənəvi üstünlüyü ələ aldı. 2023-cü iliin sentyabrında cəmisi 24 saat çəkən əməliyyat nəticəsində separatçı rejim darmadağın edildi - “Bakıda çay içəcəyik” deyənlər bu gün təcridxanalarda törətdikləri cinayətlərin cəzasını çəkirlər. Bu, təkcə hərbi qələbə deyildi - bu, ideoloji və mənəvi qələbə idi. Azərbaycan Prezidentinin prinsipiallığı, iradəsi və qətiyyəti bu qələbənin təmini üçün ən zəruri şərt kimi çıxış etdi. Hətta 30 illik işğal dövründə dövlət başçımız bu qətiyyətdən bir addım geri çəkilmədi - yorulmadan qələbəmizin siyasi müstəvisini formalaşdırdı. Bütün aparıcı beynəlxalq strukturlar Azərbaycan torpaqlarının işğal altında olduğunu təsdiqləyən sənədlər qəbul etdi - qlobal dünya Azərbaycanın haqlı mövqeyini təsdiqlədi və dəstəkədi. Azərbaycanın qazandığı tarixi qələbə ölkəmizin yeni inkişaf mərhələsinin əsasını qoydu. Bu zəfər güclü dövlətçilik, müasir ordu və mütləq qalib Ali Baş Komandan vəhdətinin real təcəssümü kimi tarixə yazıldı. Azərbaycan artıq yalnız öz torpaqlarını azad etmiş dövlət deyil, regionda yeni siyasi reallıqlar yaradan güc mərkəzidir. Bu qələbə sübut etdi ki, milli birlik, siyasi iradə və düzgün strategiya olduqda heç bir işğal əbədi ola bilməz. Azərbaycanın zəfər yolu davam edir və bu yol tariximizdə əbədi qalacaq.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxMaraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45

