/ / Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağı istifadəyə verilib
Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağı istifadəyə verilib
15.10.2013 [09:39]
Prezident İlham Əliyev dayanacaqda yaradılan şəraitlə tanış olub
Oktyabrın 14-də Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağı istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dayanacaqda yaradılan şəraitlə tanış olub.
Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq Bakı şəhərinin infrastrukturunun təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər ardıcıl olaraq davam etdirilir. Paytaxtın yol infrastrukturu tamamilə yenidən qurulur, müasir körpülər və yol ötürücüləri, yeraltı və yerüstü piyada keçidləri inşa olunur, yeni parklar və xiyabanlar salınır, şəhərdə nəqliyyatın hərəkətinin intensivliyinin təmin olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.
Dənizkənarı Milli Parkın yenidən qurulması və müasirləşdirilməsi paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının bu istirahət guşəsinə marağını artırıb. Burada keçirilən maraqlı tədbirləri izləmək və istirahət etmək üçün avtomobillərlə gələnlərin sayının artması bulvaryanı ərazilərdə tıxaclar və piyadalar üçün təhlükə yaradırdı. Dövlətimizin başçısı bütün bunların aradan qaldırılması üçün paytaxtın Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağının tikilməsi ilə bağlı göstəriş verib. Hər mərtəbəsi 30 min kvadratmetr və ya 2 min avtomobil tutumuna malik olan yeraltı dayanacağın inşasına 2012-ci ildə başlanılıb. Ötən dövr ərzində dövlətimizin başçısı mütəmadi olaraq burada həyata keçirilən inşaat prosesinin gedişi ilə maraqlanıb, tikinti işlərinin ən yüksək standartlara uyğun şəkildə icra olunması ilə bağlı vaxtaşırı tapşırıqlarını verirdi. İnşaat işləri qısa vaxt ərzində ən müasir standartlara uyğun şəkildə başa çatdırılıb.
Prezident İlham Əliyev yeni yeraltı avtomobil dayanacağı ilə tanış olub.
Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlər barədə dövlətimizin başçısına məlumat verib. Bildirilib ki, yeraltı avtomobil dayanacağı ən müasir avadanlıq və sistemlərlə təchiz olunub. Burada dünyanın ən son texniki nailiyyətlərindən olan havalandırma, yanğın və təhlükəsizlik sistemləri müasir standartlara uyğun şəkildə tətbiq edilib. Təhlükəsizliyin təmin edilməsi məqsədilə hər mərtəbədə təhlükəsizlik kameraları və müşahidə monitorları quraşdırılıb. Dayanacaqda avtomobillər üçün iki giriş və iki çıxış var. Piyadalar üçün isə 6 keçid inşa olunub. Keçidlərdə bütün iqlim şəraitində işləyən müasir eskalatorlar quraşdırılıb. Dayanacaqda bütün sistemlər avtomatik olaraq fəaliyyət göstərir. Dayanacağın giriş və çıxışlarında su tutumları, müasir tələblərə cavab verən drenaj sistemləri, yağıntının normadan artıq olması nəzərə alınaraq əlavə su nasosları quraşdırılıb. Burada işçilər üçün xüsusi otaqlar yaradılıb.
Dövlətimizin başçısı yeraltı avtomobil dayanacağında yaradılan şəraitdən razılığını bildirib.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

