Azərbaycan - Rusiya: Dəyişən dünyada sabit qalan ikitərəfli münasibətlər
06.05.2025 [10:14]
Azərbaycan və Rusiya qarşılıqlı hörmətə, etimad prinsiplərinə əsaslanan hərtərəfli və bərabərhüquqlu əməkdaşlığın davamlı olaraq genişləndirilməsinə dönməz sadiqlik nümayiş etdirirlər. O cümlədən yüksəksəviyyəli rəsmilərin, tanınmış ictimaiyyət, mədəniyyət və din xadimlərinin səfərləri münasibətlərin yüksələn xətlə inkişafına güclü impuls verir. Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 3-də Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüblər. Dövlətimizin başçısı və birinci xanım qonağı səmimiyyətlə qarşılayıblar.
Bir-birinə böyük rəğbət, hörmət və qarşılıqlı dəstək
Prezidentlər İlham Əliyevin və Vladimir Putinin 2022-ci il 22 fevral tarixində imzaladıqları “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” müasir dövrdə iki ökə arasında əməkdaşlıq əlaqələrinin genişlənməsinə möhkəm hüququ təminatlar yaradır. 43 bənddən ibarət olan Bəyannamədə iki dövlət arasında əməkdaşıq əlaqələrinin prioritet istiqamətləri göstərilib. Görüşdə qonağı salamlayan Prezident İlham Əiyev sürətlə dəyişən dünyada xalqlarımız arasında münasibətlərin sabit qaldığına xüsusi diqqət çəkib. Bu xüsusda fikirlərini ifadə edən dövlətimizin başçısı deyib: “Zati-aliləri, xoş gəlmisiniz. Sizi görməyimə çox şadam. Dəvətimi qəbul etdiyinizə və Azərbaycana səfərə gəldiyinizə görə sağ olun. Siz Azərbaycanda birinci dəfə deyilsiniz. Mehribanla bizim Sizinlə əvvəlki görüşlərimizlə bağlı çox yaxşı xatirələrimiz var. Zaman sürətlə keçir. Sizin ötən səfərinizdən artıq altı il keçib və əlbəttə, bu vaxt ərzində həm dünyada, həm ölkəmizdə, həm də regionda öyrəşdiyimiz stereotipləri tamamilə dəyişən hadisələr baş verib.
Xalqlarımız arasında münasibətlərə gəldikdə, məhz bu məsələdə hər şey sabitdir. Biz ənənəvi olaraq bir-birimizə böyük rəğbət, hörmət, qarşılıqlı dəstək göstəririk və şadam ki, xalqlarımız arasında möhkəm əlaqələr dövlətlərarası münasibətlərin bu cür bünövrəsini təşkil edir”.
Azərbaycanda konfessiyalar arasında anlaşma hökm sürür
Dünyada tolerantlıqla bağlı kədərli mənzərə fonunda Azərbaycan özünün nümunəvi multikulturaizm modelini təqdim edir. Respublikamızda multikulturalizm tarixdən gələn bir ənənədir, eyni zamanda, cəmiyyətimizin bugünkü reallığıdır. Deyə bilərik ki, Azərbaycan Qobal Şərqlə Qlobal Cənub, geniş İslam coğrafiyası ilə Avropa İttifaqı arasında arzulanan bir görüş yerinə çevrilib.
Dünya Azərbaycanın timsalında çoxkonfessiyalı cəmiyyətin ölkənin, dövlətin inkişafında necə mühüm rol oynadığının şahidi olur. Azərbaycanda insanların böyük qismi İslam dininə etiqad bəsləyir. Ancaq digər konfessiyaları təmsil edən vətəndaşlarımız da ölkəmizin inkişafında fəal rol alırlar. Bundan məmnunluğunu bildirən Prezident İlham Əliyev vurğulayıb: “Əlbəttə, Azərbaycanın pravoslav icması dövlətlərarası münasibətlərin mühüm amilidir. Əminəm ki, bizim hamımız kimi, onlar da Sizin gəlişinizə çox sevinəcəklər. Sizinlə bu məsələ ətrafında fikir mübadiləsi apardığımız kimi, Azərbaycanda konfessiyalararası və millətlərarası sülh və anlaşma, qarşılıqlı dəstək hökm sürür. Bu, ölkələrimizin dayanıqlı inkişafının mühüm amilidir. Çünki əks halda, heç bir inkişafdan söhbət gedə bilməz. Çox şadıq ki, rus icmasının nümayəndələri olaraq pravoslav icması ölkəmizin inkişafında, onun suverenliyinin və ərazi bütövlüyünün təmin olunmasında fəal iştirak edir, bütövlükdə Azərbaycanda yaşayan çoxsaylı xalqların bütün digər nümayəndələri ilə birlikdə ölkəmizin ümumi inkişafına böyük töhfə verir.
Sizinlə görüşmək, ünsiyyətdə olmaq bizim üçün həmişə xoşdur. Sizi Azərbaycanda səmimi-qəlbdən bir daha salamlayıram. Azərbaycan Sizin üçün yad ölkə deyil. Biz Sizin uzun illər ərzində Azərbaycan xalqının böyük dostu olduğunuzu bilirik. Siz həmişə sözdə və əməldə bizə hörmət göstərmisiniz və əminəm ki, bu müsbət dinamika gələcəkdə də qorunub saxlanılacaq”.
Dövlətlərarası münasibətlərdə liderlərin şəxsiyyəti amili
Dünya tarixindən liderlərin mənsub olduqları xalqların, ölkələrin və elə bəşəriyyətin taleyində zaman-zaman müstəsna rol oynadıqlarına aid çoxlu sayda misallar sadalamaq mümkündür. Məhz onlar ən kritik məqamlarda zəruri qərarlar verməklə və cəsarətli addımlar atmaqla tarixdə bir dönüş yaratmağı bacarıblar. İlham Əliyev də özündə yüksək liderlik keyfiyyətərini birləşdirən uzaqgörən siyasətçidir. Azərbaycanın həmişə sevinc hissi ilə gədiyi ölkə olduğunu bildirən Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill burada liderin şəxsiyyət amilinin müstəsna rol oynadığına xüsusi diqqət çəkib. Müqayisələr aparan Krill deyib: “Qarşınızda yəqin ki, öz İlahi missiyası ilə əlaqədar bütün dünya ölkələrinə səfər etmək imkanına malik olan insan əyləşib. Bu, müəyyən mənada xüsusi təcrübədir, həm də, sadəcə, müəyyən zaman ərzində deyil, tarix boyu səfər etmişəm. Yəni, məsələn, deyək ki, son 40 ildən artıq müddətdə Afrika, Asiya, Latın Amerikası, Avropa ölkələrindəki vəziyyəti müqayisə edə bilərəm. Ona görə də deyə bilərəm ki, insanlarla, dövlət xadimləri ilə ünsiyyətlə bağlı belə böyük təcrübə məndə müəyyən fikirlər, həyata, siyasətə baxış formalaşdırdı. Niyə gizlədim ki, hansısa ölkəyə gələndə, hətta dialoqa girəndə, dövlət başçıları ilə ünsiyyətdə olanda belə, özünü heç də həmişə rahat hiss etmirsən. Çünki elə məsələlər var ki, bəlkə də danışmaq və xatırlamaq da istəmirsiniz. O ki qaldı, Sizin mübarək ölkənizə, sanki buraya həmişə qanadlanıb uçursan.
Əvvəla, zənnimcə, bu, Sizin şəxsiyyətinizlə və təbii ki, icazənizlə deyərdim - Sizin gözəl həyat yoldaşınızın şəxsiyyəti ilə bağlıdır. Bu, bir növ insani səmimiyyət, həqiqi dostluq hissidir. Bax bu, necə dəyərlər, qəlbi hərarətləndirir və hər zaman aramızda olan belə düzgün, etibarlı, dürüst dialoqa sövq edir”.
Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill, həmçinin Azərbaycanla Rusiya arasında münasibətərin hazırkı səviyyəsindən məmnunluğunu ifadə edərək ölkəsinin dövlət başçısının da Prezident İlham Əliyev barəsində çox səmimi fikirlər ifadə etdiyini diqqətə çatdırıb. Sitat: “Əgər Rusiya-Azərbaycan münasibətlərindən danışırıqsa, mənə elə gəlir ki, indi hər şey çox yaxşı inkişaf edir. Tanrı qismət eləsin ki, bu, belə də davam etsin. Moskvadan yola düşərkən Vladimir Vladimiroviçlə görüşmək imkanım oldu. O da Sizin haqqınızda çox səmimi şəkildə yaxşı, düzgün sözlər dedi. Məndən xahiş etdi ki, 80 illik yubileyə dəvəti çatdırım və Siz bu mühüm tarixi qeyd etmək üçün Moskvaya səfər edə biləsiniz. Bizim Prezidentimiz də siyasi jest naminə öz əqidəsini dəyişməyə meyilli deyil. O, ya susacaq, ya da düşündüyünü açıq şəkildə deyəcək.
Vladimir Vladimiroviçlə ünsiyyət təcrübəsi olan biri kimi deməliyəm ki, onun sözlərində belə səmimi rəğbət və belə açıqlıq hiss etdim, buna şahidlik edə bilərəm. Ona görə də ümid edirik ki, Siz bu əlamətdar tarixlə - dəhşətli düşmən üzərində Qələbənin 80 illiyi ilə əlaqədar Moskvaya səfər edə biləcəksiniz”.
Mehriban xanım Əliyeva yüksək təltifə layiq görülüb
Görüşdə Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Rus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Birinci vitse-prezident və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təqdim edib.
Azərbaycanın birinci xanımı bu ordenə cəmiyyətdə ənənəvi dəyərlərin qorunub saxlanmasına, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına verdiyi töhfələrə görə Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin fərmanına əsasən layiq görülüb.
Qeyd edək ki, xalqlar, konfessiyalar arasında inam və qarşılıqlı hörmət yaradılması Birinci vitse-prezidet Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən qırmızı xətt kimi keçir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun reallaşdırdığı “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi ölkəmizin hüdudlarından kənarda da böyük rəğbətlə qarşılanıb. Belə səmərəli fəaliyyət öz növbəsində bütün dünyada təqdir olunur. Təsadüfi deyildir ki, Mehriban xanım Əliyeva indiyədək müxtəlif ölkələrin və nüfuzlu beynəlxalq təşkilatların çoxlu sayda yüksək mükafatlarına layiq görülüb. İndi onların sırasına I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordeni də əlavə olundu. Xatırladaq ki, Latviya siyasətçisi Evika Silina, Bruney kraliçası Salehə, Danimarka siyasətçisi Mette Frederiksen, ispan opera müğənnisi Monserrat Kabalye, Malta siyasətçisi Roberta Metsola və digərləri də indiyədək bu yüksək mükafata layiq görülənlər sırasında yer alırlar.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxElm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Dünya
10 Avqust 11:30
Dünya
10 Avqust 10:53
Dünya
10 Avqust 10:20
Dünya
10 Avqust 09:50
Dünya
10 Avqust 09:30
Dünya
10 Avqust 08:55
Sosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24

