Ukrayna Prezidenti Viktor Yanukoviç ölkəmizdə işgüzar səfərdə olub
13.12.2012 [01:54]
Dünən Ukrayna Prezidenti Viktor Yanukoviç Azərbaycan Respublikasına işgüzar səfərə gəlib. Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin görüşü olub.
Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Viktor Yanukoviçi qarşılayıb. Dövlətimizin başçısı İlham Əliyev deyib: “Hörmətli Viktor Fyodoroviç, Azərbaycana xoş gəlmisiniz. Sizi yenidən görməyimə çox şadam. Səfəriniz qısamüddətli olmasına baxmayaraq ümidvaram ki, bir çox məsələləri ətraflı müzakirə edə biləcəyik. Biz dəfələrlə ikitərəfli münasibətlərimizi müzakirə etmişik. Həm də çox şadam ki, irəliyə doğru tərəqqi görünür. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə irəliləyiş göz qabağındadır. Biz istiqaməti uzunmüddətli və çoxşaxəli əməkdaşlığa yönəltmişik və əminəm ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri uğurla davam edəcəkdir. Bir daha xoş gəlmisiniz”.
Ukrayna prezidenti Viktor Yanukoviç bu səfərin ikitərəfli münasibətlərin daha da genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan olduğunu vurğulayıb. Ukrayna dövlətinin başçısı Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə ehtiramını bildirərək deyib: “Mən, həmçinin bu gün Ukraynanın yaxın dostu olan Heydər Əliyevin nurlu xatirəsini yad edənlərə qoşulmaq istəyirəm. Siz bu ənənəni ləyaqətlə davam etdirirsiniz”.
Azərbaycanın əldə etdiyi uğurlardan da danışan Ukrayna Prezidenti deyib: “Biz həmişə dostlarımızın uğurlarına sevinirik və mən bilirəm ki, Siz də Ukraynaya eyni səmimi münasibət bəsləyirsiniz. Düşünürəm ki, bizim birlikdə ürəkdən, dostcasına müzakirəyə çıxarılmalı ənənəvi məsələlərimiz vardır. Əlbəttə, mən çox şadam ki, Azərbaycan birinci Avropa Olimpiya Oyunlarını keçirən ölkə olacaqdır”.
Dünən Ukrayna Prezidenti Viktor Yanukoviçin Azərbaycana işgüzar səfəri başa çatıb.
Xəbər lenti
Hamısına baxMüsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35

