/ / Prezident İlham Əliyev Əfqanıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev Əfqanıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
30.11.2012 [01:21]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Əfqanıstan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mohammad Şaker Karqarın etimadnaməsini qəbul edib. Diplomat fəxri qarovul dəstəsinin qarşısından keçib.
Səfir Mohammad Şaker Karqar etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti səfirlə söhbət edib.
Xalqlarımız arasında böyük tarixi əlaqələrin mövcud olduğunu vurğulayan dövlətimizin başçısı bu əlaqələri yeni mərhələdə genişləndirməyin zəruriliyini bildirib. Əfqanıstan Prezidenti Həmid Kərzainin İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən sammitində iştirakına toxunan Prezident İlham Əliyev bu səfərin uğurla inkişaf edən ikitərəfli münasibətlərimizin yeni istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı məsələlərin müzakirəsi baxımından əhəmiyyətli olduğunu deyib. Dövlətimizin başçısı ölkəmizin Əfqanıstanı sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi ilə bağlı məsələlərdə bundan sonra da dəstəkləyəcəyini qeyd edib.
Səfir Mohammad Şaker Karqar Əfqanıstan İslam Respublikasının Prezidenti Həmid Kərzainin salamlarını dövlətimizin başçısına çatdırıb. Mohammad Şaker Karqar Əfqanıstan xalqının və hökumətinin Azərbaycanın mövqeyini bütün məsələlərdə, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələdə daim dəstəklədiyini vurğulayıb.
Dövlətimizin başçısı müxtəlif beynəlxalq təşkilatlarda Əfqanıstanın Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.
Prezident İlham Əliyev Prezident Həmid Kərzainin salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Əfqanıstan dövlətinin başçısına çatdırmağı xahiş edib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

