Cari ilin 9 ayının yekunlarına görə, əhalinin pul gəlirləri 12 faiz artıb
12.10.2012 [11:44]
Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkəmizdə insanların daha da yaxşı yaşaması və onların illik gəlirlərinin artmasına dövlət dəstəyinin gücləndirilməsi hökumətin əsas prioritetlərdən biridir. Xüsusilə, inkişaf tempinə görə regionun lider dövlətinə çevrilən Azərbaycanın iqtisadi imkanlarının artması bu istiqamətdə fəaliyyəti əsaslandırır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən iqtisadi inkişaf siyasəti 5-10 il bundan öncə həyata keçirilməsi mümkün olmayan sosial proqramları reallaşdırmağa imkan verir. Azərbaycan hökumətinin həyata keçirdiyi məqsədyönlü iqtisadi strategiya ölkəmizin iqtisadi və siyasi sabitliyinin möhkəmlənməsinə əhəmiyyətli dərəcədə təsir etməkdədir. Cari ilin 9 ayının yekunları da göstərir ki, ölkə iqtisadiyyatı uğurla inkişaf edir və makroiqtisadi göstəricilər yüksək səviyyədədir. Belə ki, ölkə iqtisadiyyatı 9 ayda 1,1 faiz, qeyri-neft iqtisadiyyatı isə 10,3 faiz artıb. Makroiqtisadi sabitlik və iqtisadiyyatın dinamik inkişafı nəticəsində əldə olunan potensialın davamlılığı isə maaş və əhalinin pul gəlirlərinin, əmanət və depozit qoyuluşlarının artması üçün baza yaradıb.
Beləliklə, Azərbaycan hökumətinin həyata keçirdiyi iqtisadi inkişaf strategiyası nəticəsində büdcə vəsaitlərinin artması kompleks islahatların reallaşdırılmasına, əhalinin həyat şəraiti, sosial vəziyyətinin yaxşılaşdırılmasına nail olmağa imkan verir. Eyni zamanda, Azərbaycanda inkişaf strategiyasının başlıca istiqamətləri respublikanın bütün mövcud potensialından səmərəli istifadə etməklə yoxsul təbəqənin, işsizliyin sayının minimuma endirilməsindən ibarətdir. Zəngin valyuta sərvətlərinin ölkəyə daxil olmasının fonunda sözsüz ki, bütün sosial təbəqələr və sahələr üzrə yüksək sıçrayışların müşayiət olunması qaçılmazdır.
Respublikamızın maliyyə resurslarının və büdcə gəlirlərinin əsas xərc istiqamətlərinə diqqət yetirsək görərik ki, vətəndaşların rifah halının yaxşılaşması, aztəminatlı ailələrin lazım olan sosial müdafiə tədbirləri ilə təmin edilməsi, sosial sahədə mövcud olan bütün problemlərin aradan qaldırılması ilə bağlı tədbirlərin gücləndirilməsi daim diqqət mərkəzindədir. Ümumiyyətlə, sosialyönümlü iqtisadiyyatı respublikamızın strateji inkişaf və modernizasiya konsepsiyasının əsas təməllərindən biri kimi qiymətləndirmək olar. Prezident İlham Əliyevin Sovet dövründən qalma əmanətlərin qaytarılması haqqında imzaladığı Fərmanı da həmin tendensiyanın bariz göstəricilərindəndir.
Bütövlükdə, 2004-cü ildən başlayaraq, Azərbaycanda 900 mindən artıq yeni iş yeri açılıb, yoxsulluğun səviyyəsi 4,5 dəfə aşağı düşüb, iqtisadiyyat 2,8 faiz, büdcə xərcləri 12 dəfə artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2009-cu ilin yanvarından indiyədək ölkədə 266,1 min, o cümlədən, 200,5 min daimi iş yeri yaradılıb.
Eyni zamanda, 2005-2010-cu illər ərzində Azərbaycan insan resursunun inkişafı sahəsində ən sürətli irəliləyişə nail olub. BMT-nin İnkişaf Proqramının əhalinin rifah səviyyəsini əks etdirən İnsan İnkişafı Hesabatına əsasən, Azərbaycan son beş ildə 34 pillə irəliləyərək 169 ölkə arasında 2005-ci ildə tutduğu 101-ci yerdən 2010-cu ildə 67-ci yerə yüksəlib. Son 10 ildə bu indeksin orta illik artım tempinə görə isə nəinki keçmiş Sovet İttifaqı məkanında olan ölkələri, hətta Çin və Hindistan kimi bu gün dünyada sürətlə inkişaf edən dövlətləri də qabaqlayıb.
Ümumilikdə, son 20 il ərzində əhalinin real gəlirləri 2,4 ölkə üzrə iqtisadiyyatla məşğul olan işçilərin orta aylıq əməkhaqqı nominal ifadədə 107 dəfə artıb. Ötən il isə, əhalinin pul gəlirlərində artım 20 faizə çatıb. Minimum aylıq əməkhaqqının məbləği 10, orta aylıq əməkhaqqı isə 9,6 faiz artaraq analoji olaraq 93,5-359,3 manata yüksəlib. Cari ilin 9 ayının yekununa görə bu rəqəm 12 faiz artım təşkil edib. Dünya Bankının məlumatına görə, milli gəlirin ədalətli bölgüsünə görə Azərbaycan 110 inkişaf edən ölkəni geridə qoyur. Yəni, davamlı inkişafdan dar bir təbəqə yox, daha geniş əhali kütləsi yararlanır. Başqa sözlə, iqtisadi inkişafın “inklüzivliyi” artır. Hazırda Dünya Bankının hesabatına görə, Azərbaycan dünyanın 153 ölkəsi arasında ən aşağı yoxsulluğa malik 20 ölkədən biridir.
Oktyabrın 10-da Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən Prezident İlham Əliyev ölkəmizdə müşahidə olunan inkişaf tendensiyasının əhalinin yaşayış səviyyəsinə müsbət təsir etdiyini vurğulayıb. Dövlət başçısı bildirib ki, doqquz ayda əhalinin pul gəlirləri 12 faiz, inflyasiya isə cəmi 1,5 faiz artmışdır: “Gördüyünüz kimi, inflyasiya ilə əhalinin pul gəlirləri arasında 10 faiz fərq vardır və hesab edirəm ki, Azərbaycan bu göstəricilərə görə dünya miqyasında ən qabaqcıl yerlərdədir. Bizim bütün iqtisadi təşəbbüslərimiz və ümumiyyətlə, iqtisadi strategiyamız Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasına yönəldilmişdir. Biz bu istiqamətdə böyük nailiyyətlərə çatmışıq və bu göstəricilər görülən işlərin məntiqi nəticəsidir”.
SEVİNC
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

