Azərbaycan ümid yeridir!
13.06.2024 [10:20]
Bonn Bəyanatı: Bakının indiyədək ən inklüziv COP-a ev sahibliyi edəcəyinə inanırıq
Hazırda qlobal miqyasda yaranan əsas çağırışlardan biri iqlim dəyişikliyi ilə bağlıdır. Sənayenin inkişafı, atmosferə atılan qazlar qlobal istiləşməyə təkan verib və bu da öz növbəsində ciddi iqtisadi və sosial fəsadlara gətirib çıxarır. Bəzi ölkələr qlobal istiləşmənin nəticəsi olaraq okeanların səviyyəsinin qalxmasından, digər ölkələr isə qidalandıqları mənbələrdə suyun azalmasından əziyyət çəkirlər. Xəbərdarlıq edilir ki, əgər temperaturun artması belə davam edərsə, onda 130-200 ildən sonra Yerdə həyat mövcud olmayacaq. Belə bir şəraitdə Azərbaycanın liderlik keyfiyyətləri nümayiş etdirməsi və noyabrda ev sahibliyi edəcəyi COP29 konfransına məsuliyyətli hazırlıqlar həyata keçirməsi, tədbirlə bağlı ciddi gündəlik müəyyənləşdirməsi, kiçik ada dövlətlərinin mövcudluq probleminə və digər aktual məsələlərə diqqət çəkməsi beynəlxalq səviyyədə müsbət nümunə kimi qəbul olunur. Elə bu günlərdə Almaniyanın Bonn şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Yardımçı Qurumunun 60-cı sessiyasında iştirak edən bir sıra QHT-lər Azərbaycanın COP29 ölkəsi kimi bütün maraqlı tərəflərlə dialoq və əməkdaşlığı təşviq edən fəaliyyətini təqdir edən bəyanat yayıb.
Beynəlxalq səviyyədə ölkəmizə və onun Liderinə olan rəğbət artır
İqlim dəyişikliyinin təhdidlərindən heç bir ölkə sığortalanmayıb. O cümlədən Azərbaycanda iqlim dəyişikliyi Xəzər dənizinin sahilinə nəzər salarkən görünür. İldən-ilə biz dənizin geri çəkildiyinin şahidi oluruq. Bunun səbəbi isə iqlim dəyişikliyi və insanların qeyri-rasional fəaliyyətidir.
Azərbaycan yaranan qlobal təhdidlərə qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsinin zəruriliyi mövqeyindən çıxış edir. Məhz dövlətlərin milli səviyyələrdə gördükləri tədbirlərlə və fəaliyyətləri uzlaşdırmaqla qlobal təhdidə qarşı mübarizənin səmərəliliyini artırmaq mümkündür. BMT-nin bəyan etdiyi Davamlı İnkişaf Məqsədlərinə qoşulan Azərbaycan milli səviyyədə ekoloji siyasətinin konkret istiqamətini müəyyənləşdirib - bu, yaxın perspektivdə “sıfır emissiya” hədəfinə çatmaqdır. COP29 tədbirinə ev sahibliyi etməyin məsuliyyətini öz üzərinə götürməklə Azərbaycan həssas yanaşmasını bir daha nümayiş etdirib. Hazırda Azərbaycan beynəlxalq iqlim konfransına intensiv hazırlıqlar həyata keçirir. İndiyədək bir sıra proaktiv addımlar atılıb. Hazırda tərəfdaşlarla uzlaşdırılmış fəaliyyətlər davam etdirilir. O cümlədən COP28-ə ev sahibliyi etmiş Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və növbəti COP-a ev sahibliyi edəcək Braziliya ilə birlikdə “Troyka” təsis edilib.
Azərbaycanın bütün dünya və gələcəyimiz üçün çox vacib olan məsələyə milli səviyyədə həssas yanaşması və qlobal təhdidlərə qarşı həmrəyliyin gücləndirilməsi təşəbbüslərindən çıxış etməsi beynəlxalq səviyyədə diqqətlə izlənilərək dəstəklənir. Xatırladaq ki, bundan əvvəl ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Niderland, İtaliya, Macarıstan, Avstraliya, Pakistan, Nigeriya, Əlcəzair, Kamerun, Meksika, Hindistandan olan QHT-lər və ictimai fəallar Azərbaycan Milli QHT Forumuna məktub ünvanlayaraq, COP29-a ev sahibliyi edən ölkəmizə güclü dəstək ifadə ediblər. Məktubda Bakıda keçiriləcək COP29-un vacibliyi vurğulanıb, bu tədbirdən böyük gözləntilər olduğu diqqətə çatdırılıb və Azərbaycanla həmrəylik ifadə olunub.
Almaniyanın Bonn şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Yardımçı Qurumunun 60-cı sessiyasında iştirak edən bir sıra QHT-lərin Azərbaycanın COP29 ölkəsi kimi bütün maraqlı tərəflərlə dialoq və əməkdaşlığı təşviq edən fəaliyyətini təqdir edən bəyanat imzalamaları ölkəmizə güclü beynəlxalq dəstəyin daha bir ifadəsidir. Bəyanatda deyilir: “Biz, aşağıda imzası olan vətəndaş cəmiyyəti təşkilatları qlobal ictimaiyyəti davamlı və yaşıl gələcəyə doğru istiqamətləndirmək kimi mühüm vəzifəyə rəhbərlik edən COP29 Sədrliyinə və tədbirə ev sahibliyi edəcək Azərbaycana öz dəstəyimizi bildiririk. Vətəndaş cəmiyyəti təbliğat, monitorinq, təmsilçilik və innovativ həllər təmin etməklə, iqlim dəyişmələri danışıqlarına öz töhfəsini verir. İqlim məsələləri ilə bağlı ictimaiyyətin məlumatlılığının artırılmasından tutmuş daha güclü iqlim siyasətinin icrasına nail olmaq üçün biz müxtəlif icmaların, xüsusən də həssas və təcrid vəziyyətinə düşmüş qrupların narahatlıqlarını danışıqlarda ön plana çıxarırıq. Bu baxımdan COP29-a sədrlik və ev sahibliyi edəcək Azərbaycanın bütün maraqlı tərəflərlə dialoq və əməkdaşlığın təşviqində rolu çox əhəmiyyətlidir”.
Ümumilikdə, son dörd ayda 50-dən çox ölkəni təmsil edən 360-dan artıq QHT və ictimai fəal birgə bəyanatlar yayaraq, Azərbaycanın COP29 üzrə qlobal liderliyini təqdir edib. Bu təşkilatlar arasında inkişaf etməkdə olan regionların təmsilçilərinin üstünlük təşkil etməsi də müşahidə olunur. Bu isə o deməkdir ki, Prezident İlham Əliyevin inkişaf etməkdə olan dünyanın problemlərini ardıcıl şəkildə qaldırması, qlobal təşəbbüslərlə çıxış etməsi dünyanın müxtəlif regionlarda böyük maraqla qarşılanır, diqqətlə izlənilir və Azərbaycana, onun Liderinə olan rəğbəti artırır. Xarici QHT-lərin bəyanatlarında Azərbaycana ümid yeri kimi yanaşılması da bunun bariz nümunələrindən biridir.
Azərbaycanın ən inklüziv COP-a ev sahibliyi edəcəyinə böyük inam
İqlim dəyişikliyi və onun yaratdığı fəsadlar barədə müzakirələr müxtəlif platformalarda və məkanlarda aparılır. Bu, özlüyündə yaxşı haldır. Ancaq təəssüf ki, bir sıra hallarda müzakirələrin praktiki müstəvidə davamı gəlmir, vəziyyətə təsiredici qərarlar zamanında qəbul olunmur. Belə yanaşma Azərbaycan üçün qəbuledilməzdir. Fəaliyyətlər nəticəyönümlü olmalıdır və burada yerli icmaların səsi eşidilməlidir. Azərbaycan COP tarixində iqlim dəyişikliyinin fəsadlarına məruz qalan ölkələr və cəmiyyətlər üçün ən əlçatan və faydalı iqlim konfarnsı keçirməyi hədəfləyib. Yuxarıda bəhs olunan bəyanatda bu məqama xüsusi diqqət çəkilib. Xarici QHT-lərin Bonn bəyanatında qeyd edilir ki, “həssas və təcrid vəziyyətinə düşmüş icmaların, o cümlədən yerli xalqların, qadınların və gənclərin səslərinin danışıqlar prosesində eşidilməsini və nəzərə alınmasını təmin etmək vacibdir. İqlim fəaliyyətinə təkan vermək üçün vətəndaş cəmiyyətinin əsas rolunu dərk etməklə, QHT nümayəndələrini qərarların qəbulu proseslərinə fəal şəkildə cəlb etməklə, insanların və planetin ehtiyaclarını prioritet elan etməklə, biz Azərbaycanın indiyədək ən inklüziv COP-a ev sahibliyi edəcəyinə inanırıq”.
Hazırda iqlim dəyişikliyinin fəsadlarından ən çox kiçik ada dövlətlərinin təsirləndiyi heç kəsə sirr deyil. Dörd bir tərəfdən su ilə əhatə olunan bu ölkələr üçün okeanların səviyyəsinin yüksəlməsi bir mövcudluq məsələsinə çevrilib. Onlar üçün zaman gözləmir. COP29-a ev sahibliyi edəcək Azərbaycanın mövqeyi ondan ibarətdir ki, daha səmərəli tədbirlər görülməli, daha həssas yanaşma sərgilənməlidir. Azərbaycan burada da konkret nəticəyə nail olmaq əzmi nümayiş etdirir. Hazırda kiçik ada dövlətləri ilə fəal iş aparılır. Onların dəstəklənməsi məqsədilə xüsusi fondun yaradılması planlaşdırılır. Ölkəmiz COP29-un ev sahibi kimi kiçik ada dövlətləri üçün ciddi gündəlik müəyyənləşdirib. Təsadüfi deyil ki, bəyanatda Azərbaycanın inkişaf etməkdə olan dünyanın ehtiyaclarını nəzərə alaraq, bu ölkələrdə yaşayan yüz milyonlarla insanın, o cümlədən inkişaf etməkdə olan kiçik ada dövlətlərinin iqlim dəyişmələri ilə bağlı çətinliklərini dilə gətirməsi, həlli üçün ardıcıl səy göstərməsi xüsusi vurğulanır. Bundan başqa, COP29 üzrə iqlim dəyişmələrinin həllində qlobal liderliyi öz üzərinə götürən Azərbaycanın mənalı əməkdaşlığa, iddialı öhdəliklər götürülməsinə, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında yeni maliyyə hədəfi üzrə konsensusa nail olacağına və hamı üçün bərabər və ədalətli gələcəyin qurulmasına doğru ciddi addımlar atacağına əminlik ifadə olunur. Bəyanat bu sözlərlə yekunlaşır: “Bonn konfransında iştirak edən vətəndaş cəmiyyəti təmsilçiləri iqlim sazişlərinin məqsədlərinə nail olmaq üçün bütün maraqlı tərəflərlə əməkdaşlığa hazırdır. Biz birlikdə əmin ola bilərik ki, COP29 dayanıqlı gələcəyə doğru mühüm mərhələni uğurla başa vuracaq”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

