“Əsrin Müqaviləsi”ndən “Yaşıl Əsrin Müqaviləsi”nə...
06.06.2024 [10:00]
Azərbaycan 30 il əvvəl, 1994-cü il sentyabrın 2-də “Əsrin müqaviləsi”ni imzalmaqla iqtisadi-siyasi həyatında yeni dövrün başlanğıcını qoydu. Dünyanın ən nəhəng enerji şirkətləri ilə imzalanmış bu sazişin icrası sayəsində “Azəri-Çıraq-Günəşli” yataqlarından hasil olunan neft dünya bazarlarına nəql olunmaqla ölkəmizin iqtisadi inkişafında həlledici rol oynadı, Azərbaycanı neft ixracatçıları aliəsinin layiqli üzvünə çevirdi.
“Əsrin Müqaviləsi”nin ən əhəmiyyətli fazası olan “Azəri-Çıraq-Günəşli” yataqlarından hasil edilən neftin dünya bazarlarına çıxarılması, 2006-cı ildə Azərbaycan dünyanın ən böyük tranzit arteriyalarından biri olan Bakı-Tbilisi-Ceyhan boru kəmərinin istifadəyə verilməsi iqtisadi inkişaf üçün güclü maliyyə aktivləri imkanlarını hərəkətə gətirdi. Neft-qaz sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsi, neft resurslarının dünya bazarlarına çıxarılması və valyuta gəlirlərinin ölkəyə daxil olması özünün iqtisadi səmərəsini göstərməyə başladı. Azərbaycanın itirilmiş güclü iqtisadi potensialnın və hərəktsiz qalmış resurslarının bərpa olunması iqtisadi artım üçün geniş imkanlar açdı, milli gəlirlərin formalaşmasını, iqtisadi sabitliyin möhkəmliyini və valyuta stabilliyini təmin etdi.
Əldə olunmuş neft gəlirlərinin düzgün və səmərəli idarə olunması və iqtisadiyyatın şaxələndirilməsinə, əsas kapital qoyuluşuna ehtiyac olunan mühüm sahələrə, xüsusilə də, iqtisadiyyatın və sosial sektorların mühüm bölmələrinə yönləndirilməsi ölkəmizin bütün regionlarında infrastrukturların əhəmiyyətli şəkildə modernləşdirilməsinə səbəb oldu, qeyri-neft iqtisadiyyatının dayanıqlı inkişafını təmin etmiş, sosial rifahın davamlı olaraq yaxşılaşdırılmasına güclü zəmin yaratdı.
Neft gəlirləri, həmçinin regionlarda bütün infrastrukturların bərpası və müasirləşdirilməsi, nəqliyyat və kommunal infrastruktur sektorlarını dayanıqlı və etibarlı şəkildə qabaqcıl dünya xidmətləri səviyyəsinə çatdırılması, müasir tipli müəssisələrin, yeni iş yerlərinin yaradılması istiqamətində sistemli tədbirlərin həyata keçirilməsində, eləcə də əhalinin məşğulluğunun artırılmasında və ölkədə yoxsulluğun səviyyəsinin azaldılmasında mühüm rol oynadı.
“Əsrin müqaviləsi”nin növbəti uğur səhifəsi 2017-ci ildə Xəzərin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması oldu.
Ümumilikdə, neft strategiyasının uğurlu icrası sayəsində Azərbaycan güclü iqtisadi inkişaf mərhələsinə daxil oldu. Prezident İlham Əliyev tərəfindən neft gəlirlərinin ədalətli və uzaqgörənliklə idarə olunması sayəsində Azərbaycan Cənubi Qafqazın lider iqtisadi gücünə çevrildi, Onun unikal iqtisadi idarəetmə istedadı sayəsində Azərbaycan Cənubi Qafqazın lider iqtisadi gücünə çevrildi, 2003-2023-cü illərdə Ümumi Daxili Məhsul (ÜDM) 14,8 dəfə artaraq 134 milyard manata çatdı, dövlət büdcəsinin gəlirləri 25,2 dəfə artaraq 1,2 milyard manatdan 35,8 milyard manata yüksəldi, büdcənin xərcləri 27 dəfə arataraq 1,3 milyard manatdan 36,6 milyard manata çatdırıldı. Təkcə, hərbi-müdafiə xərcləri 35 dəfəyə yaxın artdı, əgər həmin xərclər 2003-cü ildə 150 milyon manat idisə 2023-cü ildə 5,3 milyard manatı üstələdi.
Məhz bu güclü iqtisadi arxitektura və hərbi büdcə sayəsində rəşadətli Ordu quruldu və 44 günlük Vətən müharibəsində parlaq Qələbə qazanıldı, 2023-cü ilin sentyabr ayında bir günlük lokal antiterror əməliyyatları nəticəsində Zəfərin ən qürurverici səhifəsi və münaqişənin son akkordu tamamlandı, Azərbaycanın dövlət suverenliyi və Konstitusiya hüquqları 86,6 min kv.km ərazilərinin hər bir nöqtəsində təmin olundu.
Qətiyyətli enerji diplomatiyasının uğurlu müəllifi olan İlham Əliyev Bakı-Tbilsi-Ceyhan, Bakı-Tbilis-Ərzurum, TANAP, TAP və digər qlobal trans-enerji arteriyalarını gerçəkləşdirməklə Azərbaycanın iqtisadi intibahının dayanıqlılığını təmin etdi. Neft-qaz layihələrindən əldə edilən milli dividentlər Onun müdrik idaretməsi sayəsində qeyri-neft iqtisadiyyatının inkişafında mühüm rol oynadı, ölkəyə xarici investisiyaları təşviq etdi, nəticədə 2003-2023-cü illər ərzində ölkə iqtisadiyyatında əsas kapitala ümumilikdə, 300 milyard manat investisiya yatırıldı. Neft gəlirlərinin uğurlu idarə olunması sayəsində Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi son 20 ildə 47 dəfədən çox artaraq 68 milyard dollara yüksəldi.
“Əsrin müqaviləsi”nin 30 illik yubiley ilində Azərbaycan enerji doktrinasının yeni səhifəsi olan “yaşıl enerji” sazişləri ilə tam yeni mərhələnin əsasını qoydu. İyunun 4-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti ilə dəyəri 1 milyard dollara bərabər olan 3 müqavilənin imzalanması ilə enerji siyasətinin yeni dövrü başlanmış olur.
Məlumdur ki, “Yaşıl enerji”yə keçid Azərbaycan dövlətinin enerji siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Ölkənin enerji balansında “yaşıl enerji” mənbələrindən əldə edilən enerjinin payının getdikcə artırılmasına nail olmaq enerji sektorunda aparılan islahatların əsas məqsədlərindəndir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də ölkəmizdə “yaşıl enerji” məkanının yaradılması ilə bağlı bir sıra prioritetlər müəyyən edilib ki, bu da yaxın onillikdə yeni çağırışlardan biri kimi “yaşıl artım”a yönəlik səylərin və sərmayələrin artırılacağından xəbər verir.
Azərbaycan 30 il əvvəl xarici neft konsorsiumları ilə bir ailədə birləşdiyi kimi hazırda “yaşıl enerji” ilə bağlı beynəlxalq təşkilatlar, müxtəlif ölkələr və sərmayədarlarla fəal əməkdaşlıq edərək əsrin yeni koalisiyasını formalaşdırır. Son 2 ildə Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”, Səudiyyə Ərəbistanının “ACWA Power”, Böyük Britaniyanın “bp”, Avstraliyanın “Fortescue Future Industries”, Yaponiyanın “TEPSCO”, İtaliyanın “Maire Tecnimont”, Çinin “China Gezhouba Group Overseas Investment”, Fransanın “Total Energies” və digər xarici şirkətlərlə bərpaolunan enerji istehsalına dair müqavilələr imzalayıb. Ümumilikdə, Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat və 44 şirkətin təmsil olunduğu tədbirdə “yaşıl enerji” sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb. Bundan başqa, Azərbaycan Dünya Bankı (DB) , Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) , Asiya İnkişaf Bankı (AİB) kimi beynəlxalq maliyyə təşkilatlarının dəstəyi ilə layihələr həyata keçirilir.
Bütün bunlar “Əsrin Yaşıl Müqaviləsi”nin uğurla start götürməsini şərtləndirir. Ölkəmiz ilk 30 ildə neft və qaz gəlirləri hesabına bütün hədəfləri, ələlxüsus da ən müqəddəs vəzifə olan ərazi bütövlüyünü tam həll edərək hazırda yeni rifah əsrinə daxil olub. Bu baxımdan qarşıdakı “Yaşıl Əsr”də Azərbaycanın əsas milli hədəfi olan “Böyük Qayıdış”ın tamamlanması, yüksək iqtisadi tərəqqi və sosial rifahın təmin edilməsi də uğurla başa çatacaq.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

