“Bakı Dialoqları” jurnalının növbəti sayı nəşr edilib
17.04.2021 [08:50]
ADA Universitetinin ingilisdilli rüblük nəşri olan “Bakı Dialoqları” (“Baku Dialogues”) jurnalının növbəti sayı nəşr edilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, nəşrdə tanınmış yerli və xarici mütəxəssislərin məqalələri yer alıb. Jurnalda geosiyasət, enerji təhlükəsizliyi, regional təhlükəsizlik və iqtisadi inkişaf mövzuları da daxil olmaqla aktual mövzularla bağlı on məqalə yayımlanıb.
Nəşrin ilk bölməsində İkinci Qarabağ müharibəsinin regiona təsirləri, birinci və ikinci Qarabağ müharibəsi arasındakı dövr, bölgənin geocoğrafi xüsusiyyətləri, tarixi, etnik xüsusiyyətləri araşdırılıb.
Oxucular “Enerji və İpək Yolu Regionu: Geostrateji mülahizələr” mövzusundakı bölmədə Kanadanın “NATO” Assosiasiyasının Enerji Təhlükəsizliyi Proqramının direktoru Robert Katlerin, SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyovun, Meksikanın Azərbaycandakı səfiri Rodrigo Labardininin məqalələrini oxuya bilərlər.
Jurnalın “Birləşdirən əlaqələr: Cənubi Qafqaz və yaxınlığındakı qonşular” bölməsində “Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli əməkdaşlıq: Amerikadan baxış” və “Türkiyə və Rusiyanın nümunəsində Ukraynanın Cənubi Qafqazla strateji əlaqələri” mövzusunda iki məqalə əksini tapıb.
Nəşrin üçüncü bölməsi “İpək Yolu boyunca investisiya cəlbediciliyi” mövzusuna həsr edilib. Bu bölmədə Moskvanın Post-Sovet Araşdırmaları Mərkəzinin baş tədqiqatçısı Stanislav Pritçinin məqaləsi yayımlanıb.
Keçid vasitəsilə jurnalın yeni sayını oxumaq olar: https://bakudialogues.ada.edu.az/
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13

