“Azərbaycan tərcümə ensiklopediyası”nın təqdimatı olub
07.07.2018 [09:37]
İyulun 6-da Azərbaycan Dillər Universitetində (ADU) “Azərbaycan tərcümə ensiklopediyası”nın təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə kitabın ideya müəllifi, ADU-nun rektoru, akademik Kamal Abdulla 10 ildən çox müddətdə tərtib edilən bu əsərin əsl bilik xəzinəsi olduğunu vurğulayıb. Azərbaycan ədəbiyyatında praktik tərcümə ilə bağlı vacib şəxslərin, əhəmiyyətli əsərlərin bu kitabda unudulmadığını bildirən rektor deyib: “Ola bilər ki, bəziləri barədə daha dolğun məlumat əldə edə bilməmişik, lakin onlar haqqında məlumatlar növbəti nəşrimizdə mütləq yer alacaq. Kitabın hazırlanmasının arxasında çox böyük zəhmət dayanır. Burada böyük bir komandanın əziyyəti var. Biz Bakı Slavyan Universitetində belə bir nəfis kitabı ərsəyə gətirmək üçün illər öncə çox ciddi işlərə başlamışdıq və artıq işimizi yekunlaşdırdıq. İnanıram ki, Bakı Slavyan Universitetinin və Azərbaycan Dillər Universitetinin əməkdaşlarının birgə əməyinin məhsulu olan bu kitab tərcüməşünaslar, mədəniyyətşünaslar, filoloqlar, yazıçılar üçün son dərəcə əhəmiyyətli bir vəsait olacaq”.
Bildirilib ki, ilk dəfə oxuculara təqdim edilən “Azərbaycan tərcümə ensiklopediyası”nda tərcümənin fəlsəfi əsasları, predmet və problemləri, ölkəmizdə tərcümə tarixinin mühüm məqamları, nəzəri-təcrübi məsələləri əhatə olunub. Ensiklopediya həm Azərbaycan dilinə, həm də Azərbaycan dilindən digər dillərə tərcümələrin müəlliflərini ehtiva edir, elmi işlər üçün son dərəcə ciddi, həm faktoloji, həm də nəzəri bünövrə rolunu oynayır. Nəşrdə tərcüməçilər və bu sahə ilə maraqlananlar, eyni zamanda, yazarlar, filoloqlar, gənc ədəbiyyatşünaslar üçün faydalı məlumatlar verilib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, dövlət sərəncamlarının, sənədlərin, “Dünya ədəbiyyatı kitabxanası”na daxil edilmiş əsərlərin siyahısının yer aldığı bu kitab tərcümə sənəti və tərcümə elminə, Azərbaycan tərcümə tarixinə dair bir çox önəmli məqamları özündə ehtiva edir. Vurğulanıb ki, bu ensiklopediya Azərbaycan tərcüməşünaslığına dair ilk monoqrafik tədqiqatdır. Kitabın elmi və tədris baxımından əhəmiyyətindən danışan İ.Həbibbəyli qeyd edib ki, bu əsər həm də Azərbaycan ensiklopediya yaradıcılığında yenilikdir.
Akademiklər Möhsün Nağısoylu və Muxtar İmanov, professorlar Cəlil Nağıyev, Adil Babayev və Aydın Ələkbərov, Rövşən Əliyev, Bənövşə Məmmədova, Leyla Əliyeva, Etibar Əliyev, Yusif Savalan, tələbə və magistrlər təqdim olunan kitabın məziyyətlərindən danışıb, nəşri mühüm mədəni hadisə kimi dəyərləndiriblər.
Qeyd edək ki, kitabın redaksiya heyətində Kamal Abdulla (baş redaktor), Anar, Leyla Əliyeva (məsul katib), Rövşən Əliyev, Rüstəm Hacıyev, İsa Həbibbəyli, Muxtar İmanov, Teymur Kərimli, Afaq Məsud, Azər Mustafazadə, Möhsün Nağısoylu, Tofiq Nağıyev təmsil olunurlar. Rəyçilər filologiya elmləri doktorları, professorlar Cəlil Nağıyev, Aydın Ələkbərov və Lidiya Qranovskaya, filologiya üzrə fəlsəfə doktoru Etibar Əliyevdir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

