Bilik Fondu İsmayıllıda mühazirə təşkil edib
05.02.2015 [10:08]
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə filologiya üzrə fəlsəfə doktoru Nüşabə Hüseynova İsmayıllı rayonunda “Yeniyetmə və gənclərin inkişafında mütaliənin rolu” mövzusunda mühazirə deyib. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə İsmayıllı rayon İcra Hakimiyyəti ictimai-siyasi şöbəsinin əməkdaşı Murad Məhərrəmov, Bilik Fondunun yerli nümayəndəsi, İsmayıllı şəhər 5 nömrəli orta məktəbin direktoru Elçin Məmmədov, Fondun İnformasiya təminatı sektorunun müdiri Xatirə Hüseynova, Heydər Əliyev Mərkəzinin direktoru Şəkər Hacıyeva, rayon ziyalıları - müəllimlər və kitabxana işçiləri, gənclər və məktəblilər iştirak ediblər.
Bilik Fondunun İsmayıllı rayonu üzrə nümayəndəsi E.Məmmədov Fondun regionlarda həyata keçirdiyi layihələrin uğurundan danışıb, ölkə rəhbərliyinin bölgələrə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirib.
İnformasiya təminatı sektorunun müdiri X.Hüseynova əvvəlcə bütün iştirakçıları İsmayıllının 2015-ci ilin “Gənclər paytaxtı” seçilməsi münasibəti ilə təbrik edib. O, Ümummilli lider Heydər Əliyevin “Hər bir xalqın ucalığını onun bilik səviyyəsi müəyyən edir” şüarını əsas götürərək fəaliyyət göstərən Bilik Fondunun maarifçilik istiqamətində gördüyü işlərdən danışıb, yerli ziyalıları və gəncləri Bilik Fondunun Könüllüləri Birliyinə üzv olmağa çağırıb.
Sonra N.Hüseynovanın mühazirəsı dinlənilib. Mütaliənin yeniyetmə və gənclərin dünyagörüşünün formalaşmasında, savad və biliklərinin inkişafında faydasından bəhs edən N.Hüseynova iştirakçılara maraqlı slaydlar təqdim edib. Dünya ölkələri üzrə ən çox kitab oxuyanların statistikasına dair müxtəlif məlumatlar çatdıran mühazirəçi onu da vurğulayıb ki, mütaliəyəyə meyil körpə yaşlarından valideynlərin köməyi ilə formalaşdırılmalıdır. Mühazirəçi gəncləri maraqlandıran sualları da cavablandırıb.
İsmayıllı rayon İcra Hakimiyyəti ictimai-siyasi şöbəsinin əməkdaşı M.Məhərrəmov ölkədə uğurla həyata keçirilən gənclər siyasətindən danışıb, Bilik Fondunun əhalinin maarifləndirilməsində rolunu yüksək qiymətləndirib. Rayon İcra Hakimiyyətinin başçısı, professor Mirdaməd Sadıqovun gənclərin maariflənməsinə xüsusi diqqət ayırdığını deyən M.Məhərrəmov rayonda 67 kitabxananın fəaliyyət göstərdiyini, son illər 7 bələdiyyə kitabxanasının yaradıldığını vurğulayıb.
Sonra Bilik Fondunun əməkdaşları Heydər Əliyev Mərkəzində yaradılan Rəsm qalereyası və rayonun Uşaq Yaradıcılıq Mərkəzi ilə tanış olublar.
Xəbər lenti
Hamısına baxDünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Dünya
22 Aprel 20:58
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Gündəm
22 Aprel 16:28
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:14
Siyasət
22 Aprel 14:14
Gündəm
22 Aprel 13:15
Siyasət
22 Aprel 13:15
Sosial
22 Aprel 13:03
Siyasət
22 Aprel 12:49
Gündəm
22 Aprel 12:25
İqtisadiyyat
22 Aprel 12:20
YAP xəbərləri
22 Aprel 12:12
Gündəm
22 Aprel 11:50
Gündəm
22 Aprel 11:36
İqtisadiyyat
22 Aprel 11:34
Elm
22 Aprel 11:33
Sosial
22 Aprel 11:33
Gündəm
22 Aprel 11:20
İqtisadiyyat
22 Aprel 11:16
Siyasət
22 Aprel 10:58
Gündəm
22 Aprel 10:35
Dünya
22 Aprel 10:16
Siyasət
22 Aprel 10:14
Analitik
22 Aprel 10:12
Siyasət
22 Aprel 10:04
Gündəm
22 Aprel 09:57
Ədəbiyyat
22 Aprel 09:30
Analitik
22 Aprel 09:14
Sosial
22 Aprel 08:56
Sosial
22 Aprel 08:32
YAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19

