Görkəmli şərqşünas alim Aida İmanquliyevanın zəngin ədəbi irsi öyrənilir, tədqiq olunur
11.10.2012 [22:59]
Dünən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Bakı Dövlət Universiteti ilə birlikdə görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın anadan olmasının 73-cü ildönümü ilə əlaqədar ərəb filologiyası sahəsində məqalə müsabiqəsinin yekunlarına həsr edilmiş tədbir keçirib.
AzərTAc xəbər verir ki, tədbiri giriş sözü ilə açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov Aida İmanquliyevanın zəngin elmi fəaliyyətindən, şərqşünaslığın inkişafındakı müstəsna xidmətlərindən danışıb. Bildirib ki, alimin əsərləri dünya şərqşünaslığı xəzinəsinə daxil olan çox dəyərli araşdırmalardır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 20 il bundan əvvəl dünyasını dəyişmiş böyük alimin keçdiyi 53 illik həyat yolundan, zəngin və dəyərli elmi fəaliyyətindən bəhs edib.
H.Hüseynova bildirib ki, bu gün Aida xanımın ədəbi irsi onun məktəbinin davamçıları tərəfindən layiqincə tədqiq olunur. Artıq bir neçə ildir ki, AQUPDK böyük alimin doğum günü ərəfəsində ərəb filologiyası sahəsində məqalə müsabiqəsi təşkil edir. Builki müsabiqə də olduqca məhsuldar keçib. Aydındır ki, hər müsabiqə yeni-yeni istedadlı mütəxəssisləri üzə çıxarır. Tədbirimizin əsas məqsədi Aida xanımın zəngin ədəbi irsinin dərindən öyrənilməsi və qorunmasıdır. Aida xanım bir alim kimi ömrünü elmi axtarışlara sərf etsə də, onun həyatda əsas amalı gənc alimlərə yol göstərmək, onlara dəstək olmaq idi. Bu gün yeni şərqşünaslar nəsli yetişdikcə onun qoyduğu ənənələr də davam edir, arzuları həyata keçir.
Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin dekanı Elxan Əzizov professor Aida İmanquliyevanın özündən sonra Azərbaycan şərqşünaslığını zənginləşdirən qiymətli elmi irs qoyduğunu xatırladıb. O deyib ki, Aida İmanquliyeva yeni və müasir ərəb ədəbiyyatının ən nüfuzlu, ən fundamental tədqiqatçılarından biri kimi şərqşünaslıq tarixinə əbədi daxil olan azsaylı mütəxəssislərdəndir. Onun ərəb-məhcər ədəbiyyatının görkəmli nümayəndələrinin həyat və yaradıcılığına həsr etdiyi tədqiqatlar öz orijinallığını, zənginliyini, nəzəri dərinliyini, konseptuallığını daim qoruyub saxlayan, buna görə də mütəxəssislərin stolüstü kitablarına çevrilən əsərlərdir.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva Aida İmanquliyevanın elmi fəaliyyətindən danışıb. N.Paşayeva bildirib ki, ərəb ədəbiyyatı sovetlər dövründə heç də ənənəvi olmayan mövzulardan biri idi. Çünki ərəb-məhcər ədəbiyyatı sosializm-realizm prinsiplərindən uzaq və eyni zamanda, bir çox mətləbləri açan böyük bir ədəbiyyat idi. A.İmanquliyeva tərəfindən müvəffəqiyyətlə işlənən bu mövzu elmi dərəcəyə malik əsərlər ərsəyə gətirə bilib. Bu mənada Aida xanım uğurlu və xoşbəxt alim sayıla bilər. Etiraf edək ki, Aida xanımın boya-başa çatdığı mötəbər ziyalı mühitinin təsiri onun ədəbi-elmi yaradıcılıqla dərindən məşğul olması üçün mənəvi zəmin yaradıb. Aida xanım əhatəsində olan hər bir insanın problemləri ilə maraqlanır, nəvaziş və qayğısını əsirgəmirdi. Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda kiçik elmi işçilikdən bu elm ocağının direktoru vəzifəsinədək yüksələn A.İmanquliyeva əməkdaşlara qarşı analıq qayğısı göstərib, heç kəsə biganə qalmayıb. N.Paşayeva qeyd edib ki, müasir tələbələr A.İmanquliyevanı görməsələr də, onun yazdığı elmi kitabları, əsərləri oxumaqla Azərbaycanın elm, mədəniyyət, təfəkkür tarixində yeri olan belə əvəzsiz alim haqqında geniş məlumat əldə edə biləcəklər. Gələcək nəsillər, xüsusilə də şərqşünaslıq elmi ilə məşğul olan hər bir tədqiqatçı A.İmanquliyevanın zəngin elmi irsindən istifadə edəcək və onun əsl alim kimi keçdiyi şərəfli ömür yolunu yenidən öyrənəcəklər.
Professor Nərgiz Paşayeva bu cür müsabiqənin keçirilməsinin gənc alimlərə müsbət təsir göstərdiyini, Aida xanım İmanquliyevanın həyat və fəaliyyətinin onlar üçün yaxşı nümunə olduğunu bildirib.
Tədbirdə görkəmli alimin həyatına həsr olunmuş film nümayiş etdirilib.
Sonda Aida İmanquliyevanın anadan olmasının 73-cü ildönümünə həsr edilmiş ərəb filologiyası sahəsində məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıblar.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

