“Molla Nəsrəddin”in davamçıları...
13.03.2024 [11:20]
“Zənbur”un nəşrə başlamasından 115 il ötür
20-ci əsrdə Azərbaycan ictimai-siyasi mühitində yaranmış inqilabi ab-hava mətbuatın inkişafına böyük təsir göstərirdi. Savadlı, təhsilli, eyni zamanda millətsevər ziyalılarımız yaranmış vəziyyəti düzgün qiymətləndirirdilər. Onlar yeni qəzet və jurnalların fəaliyyətinə icazə almaq məqsədilə çarizmin müvafiq idarələrinə daha çox müraciətlər edirdilər. Nəticədə “Həyat”, “İrşad”, “Füyuzat” və başqa mətbu orqanların fəaliyyətinə nail oldular.
O zamanlar Azərbaycan mətbuatı üçün daha bir əlamətdar hadisə “Zənbur” jurnalının nəşrə başlaması idi. “Zənbur” ideya-bədii xəttinə, satirik gülüşün xarakterinə, formasına, bədii tərtibatına görə “Molla Nəsrəddin”ə yaxın idi, onun ənənələrini, üslubunu davam etdirirdi.
Yeri gəlmişkən, bu gün “Zənbur” jurnalının ilk sayının nəşr olunmasından 115 il ötür. Səhifələrində müxtəlif mövzulu bədii, publisist yazılar, felyetonlar, xəbərlər, karikaturalar dərc edilirdi. “Zənbur”un dili sadə və oxunaqlı idi. 8 səhifəlik jurnalın 4 səhifəsində şəkillərə, 4 səhifəsində isə yazılara yer verilirdi. Jurnalda rəngli karikaturalarla yanaşı, fotoşəkillər də dərc edilirdi.
1909-cu ildə 42, 1910-cu ildə isə 28 sayı işıq üzü görən “Zənbur”un naşiri doktor Əbdülxaliq Axundov idi. Jurnalın 1-21-ci saylarının redaktoru Rza bəy Səlimxanov, 1909-cu il 22-42-ci saylarının redaktoru Əzim Əzimzadə, 1910-cu il 1-27-ci saylarının redakoru isə Murtuza bəy Pələvəndov oldu. Rəssamı Əzim Əzimzadə və Beno (Benedikt Rafailoviç Telinqator) idi.
Jurnalın ilk nömrəsindəki “Aydınlıq” başlıqlı məqaləsində “Zənbur” hansı məramnamə ilə başlamışdı, onun nəşrində məqsəd nə idi?” sualına belə cavab verilir:
“Ağalar! Gözünüz aydın olsun, bizim şəhərə Zənbur da gəldi. Bakıda insandan başqa hər cürə heyvan istəsən tapılardı. Amma bir Zənbur yox idi. Bu axır zamanda o da təşrif gətirdi...
Bu vaxtadək Bakıya Zənbur gəlmədiyini və heyvanların arısız qalmaqlarını çox adamlar bizim vilayət üçün bir xoşbəxtlik hesab edirlər, çünki tamamən Bakı heyvanları dinc və fərağət qalıb, axırda bikarlıqdan adam oğurluğuna baş aparırdılar. İndi bu arının gəlməyi, ola bilsin ki, heyvanları bir az ürkütsün, amma bizim qanacağımıza görə bu Zənbur çox sancan olmasın. Çünki Bakıya gələn heyvanlar şirniyə yığılan milçəklər kimi çox şirindil və xoşrəftar olurlar. Ümid var ki, bu təzə gələn Zənbur da bu təzə sifətlər sahibi olsun. Hər tövr olmuş olsa, gərək bir az ehtiyatlı olmaq, çünki arıların təbii xasiyyəti sancmaqdır və bu xasiyyəti ondan almaq müşküldür. Ələlxüsus ki, qabağında şirin təmalar ola. Qorxuram ki, şəhər əhli acıqdan bu arını da gözümçıxdıya salalar və Zənbur özü üçün yuva qurmamış onu gözə gətirələr. Hər necə olmuş olsa, gərək onunla rəftar olunsun və qarelərdən kəmali-icz ilə təvəqqə edirik ki, qonağa hörmət etsinlər və onun səhvin və xətasın ona nöqsan tutmasınlar və bu duaları bizim ilə təkrar etsinlər: Allah Zənburun nəştərin sındırsın və özünü də tezbazar eləsin!”.
1910-cu ilin oktyabrınadək fəaliyyət göstərən “Zənbur” dövrün məşhur realist şair və ədiblərini öz ətrafında topladı. Mirzə Ələkbər Sabir, Əli Nəzmi, Abbas Səhhət, Əliabbas Müznib, Bayranəli Abbaszadə (Hammal) və başqa sənətkarların satirik şeir və felyetonları “Zənbur”u daha da oxunaqlı edirdi. Jurnal “Molla Nəsrəddin” kimi cəhaləti, mövhumatı, təhsilin inkişaf etməməsini tənqid edirdi. “Zənbur”da yaxın ölkələrin həyatı ilə, xüsusən, İran və Türkiyədə gedən milli-azadlıq hərəkatına dair karikaturalar dərc edilirdi.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxMaraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06

