Yazıçının tutmayan fəlsəfi calağı
02.03.2024 [11:24]
Herman Hessenin hind poeması - “Siddhartha” romanı haqqında
Əvvəli ötən sayımızda…
Hərçənd o bu nəhrin kənarına həqiqəti eşitmək, ya özünə qayıtmaq üçün yox, özünü öldürmək üçün gəlmişdi. Yorğun-üzgün canını yuxu saranda böyür-başında zəhərli ilanlar mələşdiyini, vəhşi heyvanlar dolaşdığını düşünməyə halı, macalı olmamışdı.
Gözünü açanda yuxusuna sarı əbalı bir gəzərgi buddist rahibin keşik çəkdiyini görür. Siddhartha köhnə dostu vəfalı Qovindanı tanısa da, Qovinda əvvəl-əvvəl onun kimliyini sezmir. Dostlar mehriban görüşürlər, ancaq onların yolu artıq çoxdan ayrılıb; Qovinda rahib yoldaşlarına çatmağa tələsir, Siddharthanın isə bu çayın yaxasından özgə gedəcək yeri qalmayıb. Çay onun son mənzili, son ünvanıdır. Qovinda anlayır ki, Siddhartha Buddanın yetişdiyi məqama çatmağa can atır.
İyirmi ildən sonra Siddhartha qayıqçı Vasudeva ilə yenidən görüşür. Bahalı libasını qayıqçıya bağışlayıb əvəzində onu özünə köməkçi götürməsini xahiş eləyir, qayıqçının komasında yaşamağa başlayır.
Vasudeva onu inandırır ki, hələ də gec deyil, o yenə də çayla ünsiyyət qura bilər, bir şərtlə ki, fikrini-zikrini cəmləyib çayın ruhuna dala bilsin. Qayıqçı deyir çay həm dayanmadan axır, zamanı yerdə güzgüləndirir, həm də daim indiki zamanda yaşayır. Çay eyni vaxtda həm mənbəyində, həm mənsəbində, həm dağda, həm də düzdə, həm şəlalədə, həm qıjovda, həm enişdə, həm yoxuşda, həm dənizdə, həm bulaqda, həm dərində, həm dayazda ola bilir. Çaydan dərs almaq lazımdır, çünki həyat da çay kimidir.
***
Müqəddəs insanı ziyarət eləmək arzusuyla ev-eşiyindən cüda düşüb Buddanın axtarışına çıxan Kamala çay sahilində Siddhartha ilə tapışır. Ötən müddətdə qadının Siddharthadan bir oğlu olub, Kamala oğluna atasının adını qoyub.
Çay qırağında Kamalanı zəhərli ilan çalır, qadını xilas eləmək mümkün olmur. Bundan sonra oğlu atasının yanında qalır. Siddhartha onunla nə qədər mehriban davranmağa çalışsa da, on bir yaşlı oğlan ipə-sapa yatmır, atasının yaşadığı kimi yaşamaq istəmir. Onu içindən çıxdığı mühit özünə çəkir, buna görə də həm atası, həm də onun qayıqçı dostuyla kobud davranır.
Bir sözlə, Sansara Siddharthanı daha bir oyuna çəkir, həm də əvvəlkilərdən qat-qat qəliz oyuna. Bu dəfə fələk onun üstünə ən ağır silahıyla hücuma keçir, onu sansara zəncirinin ən möhkəm halqasına keçirir. Uşaq lap ağını çıxaranda müdrik Vasudeva dözməyib dilə gəlir, Siddharthanı başa salır ki, oğlunu öz qıçına bağlamağı onun səhvidir, bu da bir cür zorakılıqdır. Ata heç öz övladının da taleyini dəyişə bilməz, onun yerinə seçim eləyə bilməz, onu Sansaranın caynağından qopara bilməz.
Siddhartha xatırlayır ki, bir zaman özü də atasından, atasının ona biçdiyi taledən, cızdığı ömür yolundan ayrılıb öz Məninin, kimliyinin, azadlığının sorağına çıxmışdı. O zaman onu dünyalarca sevən brahman atası oğlunu çətinliklə də olsa anlayıb Siddharthaya xeyir-dua vermişdi. İndi növbə onundur, o da övladına özünü tapmaq imkanı, azadlıq verməlidir.
Bundan sonra Siddhartha oğlunun izinə düşməkdən vaz keçir, onu sərbəst buraxır. Bir vaxt doğma atasına nələr çəkdirdiyi ona yalnız indi əyan olur.
Vasudevanın dediyi üsulla suları dinşəyən Siddhartha, nəhayət, çaydan o sehirli nidanı eşidir. Çay ona həyatın başlıca sirrini pıçıldayır. Siddhartha bütün yaranmışların birliyini dərk eləyib dinclik tapır, kosmik sükunətə dalır, vahid mənbəyə qovuşur.
Buddistlər icmasının çox hörmətli, təcrübəli rahiblərindən sayılmasına baxmayaraq hələ də axtarışda olan Qovinda yenə onun yanına gəlir. Siddhartha dostuna deyir ki, bildiklərini hansısa təlimin ehkamlarına yiyələnməklə, elm-mərifət kəsb eləməklə yox, həyatın içinə girməklə, təcrübə toplamaqla, yıxılıb-durmaqla qazanıb. Biliyi başqasından ala bilərsən, amma müdrikliyi özün qazanmalısan...
***
“Siddhartha” fəlsəfi pritça, roman-alleqoriyadır, əsər başdan-ayağa qəhrəmanın öz içinə səyahəti, özünü, gerçək Mənini ziyarətidir. Özündən əvvəlki Şopenhauer, özündən sonrakı Selincer kimi Herman Hesse də induizmdən, buddizmdən, daosizmdən həm çox təsirlənib, həm də çox yararlanıb. Ancaq böyük yazıçı Şərq fəlsəfəsinə, nə qədər olmasa, Qərb insanının gözüylə baxır, dolayısıyla da olsa, onu xristianlıqla ortaq məxrəcə gətirməyə, induizmin Atmanı ilə monoteist dinlərin Allahını eyniləşdirməyə çalışır. Bəlkə də yanılıram, ancaq hər halda mənə belə görünür. Vasudevanın, ardınca da Siddharthanın həyatın obrazı kimi qavradığı çayı vəhdəti-vücud vadisitək qələmə verməyi, məncə, bir o qədər dəqiq təsbit deyil.
Buddizm tənhaların dinidir; əslində, din də deyil, psixoloji-meditativ təcrübələr toplusudur, ömrün gəldi-gedərliyini, həyatın faniliyini, varlığın yoxluğunu vəsf eləyən pessimist poeziyadır. Avropalılar bunun adına “tanrısız din” deyirlər.
Hind düşüncəsinə görə, nirvanaya çatmış Buddanın məqamı (yerli-məhəlli) tanrıların məqamından ucadır. Buddizm məbədlərində rahiblər bir araya gəlsələr də, hər kəs ayrıca adadır, hər bir zahid Buddanın keçdiyi yolu öz ayağıyla getməlidir, əks halda, Hessenin də yazdığı kimi, insanın mənəvi yüksəlişinə ümid bağlamaq olmaz. Dao, Budda məbədlərindəki topluluq fəlsəfi-psixoloji xarakterinə görə kilsədəki, məsciddəki cəmliyin eyni deyil, bu tapınaqlardakı birlik, şair Salamın təbirincə desək, “təklərin cəmi” deyimiylə ifadə oluna bilər.
***
Siddharthanın ali mənəvi instansiyanı ziddiyyətlərin barışıb qovuşduğu məkan kimi təsəvvürə gətirməsi antik yunan idealizmindən bəhrələnmiş klassik alman fəlsəfəsinin, ələlxüsus hegelizmin qədim hind-çin zahidliyinə, panteizmin mistik monizmə, individualizmin kollektivizmə calaq olunmasıdır. Belə calaq bar verməz. Buddizmdə (elə daosizmdə də) ziddiyyətlərin toqquşması onların birliyinə, sintezinə, vəhdətinə yox, aradan qalxmasına gətirib çıxarır. Yəni tutalım, müsbət beşlə mənfi beşi toplayanda cavab on eləmir, sıfır eləyir.
Buddizmin (elə daosizmin də) hədəfi sağ qoluyla müsbət emosiyaları, sol qoluyla mənfi emosiyaları sonsuzluğa qədər dartıb uzadan mənəvi-psixoloji koordinat xəttinin tam ortası, həmin o sıfır nöqtəsidir. Əgər xristianlığın (eləcə də bütün başqa dərvişanə təlimlərin, fəlsəfələrin) idealı azad, ruhani cəmiyyətdirsə, buddizmin (eləcə də bütün başqa zahidanə təlimlərin, fəlsəfələrin) idealı azad, ruhani fərddir.
Nirvanaya çatan fərdin ruhu sonsuz doğuluşların, səbəb-nəticə ardıcıllığının sansara zəncirini qırıb fələyin təsir dairəsindən kənara çıxır. Bundan sonra o ruha materiyanın cazibəsi əsər eləmir, torpağın dişi batmır. Saf ruh şəklinə qayıdan fərd buddizmin ali məqsədinə çatmış sayılır, bu dünyaya bir də gəlməyə daha onun marağı olmur.
Hərçənd bu dünyanı da, bu dünyada yaşadığı ömürləri də çox yaxşı xatırlayır. Necə ki, Budda özü yer üzünə cürbəcür donda gəlib keçirdiyi beş yüz qırx yeddi həyatın hamısını bircə-bircə yadında saxlamışdı.
***
Bir buddist rahibə sual verirlər: nirvanaya çatandan sonra Budda necoldu?
Rahib cavabında deyir: bu, ona bənzəyir ki, şamın alovunu söndürəndən sonra soruşasan, bəs sönmüş alov hara qeyb oldu?..
F.Uğurlu
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

