Sivilizasiyamızın təməli - KİTAB
30.09.2023 [11:29]
Bir nəsildən digərinə mənəvi miras olan zənginlik
Kitab tək informasiya mənbəyi, müəyyən mövzuda məlumat toplamaq üçün vasitə deyil. Kitab həm də mənəvi-estetik zövq verən, fərdi inkişafda lokomotiv rolunu oynayıb öyrədən, dünya ilə tanışlıq yaradıb həyata baxış bucağını genişləndirən, beyində məlumatların filtrlənməsi mexanizmini təkmilləşdirən, nəzərdən qaçan məqamlara diqqət çəkən, cürbəcür ideyalar doğuran, empatiya hissini gücləndirən, özündə elmə, sənətə, insanlığa sevgini ehtiva edən zehni qidadır. Cəmiyyətin köklü dəyişikliklərin arxasında da məhz kitab oxumaq vərdişi dayanır.
Həyat yolumuzun çırağı
Kitablardan söz açmağımız təsadüfi deyil. 1445-ci ilin bu günü - sentyabrın 30-da Almaniyanın Mayns şəhərində Avropada ilk kitab çapının əsası qoyulub. İohan Quttenberqin dəzgahında çap edilmiş nəşr isə Bibliya olub. İlk dəfə bu tarixdə çap edilən kitablar sonrakı dövrdə həyatımızın ayrılmaz parçasına çevrildi.
Həyata baxışımızın dəyişməsində, fikirlərimizin düzgün istiqamətə yönəlməsində oxuduğumuz kitabların böyük əhəmiyyəti var. Kitablar həyat yolumuzda işığa çevrilərək bizi aydınlığa çıxarır, doğru yolu göstərir. İnsan nə qədər çox mütaliə edərsə düşüncəsi bir o qədər artır. Buna görən deyirlər ki, elm tükənməz xəzinədir, oxuduqca bitmir, əksinə artır. Bəlkə elə bu səbəbdən hər dəfə kitab oxuduqdan sonra hələ xeyli oxumalı kitabların olduğunu düşünürük. Hətta istirahətin də ən səmərəlisi zamanını, vaxtını elmə sərf edərək keçirilən istirahətdir. Kitablar insana həm də həyata baxış bəxş edir, uğur qazanmaq üçün stimul verir. Cəmiyyətin maariflənməsi, savadlanması yolunda atılan birinci mərhələ kitabdan, elmdən başlayır. Bu səbəbdən kitab oxumağın təbliğatı olduqca mühüm əhəmiyyət kəsb edir.
Yeni texnologiya ilə “ayaqlaşan” kitablar
İnformasiya Kommunkasiya Texnologiyaları həyatımızın bütün sahələrində olduğu kimi, mədəniyyətə, təhsilə, elmə ümumiyyətlə, isə, maariflənməyə və öyrənməyə də ciddi təsir göstərir. Bu baxımdan ötən əsrin axırlarından etibarən bütün dünyada internet inkişaf etməyə başladı və bu inkişaf sürətləndikcə özü ilə yeni texnologiyalar yeni verdişlər, bacarıqlar, virtual oxu və yazı mədəniyyətini gətirdi. Beləliklə, əvvəllər yalnız mətnlər internet resurslarına daxil edilirdisə, daha sonra İKT-nin inkişafı ilə əlaqədar olaraq elektron kitab və elektron kitabxanalar yaranmağa, formalaşmağa, yenilənməyə başladı. Bu ilk əvvəl Amerika Birləşmiş Ştatlarında baş verdi. Xüsusilə ABŞ-da ali məktəblərin kitabxanalarının elektron variantları internet resurslarında yerləşdirildi. Hazırda bu sahə ayrıca bir sahə kimi inkişaf edir. Nəticədə “E-book”lar deyilən elektron kitab oxuyucusu cihazları yarandı. Telefonlar, smartfonlar, planşetlər kütləvi şəkildə istehsal ediləndən sonra artıq “e-book” formatı biraz zəiflədi. Onlayn kitablar isə dövrümüzdə çox işləkdir. Dövrümüzdə bir çox işləri elektron variantda həyata keçiririk. Gündəlik həyatımızda da klaviaturadan istifadə etməklə fikirlərimizi bölüşür, sosiallaşırıq. Dünya elektron kitabxanaları və elektron nəşrləri son illər çox sürətlə inkişaf etməkdədir. Onların digər elekton daşıyıcılardan və ənənəvi kitablardan çox böyük fərqləri var. Kitablar müəyyən tirajla nəşr olunur, bu isə bir çox oxucuya çatmır. Kitabların elektron variantı isə daha əlçatandır. Sayta və ya elektron kitabxanaya daxil olaraq həmin elektron kitabları əldə edə bilərik. Deməli, əslində, kitab oxumaq üçün çox sayda vasitələr mövcuddur və bu üsullar hər gün artmaqdadır.
Kitab duyğuların tərbiyəçisidir
Yazıçı, jurnalist, nasir Fəxri Uğurlu “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, kitab mədəniyyətin və sivilizasiyanın təməlidir: “Kitabsız cəmiyyət deqradasiyaya məhkumdur. Zaman-zaman müxtəlif kitablara maraq aktuallaşır. Bura həm əyləncə üçün oxunan, həm də dərin düşüncənin məhsulu olan kitablar aiddir. Ümumiyyətlə kitab çapının meydana gəlməsi bəşər tarixinin ən həlledici məqamlarından biridir. Məlumdur ki, o vaxta qədər kitablar əlyazmalar şəklində yayılırdı. Kitab nəşrinin meydana gəlməsi kitabın nüsxələnməsinə və bununla da cəmiyyətlərin həyatında böyük dəyişikliklərə səbəb oldu. Kitab insanların duyğularının, hisslərinin tərbiyələnməsində böyük rol oynayır. Mənə görə əsl tərbiyə duyğuların tərbiyəsidir. Bir insanı ədəbiyyat və musiqi ilə tərbiyələndirərək böyütsən, aşağı səviyyədə olan sənət növlərini qəbul etməyəcək. Deməli bu üsul ən güclü tərbiyə yoludur”.
F.Uğurlu qeyd edib ki, keçmişdə aristokratların, zadəganların övladları yüksək səviyyədə ədəbi və musiqi təhsili alırdılar: “Beləliklə, onlar keyfiyyəti seçirdilər və ona tərəf yönəlirdilər. Təbii ki, həmin dövrlərdə bu yalnız zadəganların üstünlüyü idi. Amma indiki dövrdə bütün insanların bu təhsildən yararlanmaq imkanları var. Mark Tvendən tutmuş çağdaş sivilizasiyanı quran məşhur adamların hər biri uşaq ədəbiyyatını oxuyaraq böyümüş şəxslərdir. Qısa şəkildə desək, kitabın cəmiyyətin, xüsusən müasir sivilizasiyanın qurulmasında misilsiz rolu var”.
Günel ABBAS
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

