Ədəbiyyatçıların böyük “yığıncağı”
25.02.2023 [12:10]
97 il əvvəl - 26 fevral 1926-cı ildə Bakıda Birinci Türkoloji Qurultay yığışmışdı. Bu, türk dünyası üçün möhtəşəm mədəni-irsi hadisə idi
Şahanə XANKİŞİYEVA
“Söhbətin” məğzi...
Sovet dönəmində fərqli respublikalarda yaşayan türklərin dil, ədəbiyyat, tarix sahələrində fəaliyyət göstərən yazarlar, şairlər?, ədəbiyyatçılar və dilçiləri bir araya gələrək əlifbanın aqibəti haqqında, gələcəyə dair fikirləri müzakirə edib, qərar almaq istəyirdilər. Bu məqsədlə 1925-ci ilin avqustunda SSRİ Xalq Komissarları Şurası Türkoloji Qurultayının çağırılması haqqında qərar qəbul etdi. Türkologiya tarixində qısaca Bakı Konqresi kimi tanınan Birinci Türkologiya Konqresinin əhəmiyyəti dilçiliklə, əlifba ilə bağlı idi. 1926-cı il fevralın 26-sında Bakıdakı İsmailiyyə Sarayında Birinci Türkoloji Qurultay işinə başladı. Qurultayda 131 nəfər nümayəndə iştirak edib. İclasa Mərkəzi İcraiyyə Komitəsinin sədri Səməd Ağamalıoğlu sədrlik edib. Qurultayın Rəyasət Heyətində isə Azərbaycandan Ruhulla Axundov, Həbib Cəbiyev, Bəkir Çobanzadə, Avropa alimlərinin nümayəndəsi professor F.F. Mensel, RSFSR Xalq Maarif Nazirliyindən Naqovitsin, professor Aleksandr Samoyloviç, Qazaxıstandan Əhməd Baytursunv, Yakutiyadan İsidor və başqa mütəfəkkirlər olub. Bundan əlavə Azərbaycan nümayəndə heyəti və digər respublikalar adından Əli bəy Hüseynzadə Rəyasət Heyətinə fəxri üzv seçilib. Qurultayın gedişində bir çox elmi məruzələr edilmişdi. Məruzələr əsasən türk xalqlarının ortaq dil, ortaq mədəniyyət və ədəbiyyata malik olduqları ilə bağlı faktlarla zəngin idi. Ancaq maraqlı müzakirələrdən biri də erməni dilçisi R.Y.Açaryanın “Türk və erməni dillərinin qarşılıqlı təsiri” mövzusunda məruzəsi idi. Mövzusu türk dilinin erməni dilinə tarix boyunca bütün dil səviyyələri üzrə təsirinin açıqlanması üzərində qurulmuşdu. Məruzədə əski ermənicədən yeni ermənicəyə keçidin əsas səbəbinin türkcə ideyası başlıca yer tuturdu. Obyektivliyi ilə seçilən bu məruzə yaşadığımız günlərdə təcavüzkar erməni ideologiyasına qarşı güclü elmi arqumentdir.
Birinci Bakı Türkoloji Qurultayıda türk dillərinin yeddi böyük problemi müzakirə obyekti oldu və böyük qərarlara imza atıldı. Bunlar əlifba, termin, tədris-metodika məsələləri, 4)imla-orfoqrafiya, qohum və qonşu dillərin qarşılıqlı əlaqəsi, ulu dil nəzəriyyəsi, türk dillərinin tarixi problemləri, Türk dillərinin ədəbi dil problemləri, o cümlədən, ortaq ədəbi dil məsələsi idi. Qurultayın qəbul etdiyi qərarlar sırasında ortaq əlifba, ortaq ədəbi dil, ortaq terminologiya əsas yer tuturdu. Qurultay bitdikdən dərhal sonra bu tarixi hadisənin gedişi haqqında Azdövlətkinoda sənədli film çəkilmişdi. “1-ci Türkoloji Qurultay” filmi 1926-cı ildə istehsal olunub. Film Səməd Ağamalıoğlu, Qəzənfər Musabəyov, Əli bəy Hüseynzadə və Hüseyn Cavidin iştirakı ilə çəkilmişdi.
Nəticədə...
Məhz bu qurultaydan sonra rəsmi şəkildə latın qrafikalı əlifbaya keçid reallaşdı. Buna qədər respublika ərazisində ərəb yazısından istifadə olunurdu. Qurultayın qərarına əsaslanaraq 1929-cu il yanvarın 1-dən Sovet hökuməti ərəb əlifbasının istifadəsinə qadağa qoydu. Beləliklə, müxtəlif türk respublikaları ərazisində
1929-1939-cu illərdə latın qrafikalı əlifbadan istifadə edildi. II Türkoloji Qurultayın 1927-ci ildə Səmərqənd şəhərində keçirilməsi nəzərdə tutulsa da, bu qərar bəzi səbəblərdən baş tutmadı.
30-cu illərin sonunda Sovet İttifaqı rəhbərliyi tərəfindən latın qrafikalı əlifbanın dəyişdirilməsi yönündə işlərə başlanıldı. 1939-cu ildə isə SSRİ-nin respublikalarında ümumi kiril əlifbasından istifadə qərarı qəbul edildi. Təəssüf ki, problem bununla bitmədi. Qurultaydakı çıxışlarından bir neçə il sonra ana dilini ən yaxşı şəkildə ifadə etmək üçün əlifba, orfoqrafiya qaydaları və tədris problemlərini müzakirə edən alimlər əsassız ittihamlarla ölümə, həbsə və ya sürgünə məhkum ediliblər. Qurultayın bir çox iştirakçısı millətçilik, əks-inqilabi fəaliyyətində günahlandırıldı, repressiya edildi və öldürüldü.
Nəsildən-nəslə...
2005-ci ilin noyabr ayının 5-də Prezident İlham Əliyev bu tarixi hadisənin 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzaladı. Həmin sərəncama əsasən 2006-cı ildə Bakıda Birinci
Türkoloji Qurultayın 80 illik yubileyinə həsr olunmuş Beynəlxalq konfrans keçirildi. 10 ildən sonra isə Birinci Türkoloji Qurultayın 90 illik yubileyi dövlət səviyyəsində qeyd edildi.
Xəbər lenti
Hamısına baxGündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33

