Knyaz Xristos
25.02.2023 [11:30]
Əvvəli ötən saylarımızda…
Dostoyevskinin “İdiot” romanı haqqında
Əgər Mışkinlə Roqojin səhnəyə çıxmasaydı, romanda cərəyan eləyən hadisələrin hansı istiqamətdə gedəcəyini təsəvvürə gətirmək çətin deyil. İlahi insanla fövqəlinsanın zühuru (yeri gəlmişkən, onun əsərlərini tərsinə oxuyub tərsinə yozsa da, Nitsşe Dostoyevskidən çox təsirlənmişdi, yazıçının mənfi qəhrəmanlarını, nihilistləri, ehtiras qullarını, şöhrət, hakimiyyət düşkünlərini fövqəlinsana nümunə göstərirdi) bu hadisələri məişət kontekstindən çıxarıb onlara metafizik, mistik don geyindirir.
İvolgin sıradan tez çıxır, çünki onun Nastasya Filippovnaya (ümumiyyətlə heç kimə) dəruni bağlılığı yoxdur, qadının əllərini qarsa-qarsa ocaqdan çıxarıb ona təhvil verdiyi yüz min manat (o dövrdə çox böyük məbləğ idi) Qanyanın bu həyatdan ala biləcəyi ən dadlı qənimətdir.
Mışkinlə Roqojinə gələndə, onlar Nastasyanı bölə bilmirlər. Birləşməyə, bir olmağa, qardaş olmağa nə qədər can atsalar da, qardaşlıqlar bu dünyaya birləşmək üçün yox, ayrılmaq üçün gəliblər. Bir-birinə üzlə astar qədər yaxın olsalar da, elə bir o qədər bir-birindən uzaqdırlar. Birinə qadının ruhu, o birinə əti-sümüyü gərəkdir. Ruh bədəndən ayrılanda onların da yolu biryolluq ayrılır - Roqojin onu torpağın təkində gözləyən əbədi sürgünlüyünə, Mışkin həyat adlı əbədi bayramın, ilahi harmoniyanın qoynuna dönür. Onun zaman-məkan duyğusu itir, şüuru yenidən sönür, çünki göylər səltənətində şüura, düşünməyə ehtiyac yoxdur.
Dəlicəsinə bağlandığı, kimsəylə bölüşmək istəmədiyi qadından Roqojinə heç nə qalmır. Mışkinə gəlincə, güman eləmək olar ki, Nastasya Filippovnanın öz qabını çatlatmış ruhu Alp dağlarının ucalığında, Tanrının camalı kimi gülümsəyən təbiətin beşiyində, lap elə həmin talesiz kəndli qızı Marinin qiyafəsində yenidən zühura gəlib onu muradına yetirəcək...
“İdiot” romanında avtobioqrafik məqamlar az deyil. Dostoyevski bəzi xatirələrini, təəssüratlarını knyaz Mışkinin dilindən danışır - burası çox normal, çox da təbiidir. Ancaq məsələn, katolisizmin əleyhinə knyaza nitq söylədəndə müəllif ideal qəhrəmanını qaldırdığı ucalıqdan endirir. Bu məqamda publisist Dostoyevskinin nifrəti Mışkinin ilahi təbiətinə sıçrayır. Məgər Tanrının təcəllası, İsa Məsihin xələfi, dünya ədəbiyyatının Məcnun, Don Kixot, Mister Pikvik, Jan Valjan, Pyer Bezuxov kimi misilsiz obrazlarının qan qardaşı qılıncını sıyırıb məzhəb qovğasına girərmi? Girərsə, onu ideal insan saymaq olarmı?
Knyaz Mışkin öz alovlu nitqində katolik kilsəsini dünyəvi hakimiyyət sevdasına düşməkdə qınayır. Xub, məgər rus-pravoslav kilsəsi tarixi boyu çarizmin, imperializmin qılıncını suvarmayıbmı? Elə bu gün də Ukraynaya təcavüzü dəstəkləmirmi? Bunlar ki daldada yox, bütün dünyanın gözü qarşısında baş verib! Ta qədim Misirdən bəri məbəd hər zaman gücün, hakimiyyətin, fironun ideoloji bazası, mənəvi cəbbəxanası, günah çamaşırxanası funksiyasını yerinə yetirib. Lev Tolstoy elə buna görə kilsədən soyumuşdu. Həmin Don Kixotu, həmin Jan Valjanı yaradan kişilər katolik deyildilərmi? Knyaz Mışkin kimi saf bir obrazın bu gün Kremlin faşizmə, fundamentalizmə yuvarlanmış ideoloqlarının ifasında səslənməyə layiq bir nitq söyləməsi şəxsən mənim könlümə heç yatmır.
“Anna Karenina” romanının sonuncu bölümündə Aleksey Vronskini Balkan savaşına göndərən Tolstoyu türklərə qarşı savaşan slavyanların dərdinə biganə yanaşmaqda qınayan Dostoyevski ondan məhz buna bənzər bir mövqe ortaya qoymağı umurdu. Amma xoşbəxtlikdən Lev Nikolayeviç həmkarına əzab verən komplekslərə çox da yoluxmamışdı, insanları doğmalara-yadlara, möminlərə-kafirlərə ayıran siyasətin sənətinə, yazıçı vicdanına sirayət eləməsinə yol verməmişdi. Üstəlik, böyük ustad qatqılardan xali sənətkar qələmiylə Vronskinin müharibəyə öldürməyə yox, ölməyə getdiyini, yəni bunun bir cihad aktı deyil, intihar aktı olduğunu oxucuya incəliklə sezdirə bilmişdi.
Sonda bir məsələyə də toxunmaq istəyirəm. Dostoyevski eqoizmə qarşı altruizmi (Roqojinə qarşı Mışkini) qoymaqla bu təmayüllərdən birini şər, o birini xeyir kimi qələmə verir. Ancaq mən bu təsbitə də şübhəylə yanaşıram. Sadizmin alternativi mazoxizm olmadığı kimi, eqoizmin də alternativi altruizm ola bilməz. Bunlar bir medalın iki üzü, bir instinktin iki başı, bir fizioloji-psixoloji fenomenin iki qütbüdür. Gerçək sevgi nədirsə, bu iki qütbün arasında yer alır, oradan pərvazlanır.
Sevgisiz mərhəmət - mərhəmət deyil, zəiflik, acizlik, mazoxizmdir. İnsanı içindən yeyib dağıdan, didib çürüdən günah duyğusuyla yaşamaq Tanrının yox, İblisin səcdəsinə durmaqdır. Günah yükü altında əzilən Raskolnikovun tövbəsini gerçək qurtuluş, mənəvi akt saymaq olmaz; sadəcə qəddarlıq fəsadını verib, zalımlığın yerini məzlumluq, yaşamaq ehtirasının yerini ölüm qorxusu, sadizmin yerini mazoxizm tutub, insan bir qütbdən başqasına yuvarlanıb.
Həyata ayıq gözlə baxsaq, nə Nastasya Filippovna, nə də Aqlaya Yepançina kimi qadın knyaz Mışkin sayağı tipə ömründə aşiq olmazdı. Roqojinə bənzər sapıq, başsız, yaramaz bir tipə vurulardılar, ancaq ona yox.
Ümumiyyətlə, İsa peyğəmbər kimi cəsarətli, qorxmaz, qəhrəman bir obrazın (bunu özgə bir qaynağa yox, İncilə istinadla deyirəm) istər bədii əsərlərdə, istər kinoda, istərsə də kilsə rəsmlərində miskin, aciz, suçlu bir görkəmdə, döyülmüş, söyülmüş, əzilmiş bir vəziyyətdə təsvir olunması məni həmişə məyus eləyir. İsa Məsih Tanrı adından danışan, dünyaya yiyə çıxan, bəşəriyyətin az qala yarısını arxasınca aparan cəngavər şəxsiyyətdir. Onun obrazı özünə layiq şəkildə yenidən işlənməlidir - dörd İncilin dördü də bundan ötrü yetərincə ipucu verir. Fədakarlığı mazoxizmlə, dünyaya sahiblənmək kimi qüdrətli, müqəddəs bir duyğunu sadizmlə əsla qarışdırmaq olmaz!
F.Uğurlu
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12

