Bəxtiyar Vahabzadə - 97
16.08.2022 [10:55]
G.QABİLQIZI
Yaradıcılığını Vətənimizin azadlığı, müstəqilliyi və bütövlüyü uğrunda mübarizəyə həsr etmiş, milli şüurun yetişməsində mühüm rol oynamış və gənc nəslin milli-mənəvi dəyərlər sistemində tərbiyə olunması işinə böyük xidmətlər göstərmiş söz ustadlarımızdan olan Bəxtiyar Vahabzadə 1925-ci il avqustun 16-da Şəki şəhərində fəhlə ailəsində anadan olub.
Müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Bəxtiyar Vahabzadənin yaradıcılığında vətənpərvərlik və azadlıq mühüm yer tutur. Şairin poeziyası tariximizi unutdurmağa çalışanlara qarşı mübarizə poeziyasıdır. O, mübariz ruhlu şeirləri ilə alovlu bir natiq kimi xalqı yad təsirlərə uymamağa, milli və mənəvi dəyərləri qoruyub yaşatmağa çağırır. B.Vahabzadə, həmçinin, ana dili mövzusunda çoxlu şeirlər yazıb. Şairin bu qəbildən olan əsərlərindən biri də “Latın dili” şeiridir. B.Vahabzadə “Latın dili” şeirini yüksək vətəndaşlıq mövqeyi ilə qələmə almışdır. Əsəri oxuyanda şairin ana dilinin dərin təəssübkeşi olduğu aydın hiss olunur. Ana dilini böyük məhəbbətlə sevən şair ona son dərəcə həssaslıqla yanaşır, dili yaşatmağı hər kəsin qeyrət məsələsi, vətəndaşlıq borcu kimi səciyyələndirir. Vətəndaş şairin qənaətinə görə, dil xalqın mövcudluğunu təsdiqləyən çox mühüm bir amildir.
Bəxtiyar Vahabzadə həm də 60-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri idi. O, 1958-ci ildə yazdığı “Gülüstan” poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulub. Xalqı oyandırmaq məqsədilə əsərlərini qələmə alan Bəxtiyar Vahabzadə şeirlərində vətən, millət, ailə, təbiət, dil, azadlıq həsrəti kimi mövzuları ən güclü və dərin məzmunlarla izah edib.
Məlumdur ki, keçmiş SSRİ-nin tərkibinə daxil olan respublikalarda, o cümlədən də Azərbaycanda milli dillərin işlədilməsi dairəsi məhdudlaşdırılırdı. Ana laylası tək şirin Azərbaycan dilinin başı üstünü qara buludlar alması, təbii ki, qaynar təbiətli, vətənpərvər ruhlu şairi narahat etməyə bilməzdi. Bu mənada B.Vahabzadənin şeirləri doğma dilin taleyi ilə bağlı həyəcan təbili idi.
Bu gün məmnunluqla deyə bilərik ki, sevimli şairimiz B.Vahabzadənin ana dilinin taleyi ilə bağlı narahatlığına səbəb olan amillər aradan qaldırılıb. Belə ki, ana dilimiz müstəqil Azərbaycan Respublikasının rəsmi dövlət dilidir. Dövlət idarələrində yazışmalar bu dildə aparılır, dilimiz ən yüksək tribunalardan səslənir. Bu isə hər birimizin qəlbini sevinc və iftixar hissi ilə doldurur, eyni zamanda bizim ana dilinə münasibətdə məsuliyyətimizi daha da artırır.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

