Mir Cəlal Paşayevin hekayələr toplusu Türkiyədə çap edilib
24.01.2018 [10:09]
Görkəmli yazıçı, ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin “Kəmtərovlar ailəsi” adlı hekayələr kitabı Türkiyədə işıq üzü görüb.
Azərbaycan Yazıçılar Birliyindən AZƏRTAC-a verilən xəbərə görə, yazıçının 110 illik yubileyinə ərməğan olaraq hazırlanan kitab Türk Ədəbiyyatı Vəqfi tərəfindən “Türk dünyası ədəbiyyatı seriyası”ndan çap olunan birinci əsərdir.
Kitabda Mir Cəlalın “Həkim Cinayətov”, “Bostan oğrusu”, “İclas qurusu”, “Kəmtərovlar ailəsi”, “İstifadə”, “Elçilər qayıtdı”, “Niyə ovdan ayaq çəkdim”, “Təzə toyun nəzakət qaydaları”, “Vətən yaraları”, “Susuzluq”, “Leyla”, “Müalicə”, “Plovdan sonra”, “Nazik mətləb”, “Xarici naxoşluq”, “Ay İsmayıl, başa sal”, “İnsanlıq fəlsəfəsi” kimi bir-birindən maraqlı, müxtəlif mövzulu hekayələri yer alıb.
Kitab yazıçının qısa bioqrafiyası ilə başlayır. Bioqrafiyadan sonra gələn “Təqdim” bölməsində Türk Ədəbiyyatı Vəqfinin rəhbəri Sərhat Kabaklı kitabın Türkiyədə çap olunması ideyasının yaranması, Mir Cəlal şəxsiyyəti və yaradıcılığı haqqında düşüncələrini bölüşərək deyir: “Türk Ədəbiyyatı Vəqfi olaraq, 2018-ci ildən etibarən Türk Dünyasının bütün coğrafiyalarına, türkcə danışılan hər bir Vətən parçasına yetməyi və buralarda yaşayan qardaşlarımızla, ədəbiyyat və sənət mühiti ilə qucaqlaşıb ədəbi əlaqələrimizi genişləndirməyi hədəf olaraq seçmişik. Bu hədəfə doğru ilk addım isə Azərbaycan Yazıçılar Birliyi ilə birgə atılıb. Belə ki, bu çərçivədə yayımlanan ilk əsər də Azərbaycan ədəbiyyatından - bu il 110 illik yubileyi qeyd olunacaq Mir Cəlalın “Kəmtərovlar ailəsi” adlı hekayələr kitabı olub”.
Onun sözlərinə görə, bu əsərdə yer alan və hər biri oxucuda ciddi təsir oyadan hekayələr və Mir Cəlalın ədəbi şəxsiyyəti ilə bağlı təhlillər aparmaq mümkündür.
Kitabda “Ön söz” yerinə yazıçının 2005-ci ildə Azərbaycanda işıq üzü görən “Seçilmiş əsərləri”nə Yaqub İsmayılovun yazdığı “Ön söz”dən çıxarışlar əlavə olunub. “Ön söz”də Mir Cəlalın ədəbiyyata gəldiyi ilk illərdən başlamış bütün yaradıcılığını incəliklərlə təhlil edən Y.İsmayılov onun ayrı-ayrı hekayələrini mövzu və ideya baxımından qruplaşdıraraq, oxucuya sxematik mütaliə üçün yardımçı olur: “Diqqəti zahiri effektə yox, daxili mənaya, səciyyəvi əlamətə yönəltmək, obrazı konkret əməlləri, duyğu-düşüncələri, fərdi və ümumi cizgiləri ilə canlandırmaq Mir Cəlal sənətini dəyərləndirən keyfiyyətlərdəndir. Müəllifin əlvan mövzulu hekayələrində həyat bir rəngli deyil, müxtəlif sahələri, əxlaqi-tərbiyəvi motivləri, ailə-məişət məsələləri, adi əhvalatları, dərin mətləbləri, aktual və gərəkli hadisələri ilə tədqiq olunurdu. Yumoristik və satirik əsərlərində lirika olduğu kimi, lirik əsərlərində də çox vaxt mənalı gülüş, tənqidi ruh vardı. Mir Cəlal ədəbiyyata “yeniləşən insan” surətləri də gətirdi. Əməkçi insanın, xüsusən Azərbaycan qadınının taleyi, fikri-mənəvi təkamülü ədibi ciddi düşündürən problem idi”.
Əminik ki, qardaş ölkədə çap olunan bu kitab nəinki türkiyəli, eləcə də Türkiyə türkcəsində anlayan, mütaliə edən hər bir oxucu üçün Mir Cəlal yaradıcılığı və onun fonunda müəyyən dövr Azərbaycan ədəbiyyatı haqqında təsəvvürlər əldə etmək üçün əvəzsiz vasitə olacaq.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

