Məhəbbətdən doğan kitab
18.04.2014 [10:40]
Tanınmış yazıçı-publisist, ictimai xadim Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman” adlı çoxcildlik roman-tədqiqatının altıncı kitabının ikinci hissəsi işıq üzü görüb.
Elmira Axundova Heydər Əliyevin ilk bioqraflarındandır. Onun dahi şəxsiyyətin siyasi bioqrafiyasının müxtəlif dövrlərini əks etdirən “Naşirin qətli” (2001), “Həqiqət anları” (2003), “Şüşə saray” (2007) kitabları ölkənin mədəni həyatında hadisəyə çevrilib.
Yazıçı Elmira Axundova “Heydər Əliyev. Şəxsiyyət və Zaman” adlı çoxcildlik roman-tədqiqatını ömrünün ən mühüm layihəsi sayır. On ildən çox gərgin zəhmət, kitabın qəhrəmanının uşaqlıq və gənclik dostları, qohumları və yaxınları ilə lentə alınmış yüzlərlə söhbət, tanınmış siyasi xadimlər və dövlət adamları ilə müsahibələr, DTK arxivlərində, Prezidentin şəxsi arxivində iş Azərbaycan xalqının Ümummilli liderinin ən dolğun və obyektiv bioqrafiyasını yaratmaq cəhdi olan romanın nadir sənədli əsasını təşkil edir.
Kitabda zəngin faktoloji, politoloji, tarixi material toplanmışdır. Roman xeyli sayda az məlum olan fakt, epizod, müəllif tərəfindən dərin təhlil və şərhlərlə müşayiət olunan eksklüziv informasiya ilə zəngindir. Yazıçının Ulu öndər Heydər Əliyevlə olan şəxsi tanışlığı kitaba xüsusi emosionallıq və səmimilik gətirir.
Roman-tədqiqatın başlıca özəlliklərindən biri də ondan ibarətdir ki, kitabdan Ümummilli liderin müasirlərinin, çiyin-çiyinə işlədiyi, ünsiyyətdə olduğu, ömrünün müxtəlif çağlarında dostluq etdiyi insanların səsi eşidilir. Elmira Axundova talelərində bütöv bir dövrü əks etdirən, bu səbəbdən də özlüyündə son dərəcə dəyərli olan bu insanları axtarıb tapmağa, onları “danışdırmağa”, xatirələrini lentə yazmağa illərlə vaxt sərf edib. Heydər Əliyevin referentləri, sürücüləri və şəxsi mühafizə əməkdaşları, həkimlər, respublika KP MK-larının və Sov.İKP MK-nın sabiq katibləri və Siyasi Bürosunun üzvləri, nazirlər, yazıçılar, bəstəkarlar, rəssamlar, jurnalistlər, hərbi sərkərdələr - yüzdən çox insan Elmira Axundovanın yazdığı kimi kitabın tamdəyərli həmmüəllifi olub. Bu gün onların bəziləri artıq dünyasını dəyişib, lakin rəqəmsal diktofonların yaddaşında canlı səsi, ötən günlər haqqında nadir xatirələri qalıb.
Ulu öndər Heydər Əliyevin xidmətlərinin qiyməti və çəkisi illər ötdükcə daha da artacaqdır. Onun nəhəngliyi onilliklər, yüzilliklərdən sonra daha aydın dərk ediləcəkdir - çünki bu böyük insanın bəşəriyyət qarşısında xidmətləri ölçüyəgəlməzdir.
Rəvan, anlaşıqlı, eyni zamanda, parlaq və obrazlı dillə yazılıb və “GBS” nəşriyyatının mətbəəsində işıq üzü görmüş 6-cı kitabın ikinci hissəsinin redaktoru Azərbaycanın Əməkdar mədəniyyət işçisi Aslan Aslanov, rus dilindən tərcüməçisi Oktaedr Məmmədov, rəssamı Azərbaycanın Əməkdar rəssamı İsmayıl Məmmədovdur. Kitab poliqrafiya baxımından yaxşı düşünülüb, bir çoxu ilk dəfə verilən fotoşəkillər zövqlə seçilib.
Kitaba sözardı yazmış görkəmli qazax şairi və ictimai xadimi Oljas Süleymenov qeyd edir: “Belə kitablar lazımdır: onlar rəhbərlərin yeni nəslinin yetişməsinə kömək edir. Bir ölkədə iki dövlətin rəhbəri olmuş Heydər Əliyevin nadir təcrübəsi xüsusilə əvəzsizdir. Dahi insanlar haqqında çox yazılıb, tez-tez də sağlıqlarında. Mənim oxucu və yazıçı təcrübəm müəllif qələminin nə zaman baş qəhrəmana hörmət, nə zaman isə adi yarınmaq hissi ilə hərəkətə gəldiyini səhvsiz təyin etməyə imkan verir.
E.Axundovanın bu kitabı məhəbbətdən doğmuşdur”.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08

