“Dürrü yekta”...
06.08.2025 [11:14]
Xan qızının doğum günüdür
Bu gün Natəvanın büstü Şuşada qürurla ətrafı seyr edir. Yaşadığı dövrün iztirablarına sinə gərən mətin, həm də zərif bir Azərbaycan qanının həyat hekayəsi elə doğulduğu gündən başlamış, elə ölümündən sonra da dillərə dastan olmuşdu. Sonda bürünc büstə çevrilmiş Natəvan Şuşanın ağrı-acısını həyatda olmadana belə yaşamışdı. Və gün gəldi - o qanlı-qadalı illərdə daşlaşmış heykəllərə belə qıymış vandallar ilahi ədalətin zəfəri ilə tarixin qaranlığına gömüldülər...
Sonuncu Qarabağ xanı Mehdiqulu xanın yeganə övladı olduğu üçün onu “Dürrü yekta”, yəni “Tək inci”, el arasında isə “Xan qızı” çağırarmışlar. Natəvan istedadlı şairə olmaqla yanaşı, xeyriyyəçiliyi ilə də tanınıb, imkansızlara əl tutub, Şuşaya su kəməri çəkdirib. Xan qızının anadan olmasından 193 il ötür (bəzi mənbələrdə Natəvanın doğum tarixi 15 avqust kimi göstərilir - red.)
Xurşidbanu Natəvanla bağlı maraqlı faktlar çoxdur. Tarixçilərin ehtimalına görə, o dövrdə xarici və daxili vəziyyətin ciddi surətdə gərginləşməsi ilə əlaqədar xan ailələri üzərində nəzarət gücləndirilmişdi və Xurş?dbanu Xasay xan Usmiyevlə izdivaca məcbur edilmişdi. Belə bir ehtimal da var ki, Vorontsovun şəxsi yavəri Xasay xan Tiflisdə onlara mülk iddialarında kömək göstərib və bunun müqabilində Xurş?dbanuya evlənməyi təklif edib.
Xasay xanla evləndikdən sonra Natəvan dörd il övlad arzusu ilə alışıb-yanıb. Hər gün Allaha dua edən Xan qızı 1854-cü ildə əri ilə Bakıya gəlib, Şıx kəndindəki Bibiheybət məscidini ziyarət edirlər. Bu ziyarətdən bir il sonra 1855-ci ildə onların oğlu Mehdiqulu xan, 1856-cı ildə qızı Xanbikə dünyaya gəlir.
Anasının vəfatından sonra ailəsinin təkidi ilə Xasay Usmiyev vətəni Dağıstana döndüyü zaman həyat yoldaşı Xurşidbanunu da özü ilə aparmaq istəyib. Lakin Xan qızı Dağıstanda həmişəlik yaşamağı qəbul etməyib və onlar 1864-cü ildə ayrılıblar.
Natəvan 1869-cu ildə könlünə yatan Seyid Hüseyn adlı kasıb bir şuşalıya ərə gedir. Bəziləri Seyid Hüseynin Natəvanın nökəri, faytonçusu olduğunu da iddia ediblər. Dəqiq faktlar göstərir ki, Seyid Hüseyn sənətkar olub. Papaqçı idi. Bu evlilikdən də Natəvan xanımın üç oğlu dünyaya gəlib.
Onun Seyid Hüseynə ərə getməsi bəy və mülkədarları qəzəbləndirmişdi. Onlar Natəvanın ailə üzvləri arasına nifaq salır. Oğlu Mehdiqulu xan baş götürüb evdən gedir. Beləliklə, şairə ömrü boyu qınaq və töhmətlərdən yaxa qurtara bilməyib.
Seyid Hüseyndən olma oğlu Mir Abbas 17 yaşında vəfat edib. Onun ölümü Xan qızına ağır təsir etdiyindən uzun müddət Xan qızı bu ağır dərddən özünə gələ bilməyib. Oğlunun ölümündən sonra kədərli şeirlər yazmağa başlayır və özünə Natəvan, yəni zəif, gücsüz təxəllüsünü götürür.
Şəxsi münasibətlərin, dövranın haqsızlığı, zalımların sitəmi şairəni vaxtsız qocaldır, onu həyat işığına həsrət qoyur. Xəstəlik və məhrumiyyətlər, xüsusilə birinci ərindən olan övladları ilə ikinci ərindən olan uşaqları arasında torpaq-mülk ixtilafları Natəvanın onsuz da çətin olan vəziyyətini daha da ağırlaşdırır. Elə bu illərdə onun evindən xeyirxah məqsədlər üçün ayrılmış bir sandıq qızıl pul və qiymətli əşyalar oğurlanır. Bu hadisə Natəvanın Arazdan Mil düzünə çəkdirməyə başladığı arxın Kəngərli məntəqəsində yarımçıq qalmasına səbəb olur.
Şairənin həyatının son illəri daha acınacaqlı keçib. O, yaylaqlarını və yararlı torpaqlarını itirərək var-yoxdan çıxır, borca düşür. Hətta dövrü mətbuatda çıxan xəbərlərə görə o, ağır maddi çətinliklər üzündən, ev əşyalarını, zinət əşyalarını açıq satışa qoymuşdu. (Bakinskie quberrnckie vedomosti” qəzeti, ? 43; Yenə orada, 1896, ? 5.)
Bütün bu çətinliklər, maddi və mənəvi sıxıntılar nəticəsində Natəvanın xəstəliyi və daxili iztirabları getdikcə şiddətlənir və o, 1897-ci il oktyabr ayının 1-də Şuşada vəfat edir. Dəfn mərasimində iştirak edən camaat, hörmət əlaməti olaraq, şairənin cənazəsini Şuşadan Ağdama qədər piyada aparıb. Xan qızı Ağdamda “İmarət” deyilən ailə qəbiristanlığında dəfn olunub.
Xurşidbanu Natəvanın şəxsiyyətinə, irsinə, yaradıcılığına Azərbaycan dövləti hər zaman sayğı bəsləyib. Natəvanın 180 illik yubileyi də dövlət səviyyəsində qeyd edilmişdi. 1960-cı ildə Bakıda şairənin heykəli, 1982-ci ildə ulu öndər
Heydər Əliyevin iştirakı ilə Şuşada büstü ucaldılmışdı. 2016-cı il fevralın 18-də Heydər Əliyev Fondunun dəstəyi ilə Belçika Krallığının Vaterlo şəhərində Xurşidbanu Natəvanın abidəsinin açılış mərasimi keçirilib.
Bakıda Xan qızının adına kitabxana, Azərbaycan Yazıçılar Birliyində ədəbi klub fəaliyyət göstərir. Şuşa işğaldan azad edilərkən Natəvanın büstü yenidən doğma şəhərinə qaytarıldı, Xan qızı bulağı bərpa edildi. Prezident İlham Əliyev 14 mart 2022-ci il tarixində “Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21

