Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / NATO ölkələri Yens Stoltenberqin səlahiyyət müddətini uzatmaq istəyir

NATO ölkələri Yens Stoltenberqin səlahiyyət müddətini uzatmaq istəyir

14.06.2023 [12:54]

NATO-ya üzv ölkələr təşkilatın rəhbəri vəzifəsinə namizədlərlə bağlı fikir ayrılığı səbəbindən alyansın Baş katibi Yens Stoltenberqin səlahiyyət müddətini uzatmaq niyyətindədir.

“Financial Times” qəzeti bu barədə öz mənbələrinə istinadla məlumat yayıb. Yens Stoltenberqin səlahiyyətlərinin uzadılması gələn il keçiriləcək seçkilərə qədər NATO üzvləri üçün qısamüddətli kompromis variant ola bilər.

Bu vəziyyət hərbi blokun yeni rəhbəri postuna iki əsas namizədin – Danimarkanın Baş naziri Mette Frederiksenin və Böyük Britaniyanın müdafiə naziri Ben Uollesin alyans üzvləri arasında yekdil dəstəyə malik olmaması səbəbindən yaranıb. NATO-nun bəzi ölkələri Şimali Atlantika Alyansının Baş katibi postuna ilk dəfə qadının təyin edilməsinə tərəfdarı olduğu halda, digərləri bu vəzifədə Şərqi Avropa nümayəndəsini görmək istəyir.

Xatırladaq ki, Yens Stoltenberq 2022-ci il oktyabrın 1-də öz postunu tərk etməli idi, lakin həmin ilin martında alyans ölkələrinin liderləri onun mandatını 2023-cü il sentyabrın 30-dək uzadıb.

Paylaş:
Baxılıb: 545 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30