Haaqa məhkəməsinin qərarı nəyə hesablanıb?
28.03.2023 [11:17]
Rəsmi Moskva qərarı tanımasa da, dünyada məsələyə yanaşma fərqlidir
N.BAYRAMLI
Bu yaxınlarda Beynəlxalq Cinayət Məhkəməsinin (Haaqa məhkəməsi) Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verməsi dünya gündəminin əsas mövzularından biridir. Bu qərar Rusiyanın Ukraynada apardığı müharibə kontekstində qəbul olunub. Məhkəmənin qərarında o da vurğulanır ki, Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-dən etibarən Ukraynanın işğal edilmiş ərazilərindən əhalinin (uşaqların) qanunsuz deportasiyası və qanunsuz olaraq Rusiyaya köçürülməsi kimi hərbi cinayətə görə məsuliyyət daşıyır. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Jozep Borrel Putinlə bağlı qərarı “başlanğıc” adlandırıb və qeyd edib ki, digər günahkarlar da cəzalarını alacaqlar. Bu isə təkcə Putinə yox, onun ətrafına da verilən siqnal olmaqla yanaşı, Rusiya elitasının dövlət başçısına və onun ən yaxın çevrəsinə olan münasibətinə ciddi təsir göstərir. Məhkəmənin qərarı Rusiya hakimiyyətində, mediasında, sosial şəbəkələrində böyük isterika yaradıb. Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev bu qərarı “tualet kağızı”na bənzətsə də, ən azından Rusiya siyasi, iqtisadi, elmi, mədəni və s. elitası nə baş verdiyini çox yaxşı anlayır və bunun hansı perspektivlər vəd etdiyini, nəyə hesablandığını başa düşür. Demək olar ki, sözügedən qərar Rusiya cəmiyyətində parçalanma yaratmaqdadır. Ən azından ona görə ki, tarix boyu Rusiyaya qarşı belə bir qərar olmayıb. Haaqa məhkəməsinin qərarı isə bu ölkənin hansı vəziyyətə düşdüyünün göstəricisidir.
Eyni zamanda bir çox ekspertlər bu qərarın hətta Ukrayna ilə apardığı müharibəyə də təsirsiz ötüşməyəcəyi qənaətindədir. Çünki bu, Ukrayna tərəfinin qətiyyətini və ümidlərini artırdığı halda, Rusiya tərəfinin, Ukraynada döyüşən orta və yüksək səviyyəli zabit heyətinin onsuz da aşağı olan motivasiyasını daha da aşağı salacaq. Eyni zamanda, bu, BMT-dəki səsvermələrdə, yaxud Ukraynaya silah və digər yardımlar göstərilməsində tərəddüd edən ölkələri cəsarətləndirəcək hüquqi aktdır. Rusiya rəhbərliyində beynəlxalq məhkəmənin qərarına ziddiyyətli qiymətləndirmələr verilməsi isə göstərir ki, bu qərar onlarda çağqınlıq yaradıb. Medvedev qərarın əhəmiyyətini azaltmağa çalışdığı halda, Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin həmin qərarı “Rusiyaya qarşı təcavüz aktı” adlandırıb. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə Beynəlxalq Cinayət Məhkəməsinin Vladimir Putinin həbsinə order verməsinə münasibət bildirərkən Rusiyanın məhkəmənin yurisdiksiyasını tanımadığını diqqətə çatdırıb: “Biz bu məhkəmənin yurisdiksiyasını tanımırıq, qərar hüquq baxımından etibarsızdır”.
Doğrudur, sözügedən qərar Putinin dərhal həbs edilməsi demək deyil. Ona görə də bir sıra ekspertlər bunu daha çox böyük əhəmiyyətə malik siyasi akt kimi qiymətləndirirlər. Dünyanın 123 ölkəsinin tanıdığı və qoşulduğu beynəlxalq məhkəmənin bu qərarı Rusiya diplomatiyası?? çıxılmaz vəziyyətə salır. Hətta iş o yerə çatıb ki, Rusiyanın forpostu olan Ermənistanın Konstitusiya Məhkəməsi də Roma Statutunda təsbit olunmuş öhdəlikləri tanıyıb. Bu o deməkdir ki, əgər Putin Ermənistana getsə, hakimiyyət onu Beynəlxalq Cinayət Məhkəməsinə təhvil verməyə borcludur. Ermənistan Konstitusiya Məhkəməsinin bu qərarı isə rusları şoka salıb. Rusiya mediası, ekspertləri Ermənistanın bu mövqeyini “bir müttəfiq tərəfindən arxadan saplanmış daha bir xəncər” kimi dəyərləndirirlər.
Nəzərə almaq lazımdır ki, müharibə bitəndən sonrakı danışıqlarda Rusiya təkcə sanksiyaların götürülməsini, elitanın xaricdəki aktivlərinin qorunmasını, reabilitasiyasını deyil, həm də həmin dövrə qədər hakimiyyətdə qalacağı təqdirdə Putinin üzərindəki hökmün də geri oxunmasını xahiş etməli olacaq. Lakin bu variant mümkün görünmür. Çünki bu tipli qərarların ləğvi mexanizmi yoxdur və indiyə qədər belə bir presedent mövcud deyil. Bütün hallarda Vladimir Putinin həbsi ilə bağlı qərar Rusiya tarixinin “qara ləkəsi” olacaq. Çünki bu ölkə haqqında indiyədək belə aşağılayıcı qərar qəbul olunmamışdı. Haaqa məhkəməsinin məlum qərarının “taleyini” isə gələcək göstərəcək.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

