Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Serbiya Prezidenti bütün xarici səfərlərini ləğv edib

Serbiya Prezidenti bütün xarici səfərlərini ləğv edib

04.11.2022 [16:00]

Serbiya Prezidenti Aleksandr Vuçiç Kosovo ilə yaşanan son hadisələr fonunda bütün xarici səfərlərini ləğv edib.

A.Vuçiç noyabrın 6-18-də Misirin Şarm əl-Şeyx şəhərində keçiriləcək BMT-nin İqlim Konfransında (COP27) iştirakını ləğv etdiyini və bunun üçün təəssüfləndiyini bildirib.

Xatırladaq ki, Serbiya ordusu noyabrın 2-də Kosovo ilə sərhəddəki Raska şəhərindəki hərbi obyekti müşahidə etdiyi iddia olunan pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib. Serbiyanın müdafiə naziri Miloş Vuçeviç isə Prezident A.Vuçiçin Kosovo ilə mümkün gərginliyə görə orduya “hazır olun” əmri verdiyini açıqlayıb.

Paylaş:
Baxılıb: 836 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30