Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İsrail knessetinə keçirilən seçkilərdə “Likud” partiyası öndədir

İsrail knessetinə keçirilən seçkilərdə “Likud” partiyası öndədir

02.11.2022 [11:53]

İsrailin sabiq Baş naziri və müxalifət lideri Binyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyası noyabrın 1-də knessetə (İsrail parlamenti) keçirilən növbədənkənar seçkilərdə liderlik edir.

İsrailin Kan telekanalı “Exitpoll”un nəticələrinə istinadla “Likud” partiyasının 120 yerlik parlamentdə 30 mandat qazandığı barədə məlumat yayıb.

Seçkilərdən sonra “Likud” partiyasının rəhbərlik etdiyi blok 62 deputatdan ibarət hökumət koalisiyası qura, 1996-1999-cu illərdə və 2009-2021-ci illərdə Baş nazir vəzifəsində çalışan Binyamin Netanyahu isə yenidən İsrailin Nazirlər Kabinetinə rəhbərlik edə bilər.

Hazırkı Baş nazir Yair Lapidin “Yeş Atid” partiyası isə ilkin məlumatlara görə, 22 mandatla ikinci yeri tutur.

Paylaş:
Baxılıb: 688 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30