ÜST: Meymunçiçəyi virusu hazırda beynəlxalq səviyyədə fövqəladə vəziyyət yaratmır
26.06.2022 [14:35]
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi virusunun yayılmasını ən yüksək xəbərdarlıq pilləsi elan etməkdən imtina edib.
AZƏRTAC xəbər verir ki, bununla da hazırda bu virusun yayılması ÜST tərəfindən beynəlxalq səviyyəli səhiyyə fövqəladə vəziyyəti kimi dəyərləndirilməyib. ÜST öz qərarını təşkilatın fövqəladə hallar komitəsinin tövsiyəsi əsasında verib.
Bununla belə təşkilatın baş direktoru Tedros Qebreyesus bildirib ki, meymunçiçəyi ciddi şəkildə narahatlıq doğurur. Qeyd edilib ki, meymunçiçəyi virusu yaxından izlənmə və kollektiv reaksiya tələb olunan səhiyyə təhlükəsi kimi inkişaf edir.
Bildirilib ki, meymunçiçəyi virusuna onillərdən bəri Afrika ölkələrində rast gəlinir. Lakin hazırda virus ilə bağlı xüsusilə narahat edən faktor onun yeni ölkələrə və bölgələrə sürətlə, davamlı yayılması və immuniteti zəif olan insanlar, hamilə qadınlar və uşaqlar da daxil olmaqla həssas əhali qruplarına yoluxma riskidir.
Baş direktor bildirib ki, vəziyyət yaxından izlənərək, ayıq-sayıqlıq davam etdiriləcək və epidemiyanın təkamülü əsasında yaxın günlərdə və həftələrdə fövqəladə hallar komitəsinin təcili iclasının çağırılması üçün beynəlxalq səhiyyə ekspertlərinin tövsiyələri nəzərə alınacaq.
Qərardan öncə təşkilatın fövqəladə hallar komitəsi bir neçə gün davam edən müzakirələr aparıb. Beynəlxalq səviyyəli səhiyyə fövqəladə vəziyyəti ÜST tərəfindən elan edilən ən yüksək xəbərdarlıq pilləsidir. Hazırda bu pillə COVID-19 pandemiyası və poliomielit xəstəliyinə şamil olunur.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58

