Ermənistanda yeni parlament və hökumət böhranı gözlənilir
30.06.2021 [10:04]
Ermənistanda növbədənkənar parlament seçkiləri arxada qalsa da, onun nəticələri ilə bağlı etirazlar məğlub ölkədə siyasi gərginliyi artırır. Belə ki, iyunun 27-də Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən seçkilərin rəsmi nəticələri elan olunduqdan sonra bəzi müxalifət partiyaları, o cümlədən parlamentdə mandat qazanan siyasi qüvvələr də nəticələrdən konstitusiya məhkəməsinə (KM) şikayət edəcəklərini açıqlayıblar. Ermənistan mətbuatı yazır ki, əgər nəticələrdən KM-ə şikayət edilsə, 8-ci çağırış Ermənistan parlamentinin ilk sessiyasının keçirilməsi də baş tutmaya bilər.
Buna baxmayaraq, “News.am” yazır ki, MSK artıq mandatların siyasi qüvvələr arasında necə paylandığı barədə də rəsmi məlumat yayıb. Həmin məlumata görə, Ermənistanın yeni parlamentində “Vətəndaş müqaviləsi” partiyası 71, “Ermənistan” bloku 29, “Şərəfim var” bloku 7 mandata sahib olacaq. MSK rəhbəri Tiqran Mukçyan bazar günü keçirdiyi mətbuat konfransında mandatların 5 faizdən çox səs toplayan partiyalar və 7 faiz səs alan bloklar arasında paylandığını söyləyib. O qeyd edib ki, qanunvericiliyə görə, 3-dən az partiya və blok mandat alıbsa, mandat bölgüsündə ən çox səs alan 3-cü partiya və ya blok da iştirak edir. Beləliklə, 5 faizdən çox səs toplayan “Şərəfim var” 7 mandat ala bilib. O da qeyd edilib ki, “Şərəfim var” və “Ermənistan” blokları MSK-dan növbədənkənar parlament seçkilərinin nəticələrini ləğv etməsini tələb ediblər.
Xatırladaq ki, 20 iyunda Ermənistanda keçirilən növbədənkənar seçkilərin rəsmi yekun nəticələrinə görə, Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası 53,91 faiz səslə qalib gəlib, “Ermənistan” bloku 21,09 faiz, “Şərəfim var” bloku isə 5,22 faiz səs toplayıb.
Bu arada, “Armenia today” yazır ki, “Ermənistan” blokunun nümayəndəsi KM-ə müraciət şərtlərini açıqlayıb. Belə ki, 2 iyul tarixinə qədər “Ermənistan” bloku parlament seçkilərində səsvermənin nəticələrinin etibarsız elan edilməsi tələbi ilə KM-ə müraciət edəcək. Blokun nümayəndəsi Robert Hayrapetyan pasportlar, hərbi personal haqqında məlumatlar, mobil qruplar tərəfindən əldə edilən bir sıra faktlar nəzərə alınmaqla, təxminən 200 min səslə bağlı iş apardıqlarını deyib. Onun sözlərinə görə, 200 min seçici səsi seçki nəticələrinə ciddi təsir göstərən bir rəqəmdir. “Şərəfim var” bloku və digər bir neçə partiya da oxşar şikayətlə KM-ə müraciət etməyi düşünürlər.
Əsas müxalifət partiyalarından fərqli olaraq eks-prezident Levon Ter-Petrosyanın partiyası seçkilərin nəticələrinə etiraz etməyəcək. “Sputnik-Ermənistan”ın məlumatına görə, “Erməni milli konqresi” partiyasının sədr müavini Levon Zurabyan deyib ki, çoxsaylı qanun pozuntularına baxmayaraq, seçkilərin nəticələrindən KM-ə şikayət etmək niyyətində deyillər.
Göründüyü kimi, Ermənistanda yaranan vəziyyət onu göstərir ki, parlament seçkiləri arxada qalsa, artıq qalib elan olunsa da, seçkilərin nəticəsinin parlamentdə yer qazanan siyasi qüvvələr tərəfindən belə tanınmaması yeni böhrandan xəbər verir. Ekspertlərin fikrincə, etirazlara görə parlamentin öz işinə başlamaması, buna görə də ölkədə yeni hökumətin qurulmasının ləngiməsi Ermənistanın yeni parlament və hökumət böhranı ilə üz-üzə qalacağını göstərir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxİdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07

