Ermənistanda yeni etiraz aksiyaları başlaya bilər
23.06.2021 [08:51]
Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərinin ilkin nəticələri mövcud iqtidarı hakimiyyətdən kənarlaşdırmaq üçün seçkiyə gedən müxalifətə “soyuq duş” effekti yaradıb. İqtidarın əsas rəqibi hesab edilən “Ermənistan” bloku və digər müxalif siyasi qüvvələr isə hələlik seçkinin nəticələrini tanımaqdan imtina edirlər.
Yeri gəlmişkən, “News.am” yazır ki, mətbuat konfransı keçirən “Ermənistan” blokunun rəhbərliyi bəyan edib ki, onlar bütün problemli məsələlər aydınlaşana qədər seçkinin nəticələrini qəbul etməyəcək. Bildirilib ki, mövcud hakimiyyət əvvəlki tərzdə fəaliyyətini davam etdirəcəyi təqdirdə, Ermənistanda yenidən növbədənkənar parlament seçkiləri keçirilə bilər.
Artur Vanetsyanın rəhbəri olduğu “Şərəfim var” bloku isə seçkilərin ilkin nəticələrini qəbul etmədiyini və hakimiyyət uğrunda mübarizəyə bütün yollarla davam edəcəyini bəyan edib. “Panorama.am” yazır ki, “Çiçəklənən Ermənistan” partiyası da seçkinin nəticələri və qanun pozuntuları ilə bağlı məsələlər tam aydınlaşana qədər Paşinyanı təbrik etmək fikrində deyil.
Buna baxmayaraq, baş nazir vəzifəsini icra edən, “Vətəndaş müqaviləsi” partiyasının sədri Nikol Paşinyan öz tərəfdarları ilə qələbəni qeyd etmək üçün iki gündür paytaxtın Respublika meydanında mitinq keçirir. “Aysor.am”ın məlumatına əsasən, ölkə prezidenti Armen Sarkisyan seçkilərdə qazandığı qələbəyə görə Paşinyanı təbrik etsə də, Ermənistanda prezident üsul-idarəsinə keçid təklifini bir daha təkrarlayıb.
Göründüyü kimi, növbədənkənar parlament seçkilərində məğlub olan müxalifət nəticələri tanımaq istəməsə də, parlament mandatından da imtina etmir. Xatırladaq ki, seçkinin ilkin nəticələrinə görə, “Vətəndaş müqaviləsi” partiyası və “Ermənistan” bloku parlamentdə təmsil olunmaq hüququ qazanıblar. A.Vanetsyanın seçki siyahısına rəhbərlik etdiyi “Şərəfim var” bloku müəyyən olunmuş 7 faizlik baryeri keçə bilməsə də, mövcud qanunvericiliyə görə, digər heç bir partiya nəzərdə tululan 5 faizi keçmədiyi üçün 3-cü yeri qazanan siyasi qüvvə kimi parlamentdə mandat qazanmış hesab edilir.
Beləliklə, məğlub ölkədə seçkiqabağı siyasi qarşıdurma hələlik yerini nisbi sakitliyə verib. Ancaq ekspertlər müxalifətin rəsmi nəticələr elan olunandan sonra hakimiyyətin istefası tələbi ilə etiraz aksiyalarına başlayacağını istisna etmirlər.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxSosial
26 Aprel 21:44
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19

