Ermənistanda yeni siyasi kataklizmlər gözlənilir
15.06.2021 [07:58]
Məğlub Ermənistanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi 20 iyun tarixi yaxınlaşdıqca daxili siyasi gərginlik və qarşıdurma daha da artmaqdadır. Belə ki, baş nazir postuna namizədlər vətəndaşların səslərini cəlb etmək naminə bir-birini nüfuzdan salmaq üçün qeyri-qanuni vasitələrə əl atırlar. Üstəlik, həm inzibati resurslardan istifadə edən Paşinyan, həm də əsas rəqibləri özlərinin qalib gəlməyəcəkləri təqdirdə, ölkənin parçalanacağı və vətəndaş müharibəsi başlayacağı barədə rəy yaratmağa çalışırlar. Digər tərəfdən, dərin sosial-iqtisadi böhran dövrünü yaşayan Ermənistanda ölkəni tərk edə bilməyən seçicilərin əksəriyyətinin seçkilərə maraq göstərməməsi olduqca qeyri-müəyyən vəziyyət yaradır.
Qeyd edək ki, xarici təşkilatlar tərəfindən aparılan rəy sorğularının nəticələri də seçicilərin 20 iyun seçkilərinə ciddi yanaşmadığını, eyni zamanda, səslərin parçalanacağını göstərir. “News.am” yazır ki, keçirilən son rəy sorğusuna görə, ilk dəfə “Ermənistan” bloku “Vətəndaş müqaviləsi” partiyasını qabaqlayıb. GALLUP Beynəlxalq Assosiasiyasının Ermənistan ofisinin direktoru Aram Navasardyan deyib ki, yeni rəy sorğusunun nəticələrinə görə, respondentlərin 24,1 faizi “Ermənistan” blokuna, 23,8 faizi “Vətəndaş müqaviləsi” partiyasına səs vermək fikrindədir.
Bu proqnozlara baxmayaraq, “Vətəndaş müqaviləsi” partiyasının lideri Nikol Paşinyanın fikrincə, bu seçkilərdə adi qələbəyə deyil, seçicilərin 63 faizinin dəstəyinə ehtiyac var. “Aysor.am”ın yazdığına görə, 13 iyun tarixində Nor Ajna bölgəsində seçicilərlə görüş zamanı baş nazir səlahiyyətlərini icra edən Paşinyan deyib ki, yalnız seçicilərin bu qədər yüksək faizini təmin etməklə 20 iyun seçkilərini “həqiqi xalq hərəkatı”na çevirmək mümkündür. Paşinyanın əleyhdarları isə hakimiyyətin seçkisonrası planları barədə müxtəlif iddialar və ittihamlar irəli sürürlər. Məsələn, “News.am” yazır ki, keçmiş deputat Naira Zöhrabyan hakimiyyətin Respublika meydanında mitinq keçirmək üçün əvvəlcədən müraciət etməsini Paşinyanın “vətəndaş müharibəsinə hazırlaşması” kimi dəyərləndirib.
Göründüyü kimi, son dərəcə gərgin siyasi mübarizə şəraitində seçkilərə gedən məğlub ölkənin əhalisində inamsızlıqla yanaşı, qorxu və vahimə də hökm sürür. Ekspertlərin fikrincə, bir-birini təhqir edən və onları seçməyəcəkləri təqdirdə ciddi qarşıdurmanın olacağı ilə vətəndaşları qorxudan qüvvələr müxtəlif vasitələrə əl ataraq Ermənistan cəmiyyətini siyasi təhdid altında saxlayırlar.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29

