Ermənistanda qeyri-müəyyənlik hökm sürür
13.04.2021 [09:00]
Siyasi böhran dövrünü yaşayan ölkədə müxalifət “taym-aut” götürür, hakimiyyətdə isə parçalanma və daxili çəkişmələr davam edir
Məğlub Ermənistan artıq seçkiqabağı dövrə qədəm qoysa da, ölkədə siyasi böhran davam edir. Ermənistan mediasının yazdığına görə, növbədənkənar parlament seçkilərinin keçiriləcəyinin elan edilməsindən sonra cəmiyyətdə qeyri-müəyyənlik bir qədər də artıb. Müxalifətin “Nikolsuz seçki” şüarına baxmayaraq, “Vətənin xilası naminə hərəkat”da təmsil olunan bəzi partiyaların seçkilərdə iştiraka “can atması” vəziyyəti daha da qəlizləşdirib. Eyni zamanda, siyasi partiyalardan verilən açıqlamalar mövcud hakimiyyətin dövründə seçkidə iştirak etmək istəyənlərin çox olduğunu göstərir.
Məsələn, eks-prezident Levon Ter-Petrosyanın partiyasının seçkilərdə iştirak etmək üçün hərəkətə keçdiyi barədə xəbərlər yayılıb. Belə ki, “Sputnik-Ermənistan”ın yazdığına görə, seçkilərə hazırlıq məqsədilə “Erməni milli konqresi” partiyası mayın 1-də qurultay keçirəcək. Məlumata görə, qurultayda “Erməni milli konqresi” partiyası növbədənkənar parlament seçkilərində iştirak edib-etməyəcəyini müəyyənləşdirəcək: “Əgər fors-major hal baş verməzsə, böyük ehtimalla Ter-Petrosyanın partiyası seçkilərdə müstəqil şəkildə iştirak edəcək”.
Yerli mətbuat Paşinyanın istefasına çalışan “Vətənin xilası naminə hərəkat”ın da fəaliyyətində dəyişiklik nəzərə çarpdığını yazır. Daxili ziddiyyətlərlə üzləşən müxalifət regionlarda nəzərdə tutulan aksiyaları təxirə salıb. “Hraparak” qəzeti yazır ki, Sevan şəhərində keçirilən mitinqdən sonra hərəkat taym-aut götürmək qərarına gəlib. Regionlarda aksiyalar planlaşdırılsa da, partiyaların seçkilərə qatılacağı bəlli olana qədər səfərlərin və görüşlərin dayandırılması barədə qərar verilib.
Bu arada “İravunk” qəzeti yazır ki, seçkiqabağı vəziyyət hakim komandada da parçalanma və qarşıdurma yaradıb. Belə ki, hökumətin saxta təbliğatı ilə məşğul olan “İctimaiyyətlə əlaqələr və məlumat mərkəzi” yenidən direktorsuz qalıb. Qəzet yazır ki, direktor Lili Minasyan baş nazirin aparatının rəhbəri Arsen Torosyanla qarşıdurma səbəbindən vəzifəsindən uzaqlaşdırılıb. “İravunk” digər maraqlı detalları da açıqlayıb: “Mövcud baş nazirin rəhbəri olduğu “Vətəndaş müqaviləsi” partiyasında “təmizləmə” işlərinə başlanıb. Xüsusilə partiya L.Minasyan başda olmaqla parlamentin sədri Ararat Mirzoyanın kadrları sayılan şəxslərdən xilas olmaq istəyir”.
Qəzet yazır ki, ümumiyyətlə, A.Mirzoyanı sıralarından təcrid edən hakim komanda, Paşinyanın gözlənilən istefasından sonra, parlament seçkiləri ərəfəsində spikerin bəzi “oyunlar oynaya” biləcəyindən narahatdır.
Bu arada Yerevanda etiraz aksiyaları da davam edir. Belə ki, müharibədə itkin düşənlərin yaxınları aprelin 12-də hökumət binasının qarşısında aksiya keçiriblər. “FaktInfo”nun yaydığı məlumata görə, müdafiə nazirliyinin binasını bir neçə gün mühasirədə saxlayan vətəndaşlar oradan qənaətbəxş cavab ala bilmədikləri üçün hökumət binasına üz tutublar.
Göründüyü kimi, məğlub Ermənistanda seçkiqabağı mərhələdə yenə də qeyri-müəyyənlik hökm sürür. Siyasi böhran dövrünü yaşayan ölkədə erməni müxalifəti taym-aut götürür, hakimiyyətdə isə parçalanma və daxili çəkişmələr baş verir. Məğlub ölkədəki mövcud vəziyyət seçkilərə qədər siyasi böhranın daha da dərinləşəcəyindən xəbər verir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38

