Məğlub Ermənistanda xaos dərinləşir
13.03.2021 [09:28]
Ermənistanda sosial-iqtisadi və siyasi xaos davam edir. Baş nazir Nikol Paşinyanla ordu rəhbərliyi arasındakı qarşıdurma isə məğlub ölkədəki hərbi-siyasi böhranı daha da dərinləşdirib. Daha doğrusu Paşinyanın baş qərargah rəisi Onik Qasparyanı faktiki olaraq vəzifədən kənarlaşdırması, son anda prezident Armen Sarkisyan tərəfindən O.Qasparyanın istefası ilə bağlı müraciətin konstitusiya məhkəməsinə göndərilməsi vəziyyəti bir qədər də gərginləşdirib. Bu məsələdə ordunu dəstəkləyən müxalif “Vətənin xilası naminə hərəkat”ı isə parlamentin qarşısında fasiləsiz kütləvi etiraz aksiyalarını davam etdirir.
Erməni mediası yazır ki, O.Qasparyanı martın 10-dan tutduğu vəzifədən azad edilmiş sayan Paşinyanın keçmiş baş qərargah rəisi Artak Davtyanı onun yerinə təyin etmək cəhdi də prezident və baş nazir arasında qarşıdurma yaradıb. “News.am” yazır ki, prezident A.Davtyan barədə vəsatəti geri qaytarıb və təsdiq etməyəcəyini bildirib. Hökumət yeni baş qərargah rəisinin vəzifəsinin icrasına başlayacağını elan etsə də, konstitusiya üzrə ekspert Gövhər Meloyan deyib ki, martın 19-na qədər A.Davtyanın bu vəzifəyə təsdiqi qanunsuzdur.
Bu arada “Panorama.am” yazır ki, qəti addımlar atmağın vacibliyini bildirən müxalifətin baş nazir postuna namizədi Vazgen Manukyan O.Qasparyanın istefası ilə bağlı Ermənistan prezidentini də qınayıb: “Əvvəlcə bunun konstitusiyaya uyğun olmadığını söylədi, sonra bu barədə danışmadı. Düşünürəm ki, təzyiq var idi. Ancaq ölkə prezidenti təzyiq altında qərar qəbul edirsə, onda belə bir prezident kimə lazımdır?”.
Yeri gəlmişkən, prezident A.Sarkisyanın baş nazir və müxalifət təmsilçilərini 13 martda danışıqlara dəvət etməsi də birmənalı qarşılanmayıb. Belə ki, administrasiyanın yaydığı məlumata görə, indiyə qədər yalnız “Maariflənən Ermənistan” və “Mənim addımım” fraksiyaları prezidentlə görüş dəvətinə müsbət cavab verib. “Vətənin xilası naminə hərəkat” isə Ermənistan prezidentinin hökuməti və siyasi qüvvələri danışıqlara dəvət etməsinə cavab olaraq öz şərtlərini irəli sürüb.
“News.am” yazdığına görə, qurumun ali şurasının yaydığı bəyanatda deyilir ki, ölkə fəlakətə doğru sürüklənir, siyasi və sosial-iqtisadi böhran getdikcə dərinləşir və günahkarlar məlumdur: “Böhrandan çıxmaq üçün “yol xəritəsi”ni bir daha təsdiqləyirik: baş nazirin istefası, müvəqqəti hökumətin qurulması və növbədənkənar parlament seçkilərinin keçirilməsi. Dərinləşən böhrandan çıxmağın vacibliyini dərk edərək, təklif etdiyimiz formatda və gündəmdə siyasi məsləhətləşmələr aparmağa hazır olduğumuzu bildiririk: görüş parlamentin mandatı altında, KİV tərəfindən canlı yayım şəraitində keçirilməlidir”.
Bu arada yerli ekspertlər qeyd ediblər ki, dərin sosial-iqtisadi böhranın yaşandığı Ermənistanda iqtisadiyyat hökumətin nəzarətindən çıxıb. “Tert.am”a verdiyi açıqlamada iqtisadi göstəricilərə istinad edən keçmiş kənd təsərrüfatı naziri Artur Xaçatryan ölkənin uçuruma yuvarlandığını deyib: “Rəsmi rəqəmlərə görə, iqtisadiyyatda tənəzzül dərinləşir. İdxal və ixracda azalma var, dramın dəyərsizləşməsi davam edir, qiymətlərdə ciddi artım hiss olunur. Bütün bunlar sadəcə Ermənistanda iqtisadiyyatın hökumətin nəzarətindən çıxdığını, digər sahələr kimi uçuruma doğru getdiyini göstərir”.
Göründüyü kimi, hakimiyyətini xilas etmək üçün hər hansı qarşıdurmadan çəkinməyən Paşinyan iqtidarı ölkədəki sosial-iqtisadi tənəzzülün qarşısını ala bilmir. Yaranmış vəziyyət onu deməyə əsas verir ki, Ermənistanda davam edən hərbi-siyası böhran ölkəni uçuruma sürükləyir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

