Ermənistan hökuməti aqoniya vəziyyətindədir
26.01.2021 [08:59]
Paşinyan hakimiyyəti kütləvi aksiyaların qarşısını etirazçılara qarşı güc tətbiqi və müxalifət nümayəndələrinin həbsi ilə almaq istəyir
Məlum olduğu kimi, məğlub Ermənistanda ötən ilin noyabrından başlayan kütləvi etiraz aksiyaları və istefalarla müşayiət olunan siyasi böhran davam edir. Qeyd edək ki, müharibədən ağır itkilərlə çıxan ölkədə sosial-iqtisadi böhran, cəmiyyətdə isə mənəvi-psixoloji deqradasiya getdikcə dərinləşir. Ermənistan mediasının məlumatına görə, 17 müxalifət partiyasının birləşdiyi “Vətənin xilası naminə hərəkat”ın təşkil etdiyi kütləvi etiraz aksiyaları yeni ildən regionlarda da olmaqla, müxtəlif formalarda davam etdirilir. Paytaxt Yerevanda isə Paşinyanın istefası tələbi ilə keçirilən kütləvi aksiyalarla yanaşı, çadırlarda oturaq aksiyalar, itkin düşmüş və hazırda hərbi xidmətə çağırılanların valideynlərinin yürüş və piketləri baş tutub. Eyni zamanda, son günlərdə Yerevanda Paşinyanın istefası tələbi ilə davamlı olaraq avtoyürüşlər keçirilir.
Qeyd edək ki, ötən şənbə günü keçirilən avtoyürüş “Vətənin xilası naminə hərəkat”a daxil olan siyasi partiya üzvlərinin həbsləri ilə yadda qalıb. “News.am” yazır ki, müxalifətin 24 yanvarda təşkil etdiyi və güc tətbiqi ilə müşayiət olunan itaətsizlik aksiyası Respublika meydanında sona çatıb. N.Paşinyanın istefasını tələb edən aksiya iştirakçıları “Xainlər getməlidir”, “Mübarizə daha amansız və ardıcıl davam edəcək” kimi şüarlar səsləndiriblər. Aksiyada iştirak etmək üçün Nor-Nork və Avan rayonlarından gələn minik maşınları müxtəlif bəhanələrlə yol polisi tərəfindən dayandırılıb. Bu addıma reaksiya verən Respublikaçı partiyanın gənclər təşkilatının sədri Hayk Mamicanyan jurnalistlərə verdiyi açıqlamada deyib ki, hökumət əgər bizim həbs olunmaqdan, yol polisinin cərimələrindən qorxduğumuzu düşünürsə, deməli, bu hökumət aqoniya vəziyyətindədir. Qeyd edək ki, aksiyanın sonunda polis “Hayrenik” (“Vətən”) partiyasının üzvü Babken Harutyunyanı həbs edib. Bu barədə məlumat verən partiya üzvü Sos Hakopyan deyib ki, B.Harutyunyan sırf aksiyada iştirak etdiyi üçün qanunsuz olaraq şəhər polis idarəsinə aparılıb. Onun sözlərinə görə, xain Nikol Paşinyan onun istefası tələbi ilə küçələrə çıxanları qorxutmaq istəyir.
Yeri gəlmişkən, bu günlərdə elm xadimləri, mədəniyyət işçiləri və vəkillərin toplantısında çıxış edən rejissor, mədəniyyət xadimi David Sahakyants deyib ki, mövcud hökumətin istefasına küçə etirazları yolu ilə nail olmaq mümkün deyil, başqa tədbirlərə əl atmaq lazımdır. “Panorama.am” yazır ki, D.Sahakyantsın sözlərinə görə, oriyentirini itirən cəmiyyətə vəziyyətdən çıxış yolu təklif edilməli, bu iş operativ şəkildə həyata keçirilməlidir: “Efirdə çıxışlar edərək insanlara iki il yarım əvvəl planlı dövlət çevrilişinin baş verdiyini çatdırmaq lazımdır. 2018-ci ildə baş verənlər xaricdə hazırlanan planlı layihə, Paşinyanın hakimiyyətə gətirilməsi isə onun tərkib hissəsi olub. Əsas odur ki, vətəndaşlar Paşinyanın xalqı düşünmədiyini, həmişə kiminsə, indiki mərhələdə isə ciddi aktorların əlində “oyuncaq” olduğunu, son nəticədə nə baş verdiyini başa düşsünlər”.
Bununla yanaşı, Yerevan Dövlət Universitetinin Hüquq fakültəsi Konstitusiya hüququ şöbəsinin müdiri Vardan Ayvazyan “Sputnik-Ermənistan”a verdiyi açıqlamada Ali Məhkəmə Şurası (AMŞ) ətrafındakı siyasi və hüquqi vəziyyəti şərh edərkən bildirib ki, hakimiyyət məhkəmə sisteminə təsirini artırmağa çalışır. Ekspert hesab edir ki, icraedici hakimiyyət AMŞ-yə nümayəndələrini daxil edərək məhkəmə sistemindəki balansı öz lehinə dəyişməyə çalışır.
Göründüyü kimi, məğlub ölkədə mədəniyyət işçilərindən tutmuş hüquqşünaslara qədər cəmiyyətin bütün təbəqələri hökumətin istefası barədə həmfikirdirlər. Kütləvi etirazlar hələlik öz nəticəsini verməsə də, ekspertlərin Ermənistan hökumətinin aqoniya vəziyyətində olduğunu vurğulaması Paşinyan hakimiyyətinin fəaliyyət qabiliyyətini itirdiyini deməyə əsas verir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29

