Məğlub Ermənistanda davam edən qarşıdurma vətəndaş müharibəsi təhlükəsini yaxınlaşdırır
15.12.2020 [09:29]
İşğalçı Ermənistanda 1 aydan çoxdur ki, davam edən daxili qarşıdurma vətəndaş müharibəsi təhlükəsini yaxınlaşdırır. Belə ki, müxalifət partiyalarının yaratdığı “Vətənin xilası naminə hərəkat”ın çağırışına qoşulan çoxsaylı vətəndaşlar artıq 1 həftədir ki, bütün Ermənistan ərazisində baş nazir Nikol Paşinyanın istefası tələbi ilə vətəndaş itaətsizliyi aksiyaları keçirirlər. Ermənistan mətbuatının yazdığına görə, regionlarda baş nazirin istefasını tələb edən vətəndaşlara təzyiq göstərilir.
Paytaxt Yerevanda isə, demək olar ki, hər gün mitinq, yürüş və piketlər keçirilir. “Aysor.am” yazır ki, dekabrın 13-də vətəndaş itaətsizliyi aksiyası keçirənlər “Zvartnots” hava limanına gedən yolu bağlayıblar. Dekabrın 14-də isə “Vətənin xilası naminə hərəkat” baş nazirin istefası tələbi ilə yürüş təkil edib. Hər iki aksiya zamanı polislə aksiya iştirakçıları arasında toqquşmalar baş verib, partiya rəhbərləri daxil olmaqla, bir çox nümayişçi saxlanılıb.
Yeri gəlmişkən, qeyd edək ki, ötən bazar günü Ermənistan prezidenti Armen Sarkisyan bütün ermənilərin katolikosu II Qaregin və “Vətənin xilası naminə hərəkat”ın baş nazir postuna vahid namizədi Vazgen Manukyanla ayrı-ayrılıqda görüşüb. “News.am” yazır ki, hər iki görüşdə əsas mövzu N.Paşinyanın istefa məsələsi olub. Xatırladaq ki, prezidentdən sonra II Qaregin də Paşinyanı istefa verməyə çağırmışdı. Paşinyanın istefasına gəlincə, dekabrın 13-də gecə saatlarında təhlükəsizlik şurasının iclasını keçirən baş nazirin istefası barədə xəbərlər yayılsa da, onun mətbuat katibi bu məlumatı təkzib edib.
Qeyd edək ki, hökumətin istefası tələbi müxtəlif səviyyələrdə nəzərə çarpır. Belə ki, artıq 600-ə yaxın vəkil müxalifətin N.Paşinyanın istefa verməsi tələbinə qoşulub. Eyni zamanda, elm, təhsil, mədəniyyət və incəsənət xadimləri respublika ziyalılarının ilk iclasını keçiriblər və birgə bəyanat yayaraq N.Paşinyanın dərhal istefa verməsini tələb ediblər. İclasda 60-dan çox professor, dosent, müəllim, musiqiçi, aktyor, yazıçı, rejissor, müğənni, dirijor, jurnalist, əməkdar mədəniyyət işçisi və ictimai xadim iştirak edib.
Onu da bildirək ki, iki il əvvəl keçirilən seçkilərdə qələbə qazanaraq parlamentdəki çoxluğu ələ keçirən Paşinyanın komandasında istefalar dalğası da davam edir. “Aysor.am” yazır ki, hazırda çoxsaylı istefalardan sonra çıxılmaz vəziyyətə düşən hakim “Mənim addımım” blokundan olan daha bir deputat - Yercanik Hakopyan da mandatından imtina edib.
“Past” qəzeti isə belə bir iddia ortaya atıb ki, N.Paşinyan yaranmış vəziyyətdən çıxmaq üçün komandasına bir neçə üsuldan istifadə etməyi tapşırıb: “N.Paşinyan xalqın onu dəstəklədiyi barədə vətəndaşların adından spekulyasiyaların dövriyyəyə buraxılması kimi üsulları fəal şəkildə tətbiq etməyi tapşırıb. İkinci spekulyasiya ondan ibarətdir ki, guya indi seçkilər keçiriləcəyi təqdirdə, baş nazirin rəhbərlik etdiyi siyasi blok yenə də parlamentdəki yerlərin əksəriyyətini qazana biləcək. Bu cəhdlər, ilk növbədə, Paşinyanın dağılan komandasını qorumağa yönəlmiş manipulyasiya metodudur”.
Yeri gəlmişkən, qeyd edək ki, “Vətənin xilası naminə hərəkat”ın yaydığı son açıqlama ölkədə vəziyyətin nəzarətdən çıxdığından xəbər verir. “News.am”ın yazdığına görə, sözügedən bəyanatda hərəkat qəti şəkildə regionlarda baş nazirin siyasətinə qarşı etiraz səsini ucaldan icma nümayəndələrinin şantaj yolu ilə nüfuzdan salmaq cəhdlərinə dərhal son qoyulmasını tələb edib: “Nikol Paşinyanın diktator rejimi öz mövcudluğunu uzatmağa çalışaraq, istefa tələb edən icma rəhbərlərinə və üzvlərinə təzyiq göstərir”.
İşğalçı ölkədə yaranmış vəziyyəti şərh edən yerli ekspertlər baş verən toqquşmaların genişlənərək silahlı qarşıdurmaya qədər gedib çıxacağı ehtimalının mövcud olduğunu, hətta qan tökülməsinin qaçılmazlığını da qeyd edirlər. Belə ki, müxalifət birmənalı olaraq Paşinyana getməkdən başqa yolu olmadığını bəyan edir, diktator Paşinyan isə təzyiq, təqib və güc yolu ilə əleyhdarlarını susdurmağa çalışır. Beləliklə, məğlub Ermənistanda davam edən daxili qarşıdurma vətəndaş müharibəsi təhlükəsini yaxınlaşdırır.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
22 Aprel 20:13
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Gündəm
22 Aprel 16:28
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:14
Siyasət
22 Aprel 14:14
Gündəm
22 Aprel 13:15
Siyasət
22 Aprel 13:15
Sosial
22 Aprel 13:03
Siyasət
22 Aprel 12:49
Gündəm
22 Aprel 12:25
İqtisadiyyat
22 Aprel 12:20
YAP xəbərləri
22 Aprel 12:12
Gündəm
22 Aprel 11:50
Gündəm
22 Aprel 11:36
İqtisadiyyat
22 Aprel 11:34
Elm
22 Aprel 11:33
Sosial
22 Aprel 11:33
Gündəm
22 Aprel 11:20
İqtisadiyyat
22 Aprel 11:16
Siyasət
22 Aprel 10:58
Gündəm
22 Aprel 10:35
Dünya
22 Aprel 10:16
Siyasət
22 Aprel 10:14
Analitik
22 Aprel 10:12
Siyasət
22 Aprel 10:04
Gündəm
22 Aprel 09:57
Ədəbiyyat
22 Aprel 09:30
Analitik
22 Aprel 09:14
Sosial
22 Aprel 08:56
Sosial
22 Aprel 08:32
YAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41

