Ermənistanda xaos davam edir
08.12.2020 [09:18]
İşağlçı ölkədə kütləvi etirazların vətəndaş müharibəsinə çevriləcəyi istisna olunmur
Sentyabrın 27-də əl atdığı növbəti hərbi təxribatdan sonra Azərbaycanın qarşısında ağır məğlubiyyətə düçar olan Ermənistanda hakimiyyətə qarşı kütləvi narazılıq ötən hər gün ərzində daha da şiddətlənir. Ölkədə yaranmış vəziyyətə, o cümlədən Azərbaycan qarşısında acınacaqlı məğlubiyyətə görə mövcud hökuməti və şəxsən baş nazir Nikol Paşinyanı günahkar hesab edən Ermənistan vətəndaşları kütləvi şəkildə müxalifətin təşkil etdiyi etiraz aksiyalarında iştirak edirlər. İşğalçı ölkədəki son durumu analiz edən ekspertlərin vurğuladıqları kimi, artıq Ermənistandakı qeyri-sabitlik və xaos yeni mərhələyə qədəm qoyur. Belə ki, müxalifət bəyan edib ki, baş nazir istefa verməsə, növbəti mərhələdə ölkənin hər yerində vətəndaş itaətsizliyi aksiyaları davam edəcək. Artıq paytaxt Yerevanda, Gümrüdə və İcevanda yolları bağlayan vətəndaşlar mövcud hakimiyyətə meydan oxuyur.
Ermənistan mətbuatının yazdığına görə, 16 müxalifət partiyasının yaratdığı “Vətənin xilası naminə hərəkat”ın dekabrın 5-də təşkil etdiyi mitinq də Paşinyanın istefasını tələb edənlərin geri çəkilməyəcəyini göstərir. Belə ki, 40 mindən çox vətəndaşın iştirak etdiyi aksiyada çıxış edənlər, o cümlədən hərəkatın rəhbəri Vazgen Manukyan indiki vəziyyətdə yeganə çıxış yolunu Paşinyanın istefasında gördüklərini bəyan ediblər. Mitinqdən sonra yürüşdə iştirak edən etirazçılar “Satqın Nikol”, “Nikol, get”, “Nikolsuz Ermənistan” şüarları səsləndiriblər. Müxalifət Paşinyana dekabrın 8-i saat 12:00-a qədər vaxt verib.
Qeyd edək ki, Paşinyana ünvanlanan ultimatum yerinə yetirilməsə, kütləvi iğtişaşlar başlayacaq. “News.am” saytı yazır ki, “Daşnaktsutyun” partiyasının funksioneri İşxan Saqatelyanın sözlərinə görə, N.Paşinyanın istefa verməsi üçün 3 gün vaxtı var, əks təqdirdə, ölkənin hər yerində vətəndaş itaətsizliyi aksiyaları başlayacaq. İ.Saqatelyan deyib ki, Paşinyanın hakimiyyətdə qalmasının hər günü Ermənistan üçün fəlakətdir.
“Aysor.am” yazdığına görə, Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, “Hayrenik” (“Vətən”) partiyasının sədri Artur Vanetsyan deyib ki, hazırda baş nazir kreslosunda bir “siyasi meyit” oturur: “Baş nazir kürsüsünü işğal edən “siyasi meyit” ölkənin məhvində və məğlubiyyətində mühüm rol oynayıb, oynamağa da davam edir. N.Paşinyan sərhədləri olmayan bir virtual vətən qurdu. Virtual müstəvidə hökm sürən anarxiya və xaos dövlətə keçdi”.
A.Vanetsyanın sözlərinə görə, Paşinyan ölkəni dünyadan təcrid etmək siyasətini həyata keçirib, nəticədə Ermənistan beynəlxalq münasibətlərin subyektindən bir obyektə çevrilib.
“Panorama.am”ın yazdığına görə, müxalifətin baş nazir postuna vahid namizədi V.Manukyan deyib ki, Paşinyan nə qədər tez istefa versə, onun üçün bir o qədər yaxşı olacaq: “Paşinyan getməsə, qəzəbli insanlar, sadəcə, onu parçalayacaqlar. O, Ermənistanın gələcəyinə əsas maneələrdən biridir. Paşinyan getməlidir, könüllü getsin, əks təqdirdə zorla göndəriləcək”.
Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan isə mövcud vəziyyəti dəyərləndirərkən deyib ki, V.Manukyanın rəhbərlik etdiyi müxalifət ölkəni təhdid edən vətəndaş müharibəsi təhlükəsini daha da artırır: “Baş nazirin iqamətgahının yarım saat mühasirəyə alınması açıq şəkildə zorakılığa hazırlığın nümayişidir. Paşinyanın davranışı və ritorikası da onun könüllü şəkildə getmək fikrində olmadığını və hər hansı qarşıdurmaya hazır olduğunu göstərir”.
Qeyd edək ki, yerli müşahidəçilər və siyasi təhlilçilər indiki durumda mövcud hakimiyyətin ölkəyə tam nəzarət etmədiyi qənaətindədirlər. Ölkə prezidentindən tutmuş sıravi vətəndaşa qədər baş naziri istefaya çağırdığı bir vəziyyətdə hökumətin dirəniş göstərməsi Paşinyanın açıq qarşıdurmaya gedə biləcəyindən xəbər verir. Bu vəziyyət isə gözlənilən kütləvi iğtişaşların vətəndaş müharibəsinə çevriləcəyini istisna etmir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxXəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Dünya
22 Aprel 20:58
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Gündəm
22 Aprel 16:28
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:14
Siyasət
22 Aprel 14:14
Gündəm
22 Aprel 13:15
Siyasət
22 Aprel 13:15
Sosial
22 Aprel 13:03
Siyasət
22 Aprel 12:49
Gündəm
22 Aprel 12:25
İqtisadiyyat
22 Aprel 12:20
YAP xəbərləri
22 Aprel 12:12
Gündəm
22 Aprel 11:50
Gündəm
22 Aprel 11:36
İqtisadiyyat
22 Aprel 11:34
Elm
22 Aprel 11:33
Sosial
22 Aprel 11:33
Gündəm
22 Aprel 11:20
İqtisadiyyat
22 Aprel 11:16
Siyasət
22 Aprel 10:58
Gündəm
22 Aprel 10:35
Dünya
22 Aprel 10:16
Siyasət
22 Aprel 10:14
Analitik
22 Aprel 10:12
Siyasət
22 Aprel 10:04
Gündəm
22 Aprel 09:57
Ədəbiyyat
22 Aprel 09:30
Analitik
22 Aprel 09:14
Sosial
22 Aprel 08:56
Sosial
22 Aprel 08:32
YAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57

