Ermənistanda hakimiyyət böhranı: qarşıdurmalar şiddətlənir
18.11.2020 [08:59]
Məlum olduğu kimi, təcavüzkar Ermənistanın cəbhədə məğlubiyyətə uğraması işğalçı ölkədə xaos, hərc-mərclik və siyasi böhranın yaranmasına gətirib çıxarıb. Qeyd edək ki, baş nazir Nikol Paşinyanın son bəyanatından sonra hakim partiyada istefa dalğası daha da genişlənib. Paytaxt Yerevanda müxalifətin hökumətin istefası tələbi ilə kütləvi etiraz aksiyaları da davam edir. Növbəti aksiya noyabrın 18-ə təyin edilib. Çətin durumda olan N.Paşinyan isə yaranmış gərgin vəziyyətdən çıxmaq üçün gah kadr dəyişikliyinə gedir, gah da ön cəbhədən silahlı qüvvələri Yerevana dəvət edərək müxalifəti cəzalandırmaq üçün planlar qurur.
Erməni mətbuatının yazdığına görə, Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın istefası, Ermənistan XİN-in xüsusi səlahiyyətli səfiri Karen Mirzoyanın da istefa ərizəsi yazması hakimiyyət daxilində mövcud olan böhranın dərinliyindən xəbər verir. “Aysor.am” saytı yazır ki, noyabrın 16-da Ermənistan prezidenti Armen Sarkisyan Z.Mnatsakanyanın vəzifədən azad edilməsi barədə sərəncam imzalayıb. Eyni zamanda, dövlət başçısı Ermənistan polis qüvvələrinin komandanı Qurgen Dəlləkyanı vəzifəsindən azad edib, onun yerinə Hayk Babayanı təyin edib.
Sözügedən sayt yazır ki, Ermənistan prezidenti, həmçinin həmin gün gecə xalqa müraciət ünvanlayıb. Müraciətdə son bir neçə gündə yaranmış vəziyyətə görə parlamentdə təmsil olunan və parlament xaricindəki siyasi qüvvələrlə, müxtəlif qeyri-hökumət təşkilatları və diaspor nümayəndələri ilə danışıqlar apardığını qeyd edən A.Sarkisyan ümumi qənaətini paylaşıb. Onun dediyinə görə, məsləhətləşmələrdə iştirak edənlərin böyük əksəriyyəti baş nazirin konstitusiyaya uyğun olaraq istefası və ya fəaliyyətinin dayandırılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə razılığa gəliblər: “Cəmiyyəti parçalamaqla təhdid edən hər hansı bir addıma getmədən xalqı birləşdirməkdən başqa yolumuz yoxdur”. Bunu əsas götürən A.Sarkisyan mövcud vəziyyəti və ictimaiyyətin tələblərini nəzərə alaraq növbədənkənar seçkilərin qaçılmaz olduğunu vurğulayıb. Prezidentin sözlərinə görə, buna qədər isə hökumət istefaya getməli və səlahiyyətlərini keçid hökumətinə təhvil verməlidir.
Qeyd edək ki, hələlik A.Sarkisyanın müraciətinə cavab verməyən N.Paşinyanın geri çəkiləcəyi də sual altındadır. Çünki baş nazir N.Paşinyan bir gün öncə parlamentdəki çıxışında istefa verməyəcəyini bəyan etmişdi.
“News.am” saytının yazdığına görə isə “Çiçəklənən Ermənistan” fraksiyasının üzvü Mikael Melkumyan Ermənistan parlamentinin sonuncu iclasındakı çıxışında deyib ki, baş nazir ölkəyə rəhbərlik edə bilmirsə, getməlidir: “Niyə bu qədər qurban olmalı idi? Z.Mnatsakanyandan sonra istefa etməli olan məmurlar yoxdurmu? Nikol Paşinyan, dərhal getməlisən, çünki ölkənin məğlub olan lideri danışıqlar apara bilməz. Yeni danışıqların baş tutması üçün yeni hökumətə ehtiyac var”. “Past” qəzeti isə yazır ki, Ermənistanda hərbi vəziyyətin davam etməsinə toxunan QHT rəhbəri Ruben Melikyan 10 noyabrdan etibarən hərbi vəziyyətə ehtiyac olmadığını bildirib. Onun sözlərinə görə, hərbi vəziyyətin saxlanması yalnız dinc toplaşmaq və söz azadlığını boğmaq ehtiyacından qaynaqlanır.
Beləliklə, işğalçı Ermənistanın daxilində siyasi böhran, qarşıdurma və kütləvi narazılıq mövcuddur. Ölkədə kütləvi etiraz aksiyalarının davam etməsi, əksər siyasi qüvvələrin mövcud hökumətin istefasını tələb etməsinə baxmayaraq, baş nazir N.Paşinyanın müqaviməti siyasi qarşıdurmanı daha da dərinləşdirir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55

