Ermənistanda siyasi böhran: hakimiyyətə qarşı etirazlar səngimir
20.08.2020 [08:25]
Vəziyyətdən çıxış yolunu tez-tez məqsədi bəlli olmayan kadr dəyişikliklərində görən Paşinyanın isə manevr imkanları tükənir
Məlum olduğu kimi, acınacaqlı sosial-iqtisadi vəziyyətdə olan işğalçı Ermənistanda pandemiyanın fəsadlarından sonra ciddi böhran yaşanır. Ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət rejiminin sentyabrın 11-ə qədər uzadılması da pandemiyaya qarşı mübarizədə uğursuzluqla üzləşən mövcud hakimiyyət üçün xilas yolu kimi görünmür. Çünki Paşinyan hakimiyyəti fövqəladə vəziyyət rejiminin müddətini uzatmaqdan başqa, heç bir əməli tədbir görə bilmir. Ona görə də hər gün ölkədə formatı və növünə görə bir-birindən fərqlənən etiraz aksiyaları keçirilir. Böyük Britaniyanın nüfuzlu BBC telekanalının “HARDTalk” proqramına verdiyi müsahibədə özünün bacarıqsızlığı və diletantlığını ortaya qoyaraq daha da nüfuzdan düşən N.Paşinyanı artıq ciddi qəbul edən vətəndaşların sayı da azalmaqdadır.
Ölkə mediasında yer alan materiallarda BBC-yə verdiyi müsahibə ilə baş nazirin təkcə özünü yox, bütün Ermənistanı rüsvay etdiyi vurğulanır. Sonuncu müsahibədən sonra müxalifət liderləri də hökumətin səriştəsizliyinə şübhə yeri qalmadığı üçün Paşinyan və komandasının artıq getməli olduğu barədə israrlı bəyanatlar verirlər. “News.am” yazır ki, “Maariflənmiş Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyan hakimiyyəti xalqın talanmış sərvətinin geri qaytarılması prosesini uğursuzluğa düçar etməkdə günahlandırıb.
Qeyd edək ki, Ermənistanda onsuz da işsizliyin tüğyan etdiyi bir vaxtda bir çox iş yerlərinin bağlanması əhalinin sosial vəziyyətini daha da ağırlaşdırıb. Ölkədəki soisal-iqtsadi böhrana etiraz əlaməti olaraq keçirilən aksiyalar da özünün rəngarəngliyi ilə seçilir.
Bu məqamda vurğulamaq yerinə düşər ki, yaxşı yaşayış ümidi ilə iki əvvəl Paşinyana dəstək verənlər də artıq ondan üz döndəriblər. “News.am”ın məlumatına görə, Şirak (Şörəyel) vilayətinin sakini, vaxtilə Paşinyanın hakimiyyətə gəlməsi üçün vilayətdə yolların bağlanmasında fəal iştirak edən şəxs vilayət administrasiyasının binası qarşısında fasiləsiz aclıq elan edib.
Xatırladaq ki, Ermənstanda hakimiyyətə qarşı etirazlar hər gün baş tutur. “News.am”ın yaydığı məlumata görə, bir neçə gün öncə parlamentin qarşısındakı parkda Cermuk rayonuna yerləşən”Amulsar” mədəninin fəaliyyətinə qarşı çıxış edən sakinlər aksiyalarını yürüş-gəzinti formatında davam etdiriblər.
İşğalçı dövlətdə vətəndaşlara qarşı polis zorakılığı da davam edir. Erməni polisinin maskadan istifadə etməyən Yerevan sakininə qarşı cərimə yox, növbəti dəfə güc tətbiq etməsi erməni mediasında və cəmiyyətdə ciddi rezonans yaradıb. Belə ki, “Lurer.com”un yaydığı videomaterialda 10 nəfər polis işçisinin bir nəfər vətəndaşa zorakılıq etməsi açıq-aydın görünür. Hakmiyyət daxlində isə ayrı-ayrı sahələrin ələ keçirilməsi prosesi gedir. “Joğovurd” qəzetinin yazdığına görə, baş nazirin müavini, fövqəladə vəziyyət rejiminin komendantı Tiqran Avinyanın ofis rəhbəri Varaq Siseryan şəhərsalma sferasında qərar qəbulu prosesində fəal iştirak edir.
Göründüyü kimi, Ermənistanda hakimiyyətə qarşı etirazlar səngimək bilmir və ölkədə siyasi böhran da özünü büruzə verir. N.Paşinyan isə tez-tez məqsədi bəlli olmayan kadr dəyişiklikləri aparmaqla işini bitmiş hesab edir. Keçmiş müdafiə naziri Vaqarşak Harutyunyanı özünə müşavir təyin etməsi də bu qəbildəndir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28

