Ermənistanda mənəvi-əxlaqi deqradasiya güclənib
30.08.2019 [09:10]
İşğalçı ölkədə əxlaqsızlığın tüğyan etməsini, uşaqların, yeniyetmələrin və qadınların cinsi istismara - zorakılığa məruz qalmasını əks etdirən çoxsaylı materiallar yayılıb
Regionda təcrid vəziyyəti dərinləşən, heç nisbi müstəqilliyə də malik olmayan, xaricdən gələn ianələrə bel bağlayan və total tənəzzülün müşahidə olunduğu işğalçı Ermənistanda ciddi siyasi və iqtisadi çöküşlə yanaşı, demoqrafik böhran da hökm sürməkdədir. Ermənistan cəmiyyətinin faktiki olaraq deqradasiyaya uğraması, sosial gərginliyin artması ölkə daxilində xaotik vəziyyətin daha da kəskinləşməsini şərtləndirib. Bu kontekstdə Ermənistan cəmiyyətində əxlaqsızlığın tüğyan etməsi, uşaqların, yeniyetmələrin və qadınların cinsi istismara - zorakılığa məruz qalması hallarının artması da müzakirə predmetinə çevrilib. İşğalçı ölkədə kriminal hərbi xunta rejiminin fəaliyyəti dövründə pik həddə çatmış cinayətkarlıq və əxlaqsızlıq halları indiki hakimiyyət dönəmində də intensiv şəkildə müşahidə edilir.
Doğrudur, işğalçı ölkədə hakimiyyət strukturları, dövlət orqanları və iqtidaryönlü media bu cür neqativ halları gizlətməyə çalışsa da, buna müvəffəq ola bilməyiblər. Xüsusilə də, son bir ildə Rusiya mediasında, özü də milliyyətcə erməni olan jurnalistlərin yazdığı araşdırma materiallarında Ermənistanda əxlaqsızlığın geniş yayılmasını göstərən məqamlar və faktlar geniş əksini tapıb. Yeri gəlmişkən, bu günlərdə Rusiyanın “lenta.ru” saytının Ermənistandan hazırladığı araşdırma materialı bu il işğalçı ölkədə əxlaqsızlıq, cinsi zorakılıq, uşaqlara qarşı təcavüz hallarının gündəmin əsas müzakirə mövzularından biri olduğunu ortaya qoyur. Araşdırma materialında qeyd edildiyi kimi, Çexiyadan Ermənistana könüllü olaraq işləməyə gələn 28 yaşlı rəssam Evanın şikayəti əsasında ötən ilin aprel ayında Ermənistanın şimal rayonlarından birinin kişi sakini təcavüz cəhdində şübhəli bilinərək hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Bir il sonra isə Eva bu hadisənin təfərrüatlarını və Ermənistanda keçirdiyi 1 il ərzində başına gələn digər xoşagəlməz halları sosial şəbəkələr vasitəsilə bölüşüb. O, təzyiqlərlə üzləşdiyini bildirib. Ermənistanda birmənalı qarşılanmayan bu iddialar cəmiyyətdə, nazirlər, hətta deputatlar səviyyəsində geniş müzakirə olunmağa başlayıb. Bundan sonra sosial şəbəkələrdə yayılan materiallardan Ermənistanda təkcə hər hansı əcnəbi qadının deyil, əksər yerli erməni qadınların da dəhşətli zorakılığa və əxlaqsız hərəkətlərə məruz qaldıqları məlum olub. Çexiyalı rəssamın başına gələn hadisəni geniş şəkildə dərc edən jurnalist və blogger Lusi Koçaryana erməni qadınlar tərəfindən yazılan məktublar da dəhşətli reallıqları aşkar edir.
Ermənistanda bəzi media orqanları və sosial şəbəkələrdə yayılan materiallarda qeyd olunur ki, ölkədə əxlaqsızlığın geniş tüğyan etməsinin səbəbi iqtisadi tənəzzül, insanların yoxsulluq şəraitində və acınacaqlı şəraitdə yaşamasıdır. Yəni işğalçı ölkədə səfalət insanları əxlaqsızlığa düçar edib, cəmiyyətdə mənəvi-əxlaqi deqradasiya sürətlənib. Qeyd olunur ki, valideynlər hətta ərzaq məhsulları qarşılığında öz övladlarını əxlaqsızlığa vadar edirlər və bu barədə çoxsaylı faktlar mövcuddur. Sosial şəbəkələrdə yayılan məlumatlardan görünür ki, Ermənistan cəmiyyətində oğlan və ya qızların qiyməti 1500 ABŞ dolları civarındadır, əxlaqsızlığa vadar edilmiş yeniyetmələrin orta yaş həddi isə 14-15-dir.
Ermənistanda ekspertlər bu cür acınacaqlı durumun fonunda həyəcan təbili çalırlar. Onlar cəmiyyətdə mənəvi-əxlaqi deqradasiyanın, demoqrafik böhranın əsasında iqtisadi tənəzzülün, ağır sosial-iqtisadi şəraitin durduğunu vurğulayırlar. Bildirilir ki, total böhrana düçar olmuş Ermənistanın gələcəyi sual altındadır. İşğalçı ölkədə vətəndaşlar arasında keçirilən sorğuların nəticələrindən bəlli olur ki, əhali Ermənistanın hazırkı durumundan narazıdır və vətəndaşların perspektivə dair heç bir ümidi yoxdur.
N.QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53

