Sadə ermənilər Paşinyandan üz döndərir
23.01.2019 [09:43]
Yaxud işğalçı ölkədə yeni qarşıdurmalar gözlənilir
İşğalçı Ermənistanda sosial-iqtisadi və siyasi gərginlik davam edir. Buna səbəb isə Sarkisyan rejimini əvəzləyən Nikol Paşinyanın səriştəsizliyi, həmçinin onun Ermənistanı böhrandan çıxara biləcək hər hansı bir proqrama və peşəkar komandaya malik olmamasıdır. Daha doğrusu küçədən hay-küylə hakimiyyətə gələn Paşinyan bu vaxta kimi sadə erməniləri boş vədlərlə, belə demək mümkünsə, “yola verib”. Amma artıq bir neçə gündür ki, rəsmən baş nazir təyin olunan bu şəxs dalana dirəndiyinin fərqindədir. Çünki bu gün sadə ermənilər ondan boş sözlər eşitmək istəmir, konkret iş tələb edirlər.
Erməni mətbuatının məlumatına görə, N.Paşinyanın iddialarının əksinə olaraq, sosial-iqtisadi sahədə irəliləyiş əldə etmək üçün xarici investisiyaların Ermənistana cəlb olunması ehtimalı mövcud deyil. Üstəlik Paşinyan Ermənistandakı ən ciddi və uzunmüddətli problemlərdən olan yoxsulluq və işsizliyin aradan qaldırılması istiqamətində heç bir real addım ata bilməyib. Bunun tam əksinə olaraq o, son “fəaliyyətləri” ilə Ermənistanda işsizlərin sayının artmasına bilavasitə şərait yaradır. Ən azı ona görə ki, Paşinyanın “dövlət orqanlarının və nazirliklərin səbəbsiz şəkildə ləğv edilməsi” planı reallaşarsa bu, minlərlə vətəndaşın işsiz qalmasına gətirib çıxaracaq. Belə ki, Ermənistan vətəndaşlarının sosial vəziyyətini yaxşılaşdırmaq əvəzinə, onların illərdir çalışdıqları qurumlardan qovulması və ixtisara salınması artıq kifayət qədər narazılıq yaradıb.
Digər tərəfdən, 2019-cu ilin dövlət büdcəsində, demək olar ki, yeni iş yerlərinin açılması üçün xərclər nəzərdə tutulmur. Bu halda isə Ermənistanda əhalinin qalan hissəsi də yaşamaq üçün yeganə seçim kimi ölkəni tərk etməlidir. Halbuki N.Paşinyan seçkiqabağı çıxışlarında guya əhalinin ölkədən çıxmasının dayandırılması, hətta köçüb gedənlərin geri qayıtması üçün şərait yaradacağını vəd edirdi. Əksər ekspertlərin qənaətinə görə indiki halda baş nazir onun hakimiyyəti dövründə Hindistandan qaçıb gəlmiş qaraçı-erməni qarışığı olan miqrantlarla kifayətlənməli olacaq.
Ermənistanın ölkədən qaçmağa macal tapmayan kasıb vətəndaşlarının xidmət keçdiyi ordunun acınacaqlı vəziyyəti də narazılıq yaradan səbəblərdəndir. Yeri gəlmişkən əhalini uzun müddətdir narahat edən məsələnin - kasıb uşaqlarının qeyri-döyüş şəraitində ölməsi faktlarının ilin yekunlarına dair Baş prokurorluğun yaydığı məlumatlarla təsdiqlənməsi böyük əks-səda doğurub. Həmin məlumatlara görə, keçən il 63 əsgər ölüb, bu itkilər əksər hallarda intihar və qəza nəticəsində baş verib. Baş prokurorluğun mətbuat xidmətindən yayılan məlumatda deyilir ki, onların 38 nəfəri hərbi xidmətlə əlaqədar, 25-i isə xidmətlə bağlı olmayan hallarda dünyasını dəyişib. Yalnız 7 əsgərin döyüş şəraitində öldürülməsi əsgər valideynlərinin qəzəbini daha da artırıb. Bundan başqa, ordunun alt paltarla təminatından tutmuş döyüş sursatına qədər təchizatının bərbad vəziyyətdə olması faktı dəfələrlə N.Paşinyanın diqqətinə çatdırılsa da, bu sahədə də heç bir tədbir görülməyib. Bu müddətdə həm müdafiə naziri, həm də baş qərargah rəisinin dəyişdirilməsi ordudakı problemlərin həllində heç bir rol oynamayıb.
Digər tərəfdən, xarici siyasət istiqamətində, o cümlədən Avropa İttifaqı ilə münasibətlərdə ciddi irəliləyiş əldə edilməyib. Əksinə, parlamentin yeni seçilmiş sədri Ararat Mirzəyan Ermənistan-Aİ müqaviləsinin 2019-cu ildə ratifikasiya olunmasının mümkün olmadığını bildirib. Bu isə onu göstərir ki, N.Paşinyanın apardığı ikiüzlü xarici siyasət Avropada normal qarşılanmır. Və Qərb onu ciddi siyasi fiqur, iradəli lider kimi qəbul etmədiyi üçün Paşinyana dəstək verməkdə tərəddüd göstərir. Bu uğursuzluğun müqabilində N.Paşinyan səhvlərini düzəltmək əvəzinə, pərtliyini ört-basdır eləmək üçün gah əhalini onu düzgün başa düşməməkdə, gah da mətbuatı onun fəaliyyətinə düzgün qiymət verməməkdə günahlandırır.
Bir sözlə görünən odur ki, N.Paşinyanın vaxtilə verdiyi vədlərin əksinə olaraq, işğalçı ölkədə konkret dəyişiklik və nəticələr əldə edilməyib. Buna görə də sıravi vətəndaşların mövcud hakimiyyətlə əvvəlki arasında heç bir fərq görmədiyi üçün bundan sonra ona dəstək verəcəyi real görünmür. Ekspertlərin qənaətinə görə, Paşinyanın fəaliyyətsizliyi onun ən qızğın tərəfdarlarının da kəskin şəkildə azalmasına gətirib çıxarıb və yuxarıda bəhs edilən problemlərin həll olunmaması işğalçı ölkədə əhalinin narazılığını daha da gücləndirəcək. Bu isə ölkədə yeni qarşıdurmaları qaçılmaz edir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37

