Ermənistan terroru dövlət səviyyəsində dəstəkləyən və həyata keçirən ölkədir
14.12.2018 [09:33]
ABŞ səfirliyi Ermənistanda mövcud olan terror təhlükəsi ilə əlaqədar öz vətəndaşlarını bu ölkəyə səfər etməkdən çəkinməyə çağırıb
Məlum olduğu kimi, Amerika Birləşmiş Ştatlarının Ermənistandakı səfirliyi bu günlərdə bəyanat yayaraq Ermənistanda olan vətəndaşlarını diqqətli olmaları barədə xəbərdar edib və öz vətəndaşlarını Ermənistana səfər etməkdən çəkinməyə çağırıb. ABŞ diplomatik missiyasının saytında yerləşdirilən rəsmi xəbərdarlıqda transmilli terror təşkilatlarının və Avropadakı ekstremist ideologiyaya malik insanların Ermənistanda terror törədəcəyindən narahatlıq qeyd olunur.
Səfirliyin müraciətində aydın şəkildə bildirilir ki, Ermənistanda transmilli terror təşkilatlarının fəaliyyəti istisna edilmir.
Əslində bu bəyanatda təəccüblü heç nə yoxdur. Ermənistanda bu günə qədər hakimiyyətdə olan qüvvələrin əksəriyyəti keçmişdə terror təşkilatları ilə əlaqəli şəxslərdir. İndi həbsdə olan Robert Koçaryanın yaratdığı silahlı terror təşkilatları 1989-cu ildən başlayaraq Dağlıq Qarabağda çoxsaylı terror aktları törədib. R.Koçaryan və əlaltılarının sonrakı fəaliyyətləri də terrorla və terror təşkilatları ilə əlaqəli olub. Onun Ermənistanda hakimiyyətə gəlməsi və hakimiyyətini möhkəmləndirməsi də - tarixdə nadir terror aktlarından olan 27 oktyabr 1999-cu ildə Ermənistan parlamentindəki gülləbaran da hələ yaddan çıxmayıb. Parlament terrorunun əsas iştirakçısı olan Nairi Hunanyanın məhz R.Koçaryanla danışdıqdan sonra girovları azad etməsi və həmin danışıqların məzmununun indiyə qədər gizli qalması da həmin mübhəm əlaqələrlə bağlıdır.
Ermənilərin tarixən terrorizmlə əlaqələrinə gəlincə, yenə tarixdə çox az-az xalqlar var ki, ilk siyasi partiyaları terrorçuluğu ideologiya kimi mənimsəyib, əsas mübarizə metodu kimi terror yolunu seçib. Söhbət indi də Ermənistanda əsas siyasi ideologiyaya təsir göstərən “Armenakan”, “Hnçak” və “Daşnaksutyun” partiyalarından gedir. 1890-cı ildə Tiflisdə yaradılan “Daşnaksutyun” ötən əsrin əvvəllərində Türkiyə və Azərbaycanın ərazilərində pozuculuq və qanlı terror fəaliyyəti ilə məşğul olan təşkilatdır. Həmin dövrdə partiya adı altında yaranıb, sonradan vətəndaşları yaşadığı dövlətlərə xəyanətə sürükləyən təkcə “Daşnaksutyun” deyildi. 1887-ci ildə Cenevrədə yaradılan “Hnçak” partiyası və digər terror təşkilatları da həmin rolu oynayıblar. Daşnak dəstələrinin tərkibində Azərbaycan ərazilərində törətdiyi cinayətlərdən sonra Avropaya gedən Qaregin Njde kimi terrorçular faşist Almaniyası ordusunun tərkibində yəhudi və digər millətdən olan minlərlə insanın qətlində iştirak ediblər. Q.Njdenin ideologiyasına sahib çıxan, Q.Njdenin “Tsexakron” təliminə qulluq edən və ona abidə ucaldan isə digər terrorçu eks-prezident Serj Sarkisyan və onun partiyası olub.
Ötən əsrin 70-ci illərindən sonra ortaya çıxan erməni terror təşkilatlarından ASALA-nın da məqsədi Şərqi Türkiyə, İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ əraziləri üzərində uydurma “Böyük Ermənistan” dövləti qurmaqdır. Həmin terror təşkilatının köynəyindən çıxan “Geqaron” (2001-ci il), “Erməni azadlıq hərəkatı” (1991-ci il), “Erməni azadlıq cəbhəsi” (1979-cu il), “Erməni birliyi” (1988-ci il) indi də fəaliyyət göstərir və Dağlıq Qarabağdakı işğalçılıq əməliyyatlarında iştirak edib. Türkiyə və Azərbaycan ərazilərində terror aktlarını qarşısına məqsəd qoyan “Apostol” təşkilatı isə 2001-ci ildə yaradılıb.
Ermənistanda mövcud olan 20 illik terrorçu-işğalçı rejimin dövründə Ermənistan və işğal edilmiş Azərbaycan əraziləri məhz yuxarıda adıçəkilən transmilli terror təşkilatlarının təlim düşərgələrinə çevrilib. Həmin təlim düşərgələrinin indi də mövcud olduğuna şühbə yoxdur. Ermənistanda Dağlıq Qarabağın işğalında iştirak etdikləri üçün xüsusi immunitet qazanan müxtəlif terror təşkilatları heç bir maneəsiz fəaliyyət göstəriblər. Onlardan biri olan “Sasuna Tsrer” terror təşkilatı bu özbaşınalıqdan istifadə edərək 2016-cı ilin yayında İrəvanda polis idarəsini ələ keçirib, polisləri və digər vətəndaşları girov götürmüşdü. İki nəfərin öldürüldüyü həmin hadisədən sonra həbs olunan “Sasuna Tsrer” terror təşkilatının üzvlərinin bir hissəsi N.Paşinyan hakimiyyətə gəldikdən sonra azadlığa buraxılıb. Bundan sonra erməni terrorçuluğunun ənənəsinə uyğun olaraq “Sasuna Tsrer” terror təşkilatının həbsdən çıxan üzvləri siyasi partiyaya çevrilərək seçkilərdə iştirak edib. Qeyd edək ki, seçki ərəfəsində elan olunmuş amnistiya ilə azadlığa çıxan 660 nəfər arasında sözügedən terror təşkilatının üzvləri ilə yanaşı, “siyasi məhbus” adı altında azadlığa çıxan terrorçular da var.
Bu faktlar və “Sasuna Tsrer” kimi terror təşkilatlarının Türkiyə, Azərbaycan və hətta Rusiyaya qarşı müharibə aparmaq çağırışlarını özündə ehtiva edən radikal mövqe nümayiş etdirməsi də ABŞ səfirliyinin “ekstremist ideologiya daşıyıcısı olan insanlar”ın mövcudluğunu xatırlatmasına kifayət qədər əsas verir.
Digər maraqlı məqam odur ki, ABŞ səfirliyinin verdiyi bəyanat N.Paşinyanın uzun müddətdir Ermənistanın terrorçuluqdan uzaq olduğu barədə rəy yaratmaq, turistlərin cəlb olunmasından əldə olunan gəlirlə büdcəsini doldurmaq üçün turizmi inkişaf etdirmək planlarını puça çıxarır.
Göründüyü kimi, öz vətəndaşlarını Ermənistana səfər etməkdən çəkinməyə çağıran ABŞ yeni erməni hakimiyyətini onların təhlükəsizliyini təmin etməyə qabil hesab etmir. Bu bəyanatın arxasında, çox güman ki, Ermənistandakı mövcud daxili vəziyyətin öyrənilib təhlil edilməsindən əldə edilən obyektiv nəticə dayanır. Bu çağırışdakı digər məqam odur ki, rəsmi Vaşinqton Ermənistandakı yeni hakimiyyətin ölkədəki kriminal və ictimai-siyasi duruma tam nəzarət etməsinə inanmır. Ekspertlər və müşahidəçilər məhz bu səbəbdən həmin bəyanatı ABŞ dövlətinin Ermənistanda yeni hakimiyyətə inamsızlığı kimi qiymətləndirirlər.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 Yanvar 23:37
Dünya
14 Yanvar 23:12
İdman
14 Yanvar 22:48
Hadisə
14 Yanvar 22:25
Sosial
14 Yanvar 21:52
Dünya
14 Yanvar 21:17
YAP xəbərləri
14 Yanvar 21:04
Dünya
14 Yanvar 20:43
Dünya
14 Yanvar 20:33
Dünya
14 Yanvar 20:18
Dünya
14 Yanvar 19:56
Müsahibə
14 Yanvar 19:30
İqtisadiyyat
14 Yanvar 19:21
YAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38

