Ermənistanın KTMT-dəki taleyi Sankt-Peterburq sammitində həll ediləcək
27.11.2018 [09:40]
N.Paşinyanın istər Rusiya, istərsə də Ermənistanın KTMT daxilində müttəfiq olduğu digər ölkələrlə bağlı mövqeyi işğalçı dövlətin regionda tamamilə təklənməsinə səbəb olub
Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın xarici siyasətdə və diplomatiyada səriştəsizliyi seçkiqabağı dövrdə işğalçı dövlətin təklənməsinə gətirib çıxarıb. Ermənistan tərəfinin Belarus və Qazaxıstan rəhbərlərinə qarşı yersiz iradları, bununla bağlı Rusiya prezidentinə şikayətləri Rusiya mediasında Ermənistana, xüsusilə N.Paşinyana qarşı daha sərt çıxışların səslənməsinə səbəb olub. Belə ki, Belarus və Qazaxıstan Ermənistanla KTMT-də müttəfiq dövlətlər olmasına baxmayaraq, normal xarici siyasət həyata keçirməyi bacarmayan rəsmi İrəvan ciddi tərəfdaş kimi qəbul olunmur. Bu da bir daha onu sübut edir ki, Ermənistan KTMT-yə üzv dövlətlər üçün əlavə yük və problemdən başqa heç nəyə yaramır.
Yeri gəlmişkən, son hadisələrə toxunan gürcü politoloqu Vladimir Tsxvediani bildirib ki, Ermənistan rəhbərliyinin Rusiyaya qarşı çıxması və tərəfdaşlarına qarşı şantaj siyasəti aparması bu ölkənin planlarının tərkib hissəsidir.
Onun sözlərinə görə, erməni millətçiliyi ruslar və gürcülərə qarşı nifrəti də özündə əks etdirir: “Pravoslavlara qarşı düşmənçilik edən erməni kilsəsi bu məsələdə pravoslavlığa nifrət edən Qərblə müttəfiqdir. Ermənilər Rusiya və Gürcüstanın dini düşmənləridir. Ermənilər guya özlərini qədim xristianlar, rus və gürcüləri isə sonradan bu dinə gəlmiş tənbəl, avara, xəyanətkar və “yanlış xristianlar” kimi qiymətləndirirlər. Ermənilər öz maraqları naminə bu ölkələrin üstünlüyündən istifadə etsələr də, onlara qarşı münasibətləri heç vaxt yaxşı olmayıb”.
Bu məqamda xatırlatmaq yerinə düşər ki, ermənilər vaxtaşırı Gürcüstanın Cavaxetiya regionuna ərazi iddiaları irəli sürməklə və digər xristian məzhəblərinə məxsus olan ibadətgahları ələ keçirməklə də öz çirkin məqsədlərini büruzə verirlər.
Gürcü politoloqu Ermənistanın KTMT-dən uzaqlaşmasının onun müdafiə qabiliyyətini aşağı salacağını, bununla eyni vaxtda qonşuları ilə iqtisadi və ticarət əlaqələrinin pisləşəcəyini də proqnozlaşdırır. Bəzi xarici ekspertlər isə Paşinyanın məhz bundan ehtiyatlandığı üçün açıq şəkildə KTMT-dən və digər regional qurumlardan imtina etmək barədə bəyanat vermədiyi qənaətindədirlər. Ümumi fikir belədir ki, hazırkı hərbi-siyasi vəziyyət, doğrudan da, rəsmi İrəvanın tam əleyhinədir.
Qeyd olunanlardan belə bir nəticə çıxarmaq olar ki, Ermənistanda səslənən son bəyanatlar sadəcə KTMT iclasında N.Paşinyanın tam fiaskoya uğrayan siyasətini ört-basdır etməyə hesablanıb. Çünki artıq o da başa düşür ki, təşkilatın baş katibi vəzifəsi Belarus təmsilçisinə keçəcək (əlifba sırası ilə) və Ermənistan tərəfindən təklif edilən namizədlərin heç biri təsdiq olunmayacaq. Bu məsələ tam şəkildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının dekabrın 6-da Sankt-Peterburqda keçirilməsi planlaşdırılan sammitində həll ediləcək. Şübhəsiz ki, təşkilatdakı iki nüfuzlu dövlətin başçıları A.Lukaşenko və N.Nazarbayev qətiyyətlə Belarusun namizədinin təsdiq olunmasını tələb edəcəklər. Bu isə işğalçı Ermənistanın regionda və postsovet məkanında təklənməsinin təsdiqi olacaq.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37

